Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Dəmir Bank”da əmanətçilərə qayınata-kürəkən xəyanəti
Sumqayıtın keçmiş İcra başçısı Şakir Abuşovun oğlu Fərid Abuşov bankın İdarə Heyətin sədri, onun qayınatası Rəhman Hacıyev isə Müşahidə Şurasının sədri kimi əmanətçilərə elə bir tələ qurublar ki...
...Bir ildən çoxdur barəsində Az. CM-nin mənimsəmə və digər maddələri ilə qaldırılmış cinayət işinin istintaqını uzadan "Dəmir Bank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi, nəhayət, başlayıb, amma... Sabiq xanım müdimr isə hələki dəmir iradə ilə müqavimət göstərir, mənimsədiyi pulları qaytarmaq fikrində deyil. Neçə gün isə əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmir Bank” ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi başladı.
Lakin hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məlum oldu ki, cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, ibtidai istintaq dolaşıq aparılıb, prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulub. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. Beləliklə, iş materialları yenidən ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilib.
Sabiq filial müdirinin uydurduğu yalanlar...
Bu arada Fərəh Rəşadətlinin yaxın ətrafının daha bir yalanı üzə çıxdı. Belə ki, istintaq altında olan sabiq filial müdirinin qohumları şaiyə yayıblar ki, guya o, o dərəcədə "odda yanmaz, suda batmazdır ki...”, hətta istintaq altında ola-ola Antalyada dincəlir və onsuz da ona qarşı olan ittihamlar absurddur, tezliklə bu cinayət işinə son veriləcək.
Lakin elə həmin şaiyələrin fonunda belə informasiya yayanların yalanlarına son qoyuldu və aidiyyəti qurumlardan rəsmi qaydada bildirildi ki, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilərək məsuliyyətə cəlb olunan, barəsində həbs qətimkan tədbiri seçilən Fərəh Rəşadətli Kürdəxanı İstintaq Təcridxanasındadır və onun belə bir halda xaricə getməsi mümkünsüzdür.
Acı bağırsaq kimi uzanan istintaq fonunda məhkəmə prosesindən hansı qərarı gözləmək olar?
Hələ bir müddət əvvəl azpress.az-da belə bir məqalə dərc olunub. Həmin məqaləni aktuallığını nəzərə alaraq təqdim edirik:
...Səbirsizliklə gözlədiyimiz məhkəmə prosesi nəhayət ki, öz işinə başladı. Məhkəmənin tələbi ilə vəkillər lazımi sənədləri toplamış və lazımi şahidlərin məhkəməyə gəlişini təmin etmişdir. Lakin DəmirBank tərəfindən bir sıra sənədlərin toplanmaması və necə deyərlər, aləmi qarışdıran əsas günahkarın ( Fərəh Rəşadətlinin ) məhkəməyə gəlməməsi onunla nəticələndi ki, məhkəmə başqa bir günə təxirə salındı. Beləliklə, 21 dəqiqə 16 saniyə davam edən məhkəmə prosesinin başlamağı ilə qurtarmağı bir oldu. Məhkəmədə mətbuat nümayəndələrinin müşahidəçi kimi iştirak etməsinə şərait yaradılmışdı və biz də bu imkandan istifadə etdik. Buna görə də, məhkəmənin sədrinə mətbu orqan tərəfindən öz dərin minnətdarlığımızı bildiririk. Məhkəmənin gedişi elə bir hiss oyadırdı ki, bank tərəfindən təyin edilmiş vəkillər prosesin uzadılmasında maraqlıdırlar. Bununla əlaqədar olaraq, bizdə belə bir sual yarandı ki, bu nə ilə bağlıdır? Bu prosesin uzadılmasından belə güman etmək olar ki, DəmirBank rəhbərliyi vaxt qazanmaq istəyir və bu vaxt ərzində şikayətçilərin, yəni öz əmanətçilərinin əmanətlərini qaytarmaq üçün mənbə axtarır. Amma qarşıya başqa bir sual da çıxır. Əgər, belə bir fikir varsa, onda bu hay-küy nəyə lazımdır? Elə bir dəfəlik əmanətçilərə söz verilsin ki, necə deyərlər, kişi sözü ki, bir və ya iki aydan sonra sizin əmanətlərinizi hissə-hissə qaytarmağa başlayacağıq. Mənə elə gəlir ki, əmanətçilər də bankda baş vermiş bu anlaşılmazlığı başa düşərlər. Və bununla da, bu sonu bilinməyən məhkəmə proseslərinə ehtiyac qalmaz.
