Mehdi Xəlilbəyli azad edilib

 


 

Almaniyada həbsdə olan Müsavat Avropa Kordinasiya Mərkəzinin üzvü Mehdi Xəlilbəyli azadlığa çıxıb. Bu haqda "Basta”ya Müsavat AKM-dən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Almaniyanın Koblenz Dairə Məhkəməsinin müvafiq şikayət üzrə ilk məhkəmə iclasında Mehdi Xəlilbəyli bəraət alaraq sərbəst buraxılıb. O, hazırda ailəsi ilə birlikdədir.

Qeyd edək ki, Mehdi Xəlilbəyli Almaniyada olan miqrant Rəşad Məmmədovun ifadəsi əsasında 2 ay əvvəl həbs edilmişdi. Rəşad Məmmədovun vaxtıyla Azərbaycanın polis orqanlarında çalışdığı və hazırda Almaniya polisi ilə əməkdaşlıq etdiyi bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti