Zakir Həsənov rusiyalı həmkarına başsağlığı verdi

Zakir Həsənov rusiyalı həmkarına başsağlığı verdi

 

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Sozcu.info  xəbər verir ki, başsağlığında deyilir:

"Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.



Oxşar Xəbərlər

Xəbər lenti