Məhkəmə prosesində hakimin Fərəh Rəşadətlinin vəkilinə verdiyi "Siz işlə tanışsınız? " sualına, vəkilin " yox " cavabını verməsi bizi çox təəccübləndirdi. Zənnimcə, məhkəməyə vəkil qismində gələn şəxs bilməlidir ki, məhkəməyə nə üçün və kimlərin hüquq və maraqlarını müdafiə etmək üçün gəlir. Bildiyimizə görə, təyin olunmuş vəkil 3-4 gün əvvəldən vəkalətnaməsini məhkəmə sədrinə təqdim etməli və işlərlə tanış olmalıdır.
Qeyd etmək istərdik ki, Fərəh Rəşadətli məhkəməyə tərəf kimi yox, şahid qismində dəvət olunub. Belə olan halda onun vəkilə ehtiyacı varmı? Məhkəmə prosesi qurtardıqdan sonra, müxbirlərimiz vəkilə "Siz Fərəh Rəşadətlinin vəkilisiniz? " sualını vermişdi. Bu zaman vəkil Fərəh Rəşadətlini elə bil tanımadığı kimi bir sima aldı. Belə olan halda soruşarlar ki, sən kimin hüquqlarını müdafiə etmək üçün gəlmisən? Heç olmasa, o adamın adını, soyadını bilirsənmi? Maraqlı burasıdır ki, şahid qismində məhkəməyə dəvət olunan Fərəh Rəşadətli görəsən, öz hüquqlarını bu vəkilə həvalə edəndə nə düşünürdü? Fərəh Rəşadətlinin təyin etdiyi vəkil, mətbuat nümayəndələrinə, onu sorğu-suala tutmasına etirazını bildirərək, "Mən sizin suallarınıza niyə cavab verməliyəm?”, -deyərək, sorğu-sualdan yayındı.
Müxbir araşdırması onu göstərir ki, Fərəh Rəşadətlinin deyəsən, heç konkret mövqeyi də bəlli deyil. Nə bizə, nə də şəxsən onun özünə. Xanımcığaz Fərəh Rəşadətli, biz ilk gündən bankda baş vermiş bu biabırçılıqla tanış olmağa cəhd göstərmişik. Və güman edirik ki, lazımi qədər məlumat toplamışıq. Bu məlumatların bir hissəsini artıq oxucularımıza çatdırmışıq. Bütün bu məlumatlardan belə nəticə çıxartmaq olar ki, Fərəh xanım, sizin özünüzə aydın olan, qəti, məntiqli bir müdafiə mövqeyiniz yoxdur. Bu zaman bank rəhbərliyi bundan istifadə edib, sizi faciəli vəziyyətə sala bilər. Bizə elə gəlir ki, bank bilərəkdən işləri sizin üstünə atır. Və siz də sadəlövcəsinə onlara inanıb, bu oyunun faciə ilə qurtaracağını bilməyərək, hər şeyi öz üzərinə götürürsünüz. Zənnimcə, bank sizi öz əlində alət edib. Bank rəhbərliyi sizi bədbəxt edəcək. İllər keçəndən sonra siz bütün bu hadisələri yadınıza salıb analiz edəndə biləcəksiniz ki, siz hansı oyunların qurbanı olmusunuz. Bəlkə ayılasınız! Atalar demişkən: ziyanın yarısından qayıtmaq da xeyirdir. Bu arada yuxarıda dediyimiz kimi, arsenalımızda olan məlumatlardan bir neçəsini də açıqlamaq istərdik. Amma, inanın ki, bu yalnız bir məqsədi daşıyır: haqq-ədaləti müdafiə etmək. Yeri gəlmişkən, bu hadisəyə kənardan tamaşa edənlərə də mesaj göndərmək istərdik. Siz niyə susursunuz? Niyə baş vermiş bu hadisələri, sadəcə, kənardan seyr edirsiniz? Bunu biz sizə deyirik, ey Fərəh Rəşadətlinin sevimli Leyla xalası. Yoxsa, elə bilirsiniz ki, bu hadisələrin sizə heç bir dəxli yoxdur? Səhv düşünürsünüz. Bu hadisələrin bilavasitə sizə də dəxli var. Məsləhətdir ki, siz qısa müddət ərzində bu məsələləri öz yoluna qoyasınız. Bilin ki, oxucularımıza çatdırılacaq sizə də aid olan hekayələrimiz var. Onda hamı sizi də tanıyacaq, sizin də kim olduğunuzu və bu işlə necə əlaqəniz olduğu haqqında məlumatlanacaqlar. Yoxsa, elə bilirsiniz ki, hər şey ötüb keçəcək və siz sudan quru çıxacaqsınız?
