8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı sakinləri onlara dəyən zərərin ödənilməsi üçün ölkə başçısına müraciət ediblər
Bakı şəhəri, Səbayıl rayonu, 6-cı Mədən, Litvin Babayev küçəsi, ev 1-də yaşayn Elşən Məmmədov və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçivanı küçəsi, ev 27-də yaşayan Zaur İsmayılov tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.
Prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Zakir Qaralova və digər rəsmi qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazır:
"Çox hörmətli Prezident!
Binəqədi RPİ-nin Kriminalistika Şöbəsinin əməkdaşı, polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlu və onun həyat yoldaşı kimi qələmə verdiyi Firuzə Şirəliyevadan ibarət dəstənin bizə qarşı etdiyi dələduzluq hərəkətinin qarşısının alınması üçün 1 avqust, 1 sentyabr və 14 sentyabr 2019-cu il tarixlərdə Sizə etdiyimiz müraciət əsasında aidiyyatı üzrə Nərimanov rayon Prokurorluğunda, Bakı Baş Polis İdarəsində və DİN-nin Təhqiqat İdarəsində araşdırmalar aparılmışdır.
Polis mayoru E.Mehrəliyevin qulluq mövqeyindən süi-istifadə edərək, bizə və bizim kimi digərlərinə qarşı törətdiyi aldatma yolu ilə mənimsədiyi iri məbləğli pullarımıza bağlı DİN-də aparılan aaxili təhqiqat zamanı yazdıqlarımızın hamısı sübuta yetirilib. Nəticədə E.Mehrəiyev öz qanunsuz əməllərinə, yəni polisin adına ləkə gətirdiyinə görə cənab nazirin əmrilə DİO-dan xaric edilmişdir. Bakı Baş Polis İdarəsində isə bu şəxsi intizam məsuliyyətinə cəlb etmişdir.
Nərimanov rayon Prokurorluğuna da təqdim etdiyimiz səs yazıları, sənnədlərə baxmayraq, 80 günlük araşdırmadan sonra cənab prokuror Vüqar Əliyevin imzaladığı cavab məktubunda bildirilir ki, qaldırdığınız məsələ mülki xarakterlidir və məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Nərimanov rayon Prokurorunun əsassız cavab məktubuna qəti etirzımızı bildiri və haqlı şikayətimiz əsasında DİO-dan qovulmuş E.Mehrəliyev və dəstəsi barəsində düşzgün araşdırma aparılaraq hüquqi qiymətin verilməsi üçün şikayətimizin Bakı Şəhər Prokurorluğunda araşdırlmasını cənab Prezidentdən və Baş prokuror cənab Zakir Qaralovdan xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildirirk.
Bununla əlaqədar bir daha xatırlatmaq istərdik:
Mən, Məmmədov Elşən uzun müddətdir ki, ailə qurmaq üçün qəpik qəpik pul yığırdım. İş yoldaşım olan və Binəqədi rayonun, Binəqədi kəndi, 1-ci mədəndə yaşayan Şirəliyeva Firuzə məndə pul olduğunu hiss etdi və əvvəlcə mənə yaxınlaşaraq əri kimi qələmə verdiyi Binəqədi RPİ-nin Kriminalist Şöbəsinin əməkdaşı, polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlunun gəlirli bizneslə (dəmir işilə) məşğul olması və əla qazanc əldə etməsindən bəhs edirdi. Sonra təklif etdi ki, Elşən sən yaxşı olar, Elçinə bu dəmir işində pulla köməklik edəsən və hər ay qazancını götürərsən. Firuzə məni sanki psixoloji təsir altına salır, inandırırdı. Mən tezliklə polis mayoru Elçin Mehrəliyevlə görüşdüm. O, mənə hansısa dəmir sexinin fotoşəkillərini göstərib, inandırmağa çalışdı ki, bu çox gəlirli biznesdir və mən bir polis kimi bu işdə yaxşı pul götürürəm, gəl bizimlə pul qazan, mən polis olduğuma görə bu biznesdə heç kim mane ola bilməz. Dedi ki, sən bizə ayda 10 000 manat kömək etsən, hər ay sənə 2 000 manat əlavə gəlir verə bilərik.
Mən inandım. Fikirləşdim ki, toy etməyə qəpik qəpik pul yığıram, belə getsə, ev də alaram. Polis E. Mehrəliyev məni bu işə həvəsləndirib, inandırıb cəlb etmək üçün özünə məxsus maaş kartını, özünə məxsus və indi də yaşadığı Mehdiabad qəsəbəsində yerli Bələdiyyədən saxta yolla aldığı 6 sot torpaq sahəsi üçün arxa tarixlə əldə etdiyi torpağa dair alqı-satqı sənədlərini və digər şəxsə - Kərimov Mahiyəddin Xəlil oğlunun adına verilmiş 0.05 ha torpa sahəsinin Arxiv çıxarışını mənə təqdim edərək, "bu sənədlər səndə qalsın, qoy pul qoyub işləri görək, pulunu tam geri qaytarandan sonra bu sənədləri geri qaytararasan” dedi. Mən tərəddüd etdikdə isə öz maaş kartını da verdi. Dedi hər ay pulu götürərsən. Bu zaman mən ürəkləndim ki, kişi halal pul qazanmaq istəyirmiş. Razılaşdım. Əvvəlcə 10 000 mnat, sonra isə 5 000 Azn, 3000 AZN və 1000 manat da verdim. Və yalnız bu puldan 3000 manatı qaytarılıb. Belə ki, maaş kartından 1130 manat pulu əvvəlcə götürdüm. Sonrakı ay bildirdi ki, Elşən mənə işdən medal verirlər, sən mənə maaş kartımı ver, aparım onu təqdim edim və qaytararam. Qaytardım. Və elə o gündən kartı qaytarmadı. Mən də o zaman anladım ki, dələduz dəstənin toruna düşmüşəm.
Elçin sonradan dedi ki, bəs dəmir sexinə pulları qoydu, birdən bankrot oldu və s. Dorudur, Elçin hər dəfə pulumu geri istəyəndə telefonda da deyir ki, narahat olma geri qaytaracam. Sonra da dedi ki, bu pulu guya uşağının xəstəliyinin müalicəsi üçün alıbmış.
Firuzə də qeyd edirdi ki, narahat olma, Elçin bankdan krdedit alıb, sənin pulunu qaytaracaq. Amma öyrəndik ki, onun banklara da çox borcu olduğundan kredit ala bilməz. Pulu Firuzədən istədikdə dərhal bizi qabaqlayır ki, biz guya pulu faizlə sələmə vermişik. O, polis Elçinin diqtəsilə bizi qorxudur ki, pulumuzu istəməyək. Sonradan təsadüfən öyrəndim ki, iş yoldaşım Zauru da Firuza mənim kimi tora salıb və yazığın 30 000 manat pulunu alıb Elçinə verib. Bu işlər bilindikdə isə Firuzə qeyd etdi ki, Binəqədidə yaşadığı məhəllədə Vüqar, Məlahət və İlhamə adlı şəxslərə guya bizdən aldıqları 15 000 və 30 000 manat pulu borc verib, onlar da pulu qaytarmır…
Polis Elçinlə pulun qaytarılması barədə son dəfə telefonla danışanda o, pulu yenə qaytaracağı vədini versə də, mən bu sözlərə inanmadığımı və ondan nazir Vilayət Eyvazova, Baş Prokuror müavini Rüstəm Usubova şikayət edəcəyimi bildirdim. O isə sadəcə pulumu qaytaracağını vəd verdi.
Sonralar eşitdim ki, Elçin Firuzə ilə bizi kimi çox adamları aldadıb, pullarını ələ keçirməklə məşğuldur. Və bunu özlərinə peşə ediblər.
Mən, Zaur ismayılov iş yoldaşım olan Firuzə Şirəliyeva və onun əri kimi təqdim etdiyi Binəqədi rayon Pİ-nin polis mayoru olmuş Mehrəliyev Elçin Nüxrət oğlu tərəfindən aldanılaraq, cəmi 30 500( otuz min beş yüz) manat pulum mənimsənilmişdir. Belə ki, Firuzə bir iş yoldaşı olaraq bilirdi ki, mən özümə ev almaq üçün pul yığıram. O mənə yaxınlaşaraq təklif etdi ki, polis mayoru olan əri Elçin Mehrəliyev dəmir biznesilə məşğuldur. Yaxşı qazanmaq istəyirsənsə, Elçinin dəmir alverinə köməklik et. 2018-ci ilin sentyabrında əvvəlcə 2 dəfəyə 10 000 manat, sonra isə 2000, 3000 və sonda 500 manat pulu verdim. Cəmi 30500 manat. Pulu verəndən sonra onlar mənim etimadımı qazanmaq və daha çox pul qoparmaq üçün hissə-hissə verdiyim pula görə əvvəl gətirib hər ay üçün 1000 manat qaytarırdılar ki, duyuq düşməyim. Sonradan Elçin özü verdiyim pulun 23500 manatının onda, qalan 7000 manatın isə Firuzədə olduğunu qeyd etmişdi. Firuzə yaxşı bilirdi ki, mən 9 ildir ev almaq üçün pul yığıram. O, məni sanki gipnoz edib, o qədər yağlı vədlər verdi ki, axırda inandım və pullarımı hissə-hissə verdim.
Sonradan mən təsadüfən biləndi ki, mənim iş yoldaşım olan Elşən Məmmədovu da bu Firuzə tora salıb, 15000 manat pulunu polis Elçinlə alıb mənimsəyiblər, şoka düşdüm. Mənim polis Elçinlə pulların qaytarılması barədə olan bütün telefon danışıqlarım yazılıb. İndi mənə pul əvəzi vəd verdikləri kiməsə məxsus evin də sənədinin düzəlmədiyinə görə onu da vermirlər. Bir sözlə Elşəni də məni də bu dələduz dəstə əvvəlcədən planlı surətdə pullarımızı etimadımızdan süi-istifadə edərək aldadıb və dələduzluq ediblər. Elçin sonda mənə dediki, mən bir polis olaraq sizi şərləyə və tutdura bilərəm, amma siz mənə heçnə edə bilməzsiniz. Digər tərəfdən səsimizi çıxaracağımız halda bizi işdən qovduracağıilə də hədləyirlər ki, təki pulumuzu istəməyək.
İş o yerə çatdı ki, sentyabr ayında rayonda yaşayan qoca valideynlərimin qapısına kriminal aləmin ünsürlərindən hesab olunan bir avaranı da saldırıb, onlara hədə-qorxu gəldirib ki, oğlunuz polis dostumuz Elçin barədə yazdığı şikayətləri geri götürsün. Polis forması geyinən bu ünsür bizə qarşı bütün yaramaz hərəkətlərə əl atmışıdır. Amma bütün bunlara baxmayaraq, biz sonda cənab general Vilayət Eyvazova dərin minnətdarlığımızı bildirirk ki, 08 gün əvvəl polis cildinə girmiş dələduzu əmrlə DİO orqanlarından qovmuşdur.
Polis mayoru olmuş E.Mehrəliyevin bizə və digərlərinə qarşı törətdiyi qanunsuz əməllər sübuta yetirildiyinə görə onun vəzifəsindən, işindən qovulması barədə cənab nazirin əmri bir daha sübut etmişdir ki, sabiq polis bizə qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində də dələduzluq əməli cinayət hesab olunur. Ona görə də çox hörmətli cənab Prezidentdən və cənab baş prokurordan xahiş edirik ki, polis mayoru olmuş Elçi Mehrəliyev tərəfindən dələduzluqla mənimsənilmiş 15 000 manat və 30 500 manat pulmuzun qaytarılmasında köməklik göstərilməsi üçün Nərimanov rayon Prokurorluğunun əsassız qərarının ləğv edilərək, işin araşdırlmasını Bakı şəhər Prokurorluğna həvalə edəsiniz”.
KƏNAN
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.