Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
İlham İsmayıl: "Azərbaycanda Avropanın, hətta İngiltərənin özündə baş verən terror hadisələri olmayıb”
Elxan Şahinoğlu: "İngilislər ermənilərin "çörəyinə yağ sürtdülər”, bunu unutmayacağıq”
Mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin öz vətəndaşlarına burada terror təhlükəsinin olması barədə xəbərdarlıq etməsi ölkədə birmənalı qarşılanmır. İqtidarda olan şəxslər və deputatlar bunu ölkəmizə qarşı təzyiq, idmanı belə ucuz siyasi oyunlara alət etmək cəhdi hesab edirlər.
Hətta bəzi deputatlar xatırladır ki, dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti tərəfindən hazırlanan hesabatda Bakı 2018-ci ilin ən təhlükəsiz 50 şəhəri sırasında yer alıb, Azərbaycan isə dünyada sabitlik adası kimi qəbul olunur.
Amma müxalif çevrədən olan bəzi şəxslər isə bunun tam tərsini düşünür.
Sosial şəbəkələrdə yazırlar ki, Britaniya hökumətinin Bakıya gələn azarkeşlərinə, korrupsiya və rüşvətxorluğun Azərbaycanda həyat tərzi olduğuna dair bəyənatı və məmurlarla münasibətlərdə ehtiyatlı olub, rüşvət verməkdən çəkinməyə dair çağırışı, hakim dairəni sözün əsil mənasında özündən çıxarıb.
Müxalif çevrədən olan bu şəxslər üçün maraqlıdır ki, hakimiyyət dövlətin və xalqın adına xələl gətirən bu reallıqdanmı, yaxud bu xəbərdarlıqdan sonra, daha turistləri aldadıb, soya bilməyəcəklərindən doğan maddi itkilərindən narahatdır?! Amma sadə vətəndaşa maraqlı olan odur ki, ölkəmizdə, xüsusən də paytaxt Bakıda həqiqətən terror təhlükəsi varmı?
"Ermənistanın, hətta Rusiyanın da marağı yoxdur ki, bu oyunlar Azərbaycanda keçirilsin”
"Hürriyyəti”in sualını cavablandıran keçmiş MTN zabiti İlham İsmayıl dedi ki, Böyük Britaniya və bir sıra Avropa olkələri, o cümlədən də Amerika Birləşmiş Ştatları hər ay öz vətəndaşlarına hesabat verirlər: "O yerdə ki, təhlükə var, ora barədə iki cür xəbərdarlıq edirlər. Birincisi, arzuolunmaz ölkədir, ikincisi də artıq o olkədə təhlükə var. Azərbaycan üçün də bunlar bu ay üçün həmin şeyi göstəriblər. Hər halda, Azərbaycanda terror təhlükəsinin olub-olmayacağını onlar öz informasiya mənbələrinə əsaslanıb, deyirlər. Onların informasiya mənbələri məsələni bu cür qoyurlar ki, bəli, mümkündür ki, təhlükə olsun. Ola bisin ki, təhlükənin haradan qaynaqlandığını hesablasınlar. Tutaq ki, Avropa tədbirləri ilə bağlı bizim cənub qonşumuz xüsusi qısqanclıqla yanaşır. Zaman-zaman Avrovijndən tutumuş digər tədbirlərə qarşı müəyyən cəhdlər olub. Yadınızdadırsa, Avrovijn yaxud Avropa oyunları ərəfəsində belə bir şeylər olmuşdu. Ola bilsin ki, bunları da nəzərə alırlar və öz informasiyalarına əsaslanıb belə deyirlər. Amma hər halda onlar bilməlidirlər ki, Azərbaycanda Avropanın, hətta İngiltərənin özündə baş verən terror hadisələr olmayıb. Yalnız müharibə olduğu müddətdə erməni terrorçuları müəyyən addımlar atıb və tək-tək adamlara qarşı belə münasibət olub, amma geniş miqayaslı Avropada, Amerikada, İraqda, Pakistanda baş verən terrordan bizdə baş verməyib. Gərək, bunu nəzərə alaydılar. Hər halda, bunu bizə olan münasibətin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Ola bilsin ki, bu, mövcud hakimiyyətə olan münasibətdir. Bizə düşmən mövedə olanların da bu bu münasibətdə əlinin olması mümkündür. Çünki Ermənistanın, hətta Rusiyanın da marağı yoxdur ki, bu oyunlar Azərbaycanda keçirilsin. Yəni Azərbaycanı pis göstərmək üçün düşmənlərin də əli ola bilər. Amma yenə deyirəm, İngiltərə əsasən öz informasiya mənbələrinə əsaslanıb, bu xəbərdarlığı yayır”.
"Bu, ikili standartların nəticəsidir”
İ. İsmayıl vurğuladı ki, Bakı həm Cənubi Qafqazda, həm də Avropada, hətta qonşu Rusiya ilə müqayisədə kifayət dərəcədə təhlükəsiz şəhərdir: "Yəni bu, baş verən hadisələrə görə belə dəyərləndirilir. Bizdə nəinki beynəlxalq idman tədbirləri ərəfəsində, eləcə də digər beynəlxlaq tədbirlərdə belə hallar olmayıb. Avropa həmişə bizə ikili standartla yanaşır. Necə ki, dünən Brüsseldə yekun bəyannəmə imzalamalı idilər, amma imzalanmadı. Ona görə, bu sənəd imzalanmadı ki, ərazi bütövlüyü məsələsi göstərilməyib. Bütün bunların hamısı, o cümlədən bu da o ikili standartların nəticəsidir. Hər halda burada obyektivlikdən çox, subyektivlik var. Artıq bunun üzərində fikirləşmək, danışmaq, münasibətləri müəyyənləşdirmək, yaranan səbəbləri öyrənmək lazımdır ki, niyə belə olur? Neçə ki, bizim əbədi qonşumuz İran və onun bizə qarşı ifrat sağçı İslamçı möveyi var, həmişə Avropa müəyyən dərəcədə bizdən, burada baş verə biləcək hadisələrdən şübhəli olacaq. Bu mənada Avropanı da başa düşmək olar. Biləsiniz ki, bu, ancaq bizim İranla qonşu olmağımızdan qaynaqlanır, başqa heç bir şey deyil. Nəzərə alın ki, Amerikanın dövlət katibi Mayk Pompeo dünyanı təhdid edən 5 faktordan danışanda onun 3-ü bizim içimizdədir: İran, Rusiya və İslam fundamentalizmi. Bunları nəzərə almaq lazımdır ki, Avropanın bizim haqqımzda belə bir təsəvvürü var. Bu təsəvvürü dağıtmaq üçün bizimkilər iş görməlidir”.
"Bu, münasibətdən doğan məsələdir”
İ. İsmayıl onu da vurğuladı ki, sosial şəbəkələrdə İngiltərənin xəbərdarlığı ilə bağlı fikir bildirənlər idarəetmədəki nöqsanları deyir: " Əslində, burada "ehtiyatlı ol, rüşvət verin, verməyin” məsələsi əsas götürülmür. Bu, münasibətdən doğan məsələdir”.
"Böyük Britaniyadan 3 hücumla üzləşdik, bunların hamısı yalandır”
Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin öz vətəndaşlarına burada terror təhlükəsinin olması barədə xəbərdarlıq etməsi ilə bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, futbol siyasətin tam içindədir: "Bakıda UEFA kubokunun finalı Azərbaycanın xeyrinə işləməli ikən anidən eyni ölkədən – Böyük Britaniyadan 3 hücumla üzləşdik. Birincisi, "Liverpul” məşqçisi finalın Bakıda keçirilməsinin yumşaq desək, yanlış olduğunu bildirdi. İkincisi, "Arsenal”ın erməni oyunçusu Qenrix Mxitaryanın Bakıya gəlişindən narahat olduqlarını söylədilər. Üçüncüsü, Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına axşamlar Bakıda ehtiyatlı olmalarının vacibliyini vurğuladı. Bunların hamısı yalandır. Sadəcə, ingilislər ermənilərin "çörəyinə yağ sürtdülər”, bunu unutmayacağıq. Ayrı vaxt Böyük Britaniya XİN-i Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu və Azərbaycandakı sabitliyin böyük investisiyalara yol açdığından danışardı, son açıqlaması bunun tam tərsi idi. Hansı erməni saytını açsan ingilislərin "iddialarından” yazır, yəni düşmənimiz Londonun sayaqlamalarını bizə qarşı informasiya müharibəsində istifadə etməyə çalışır”.
"Əməlimizlə ingilislərin necə böyük səhvə yol verdiklərini göstərəcəyik”
"Əlbəttə, etiraz etməliyik, bu, bizim haqqımızdır. Ancaq futbol termini ilə desək, önəmli olan oyunun ikinci hissəsinə yaxşı hazırlaşmaqdır. Şübhə etmirəm ki, final oyunu yüksək səviyyədə keçəcək, özlərini pis aparmasalar, bir ingilis azarkeşin burunu da qanamayacaq və finaldan sonra "Liverpulun” məşqçisi hətta "üzr istəyirəm, yanlış fikir söylədim, Bakıdakı final unudulmaz idi” demək məcburiyyətində qalacaq, üstəgəl Mxitaryan da top qova biləcək. Ona görə, final gününə və ondan sonrakı günə hazırlaşıb dünyaya sübut etməliyik ki, UEFA rəhbərliyi final oyunu üçün Bakını seçməkdə düzgün addım atıb. Final günü və sabahısı beynəlxalq aləm ingilisləri yox, artıq bizi eşitməlidir. Çünki əməlimizlə ingilislərin necə böyük səhvə yol verdiklərini göstərəcəyik”,-deyə politoloq vurğulayıb.