Bu məhkəmədə biz gözləyirdik ki, şahid qismində Fərəh Rəşadətli də olacaq. Və nəhayət, biz bu xanımın dilindən eşidəcəyik ki, burada nə baş verir, nədir bu oyunlar? Bəlkə, Ağaye xanım, sənin də gəlişini kölgədə durub idarə edən Leyla xaladır? Bir daha qeyd edirik ki, ey Fərəh Rəşadətlinin sevimli Leyla xalası sən elə düşünmə ki, səni unudublar. Onsuz da bilən bilir ki, bu işləri idarə edənlərdən biri də sənsən. Məsləhətimiz odur ki, qısa müddət ərzində öz mövqeyini 180 dərəcə dəyişib, bu işləri yoluna qoyasan. Əks halda, sənin də hekayələrini, sənin də kim olduğunu, haradan-haraya gəlib çıxdığını açıqlamalı olacağıq. Bu açıqlamalar içərisində kimlərin adından və qohumluğundan istifadə edib, hansı işləri görmüsənsə, onlar da olacaq.
***
Bank haqqında bir-iki kəlmə fikirlərimizi demək istərdik. Yeri gəlmişkən, DəmirBankın İdarə Heyətinin sədri ( Sumqayıtın keçmiş İcra başçısı Şakir Abuşovun oğlu, bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevin qızının həyat yoldaşı) Fərid Abuşov, sən nə düşünürsən? Sənin valideynlərin səni bəsləyərək, xətadan- bəladan uzaq saxlayaraq, bu səviyyəyə çatdırdığı bir vaxtda başqa bir valideynin övladı vətən uğrunda Qarabağda şəhid olmuşdur. İndi isə, sən və sənin rəhbərlik etdiyin bank onun əmanətlərini mənimsəyir. Bunu göydə Allah görmürmü? Yoxsa, elə bilirsən ki, sən və sənin ətrafın cəzasız qalacaq? Rəhman Hacıyev, sən niyə səsini çıxarmırsan? Sən vaxtilə Romanın "torbasını tikib ", yeznəni və kürəkənini DəmirBanka yerbəyer edəndə, əmanətçilərin pulunu daha yaxşı mənimsəmək üçün şərait yaradırdın... Sən də, qohumların da bilsin ki, hələ deyiləsi və yazılası hekayələrin sayı həndəsi hesabla artır. Mətbuatda yayımlanan hər məqalədən sonra, redaksiyalara onlarla məktublar daxil olur. Bunlar da DəmirBankın hansı çirkablar içərisində çapaladığına aydınlıq gətirir.
Redaksiyaya daxil olan zənglərdən və məlumatlardan məlum olur ki, DəmirBankda müxtəlif qüvvələrin oyunları gedir. Və bizə elə gəlir ki, bu oyunlarda Rəhman Hacıyevin özünün də ayağının altını qazanlar var. Və onu bu korrupsiya oyununa yönəltməkdə maraqlı olan qüvvələr var. Belə olduğu halda, cənab Rəhman Hacıyev, bəlkə, siz də baş verən hadisələri dərindən analiz edəsiniz. Biz bankdan kənarda ola - ola, baş verənləri analiz elədikcə, bir çox sensasion nəticələri çıxardırıq. Bəs siz? Kimi gözləyirsiniz? Qarşıdan gələn faciənin başınızın üstünü almasınımı gözləyirsiniz? Bankda baş verən saxtalıqlar gec də olsa, əvvəl - axır üzə çıxacaq. Bax, onda sənin öz işçilərin üzünə duracaq.
Sonda bir daha qeyd edirik:
1. Vətandaşların halal pulunu mənimsəyən hər bir kəs QANUNLARIN ZƏFƏR CALMASI NƏTİCƏSİNDƏ CƏZASINI ALACAQ və oğurlamaq istədiyi pulları qəpiyinə kimi SAHİBİNƏ QAYTARACAQ! BUNA ƏMİN OLUN !!!
2. Onu da Sizə xatılatmaq istərdik ki, qanunlardan qorxmursunuzsa, Allahdan qorxun! Hələ indiyə qədər heç kəs haram pul yeməklə, öz firavanlığını qura bilməyib! Allah (o ilahi qüvvə) gec - tez sizdə də olmasa, sizin nəsillərinizlə bu hesabı çürüdəcək! Əgər, buna şübhə ilə yanaşırsınızsa, biz sizə həyatda olmuş yüzlərlə faktları sadalaya bilərik...
Oxşar Xəbərlər
Cahangir Hacıyevə 17 il həbs cəzası istənildi
Cahangir Hacıyev həbsdən buraxılmadı
Cahangir Hacıyevin məhkəməsi davam etdirilib
Generalın və keçmiş icra başçısının oğlu, “Şərurlu İsfəndiyar” və...
Xəbər lenti
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
Bazar günü 28 dərəcə isti olacaq
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
3 BÜRCLƏ bağlı ŞOK XƏBƏRDARLIQ –
Onlarla münasibət qurmayın!
21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ
Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı