8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
(düzxətli, bərabərsürətli yazi)...)
Necədir? Necə olmalıdır?
Milli mətbuatımızın 142 yaşı tamam oldu! Bir daha mübarək olsun! Ruhuşad (adı gözəl, işi gözəl) qurucu kişidən tutmuş, hazırda jurnalistikada kövrək addımlarını atan, öz peşəsini, xalqını, Vətənini, dövlətini sevən gənc qələmlərimizədək hər kəsə eşqlər! Bəs bugünün gündəmi nədir yaxud nə olmalıdır? Birincisi, yüz əlli ilə yaxındır mətbuata sahib – onu inkişaf etdirən ölkə olduğumuzçün, ikincisi, məhz milli mətbuata malik olduğumuzçün, üçüncüsü də, qəzet(lər)imizdə yazan aydınlarımızın varlığına, qələmlərinin kəsərinə, uzaqgörənliklərinə görə bugün, klassiklərimizi rəhmətlə yad edir, "22 iyul”u məmnuniyyətlə qeyd edirik..! – Bugün, müstəqil dövlətimiz, mətbuata könül dolusu, səxavətlə dəstək göstərən dövlət başçımız var; ölkənin uğurlarını, üzüntülərini yazan, xalqımızı bilgiləndirən, maarifləndirmə işi aparan çoxsaylı mətbu orqanlarımız var! Universitetlərimizdə gələcyin qələm adamları yetişir, özü də yalnız Jurnalistika fakultəsində (və hətta, yalnız universitetlərdə) deyil. (Həyat özü bir universitetdir. Çağdaş dövr informasiya bolluğu içində keçir, bəzən qəzetlərin, televiziyaların formalaşdırdığı mühit, universitet mühitindən az təsirli olmur. – Əlbəttə, o mühitin iştirakçısı sənətə, işə həvəslə, eşqlə yanaşırsa, peşəkarlaşması da problem olmur – necə deyərlər, nəzəriyyədən praktikaya gəlmək kimi, praktik olaraq sənətə yiyələnib, sonra nəzəri biliklərini artırmaq da, mətbuat təsərrüfatımızda rast gəlinən hallardandır.) Nəhayət, yazılmalı çoxlu mövzu var, yeni çağırışlar, o çağırışlara uyğun tədbirlər, addımlar (hadisələr), bunlar barədə yazmaq imkanları var. Uzun sözün qısası, elə bilirəm, mən bu əziz bayram günü ilə bağlı, 142 yaşlı "ƏKİNÇİ”dən, adı gözəl, işi gözəl HƏSƏN BƏYdən, mətbuatımızın enişli-yoxuşlu inkişaf yolundan deyil, Mətbuat Gününün gündəmindən (yaxud gündəmi tutmuş mövzudan) yazsam, daha məqsədəuyğun olar. Öncə, bir sitat: "…Bu nəcib təşəbbüsə kölgə salamaq istəyənlərin özləri nə qədər bu komissiyanı aldatmağa cəhdlər ediblər. Onlar ev veriləcəyini anlayıb 6-ay öncə öz əmlaklarını özgənimkiləşdiriblər. Öz əmək kitablarını saxtalaşdıraraq stajlarını artırmağ cəhd ediblər. Onların arasında elələri var ki, stajlarını artıraraq 12-13 yaşından peşəkar jurnalistikada olduqlarını göstəriblər. Bunlar da müvafiq komissiyanın diqqətindən yayınmadı. Düzdür, təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olan jurnalistlərə ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunmaq üçün saxlanılıb. Amma çox təəssüf ki, bu nəcib təşəbbüsə qarşı qarayaxma kompaniyası aparanlar katibələrə ev verildiyini deyirlər, sizlərin də bəziləri buna susqunluq nümayiş etdirərək sanki, bununla razılaşdığınızı sərgiləyirsiniz. Sizə əmin edirəm ki, bu siyahıda onların dediyi insanlardan bir nəfər də yoxdur…” (Prof.Dr. Əli HƏSƏNOV, Azərbaycan Prezidentinin köməkçisi, Milli Mətbuat Günü münasibəti ilə düzənlənən tədbirdəki çıxışından,22 iyul 2017/BAKI) Beləliklə, nə baş verir? Dövlətimiz, şəxsən dövlət başçımız 255 mətbuat işçisinə, qələm adamına mənzil bağışladı (Özü də, yalnız müxbir, redaktor... kimi fəaliyyət göstərən vətəndaşlarımızın deyil, o sırada ictimai əlaqələr və mətbuatla işə məsul şəxslərin, media təsərrüfatımızın canlanmasında, söz sənətimizin inkişafında xidməti olanların da diqqət və qayğıdan kənarda tutulmaması şərti ilə). Bu mübarək işi peşəkar jurnalistlərin, media mənsublarının, oxucuların, aydınların alqışlaması, təqdiri gözlənilən idi – necə ki, bu alqışı, təqdiri ən əlvan çalarla gördük: sosial mediada, qəzetlərdə, radio efirində, televiziya ekranında, şəxsi söhbətlərdə və s. (elə yalnız mənim ünvanıma gələn təbriklər, xoş sözlər, gözəl duyğular saya-hesaba gəlməzdi… və torpağa can verən yağmur misalıydı!). Təəssüflər ki, "yaramazlığın və yaramazların ənənəsi”nə bələd olanlar, anti-münasibət, münasibətsilik də gözləyirdi və bu gözəlinlən də tam çirkinliyi ilə bir daha təzahür etdi… "Bir daha” yazırıq, çünki dəfələrlə, işıqlı hadisələr, müsbət addımlar olunca, o hadisədən, o addımdan nəsibini almayanların bir çoxunda (hətta, o hadisəyə, mətləbə yaxından əlaqəsi olmayan bəzi adamlarda da!) "daxili qaranlığ”ın bütün zülməti ilə üzə çıxdığını görürük. Əlbəttə, "üzə çıxmaq” zülmətlərin, qaranlıqların dağılmasını da şərtləndirir, ancaq bir müddət də olsa, yaramazlıq toxumları səpilir, sonradansa onu becərənlər tapılır və s. Əliqələmlilər, etməyin belə, billah, etməyin! Etməyin (ki, növbəti biandan mənzillərin paylanması vaxtı, daha şiddətli şəkildə qayıdıb üstünüzə gəlməsin)! Jurnalistlər Şəhərciyini saldıran, o yaraşıqlı, təmirli, təchizatlı evləri tikdirən, o mənzilləri verən öz dövlətimiz, öz dövlət başçımızdır, öz! O mənzillərdə yaşayacaq olanlar öz vətəndaşlarımız, qələm yoldaşlarımızdır: ha biri cavandır, ha biri qocadır; biri az yazıb, biri çox – bu fövqəladə hadisə deyil axı, dostlar..! Deyil! Sabah-birisgün sizlər də (inşallah!) 3-cü binadan mənzil sahibi olmanın sevincini yaşayacaqsız! Və indi qarğadığınız, söydüyünüz, aşağıladığınız, adı, soyadı, təxəllüsü üzərindən öz ağlınızca "manipulyasiya” etdiyiniz (hətta, görünüşdən bəzilərinizin "donos” yazmaqdan belə çəkinmədiyi..!) qələm yoldaşlarınızla qonşu olacaqsız, ailələriniz bir-birini tanıyacaq, bəlkə qohum olacaqsız, qız alıb, qız verəcəksiz… Bə, onda bir-birinizin gözünün içinə düz baxmaq çətin olmayacaqmı? Ömrü boyu daşıyacağınız qaxıncı qazanmayın! Lap heç qohum da olmadız, qonşu da, onda adam adamı söyməlidirmi? Başqasının uğuruna, xoş gününə sevinmək olmazmı? Günahdırmı? Paxıllıqmı daha yaxşıdır?! Hansı kitab paxıllığın faydasından yazır? Hansı əsər gözügötürməzliyin, könüldarlığının, darqursaqlığın xeyrindən söz açır?! Varmı belə kitab, elə əsər?! Siz, ey səbirsizlik edənlər, lütfən, bir düşünün: cəmi 3 ildən sonra, şanslılar siz olacaqsız, məhz siz..! Dünyanın axırıdımı? Adammı ölüb?! Bununla belə, bəyəm iddia etdiyin mənzil uğruna mənəvi dəyərləri bütünü ilə tapdalamaq da sənətdimi, peşədimi? Təkrarçılıq olmasın, 3-cü binadan mənzil ayrılmayıb, 4-cüyə qalanlar da, eynisini "3-cü bina şansılıları”na münasibətdə sərgiləsə, beləcə, yaramazlığı dalğa-dalğa yaymış olacaqsız! Siz, siz olun o qaramatın altına soxmayın özünüzü… Bir xatırlayın, 2-ci binadan mənzil alanlar 4 il öncə 1-ci binadan mənzil alanlara qarşı üsyan bayrağı qaldırmışdımı? (Əgər belə yanlışlıq içində olan bir-iki nəfər vardısa da, Tanrı bağışlasın!) Baxın, indi xoşbəxtdirlər: bu göydə Tanrının, yerdə dövlətimizin, dövlət başçımızın təqdiridir! O xoşbəxtliyi 3 il sonra yaşamaqçün könlünüzü fərəhli tutun, paşakönül olun! Çətin deyil, vallah! (Mən sizlərdən daha çətin – bəlkə indi burda yazsam bir çox tanışımın gözündən düşəcək qədər acınacaqlı günlər görmüşəm! Amma duruşumu bacardığım qədər saxlamışam, qarğış tökməmişəm, "söküb-tökmə”mişəm, dünən qardaş dediyimin üstündən xətt çəkməmişəm, ağlaşma qurmamışam, ittiham etməmişəm! Təvəkkül demişəm! Və nəticəsi bütün parlaqlığı ilə özünü göstərib!) Bir önəmli məqama daha diqqətinizi çəkmək istərdim: Bir dəstə peyda olub, ixtisas müəyyənləşdirir, dərəcə ölçür, kimin haqlı-haqsız olduğunu "xırdalayır”… Məlumunuz, mənzilə iddialıların sənədlərinin qəbulu, mənzillərin bölgüsü ilə bağlı komissiya yaradılmışdı. O komissiyanın fərqli qurumları təmsil edən 9 üzvü vardı. Komissiya, habelə Prezident Administrasiyasının müvafiq şöbəsindən məsul şəxslər, o şöbənin hörmətli müdiri neçə həftə gərgin işlədi, sənədlərin seleksiyası aparıldı. İndi necə edək? – o qədər professional, məlumatlı, səlahiyyətli insana inanmayıb da, öz subyektiv fikirlərini, şəxsi iddialarını (hirs-hikkəsini!) cilovlaya bilməyən şəxslərə, "maraqlı tərəf(lər)”əmi inanaq? Bu nə dərəcədə adil yanaşma olardı?! Nəhayətdə o siyahı Azərbaycan Prezidentinə təqdim olunub, dövlət başçımızın qərarından keçib. O Prezidentin ki, mətbuatla işə dair mükəmməl qərarlar verib, konsepsiya yaradıb, tarixi(!) hadisələrə imza atıb, danılması mümkün olmayan, konkret qərarlar qəbul edib, neçə qələm adamını ölümün cəngindən alıb, neçə evə işıq salıb! Hər şey bir yana, jurnalistlərin həm fəxri, həm biləvasitə dostu – əbədi dostu olan, öz səxavəti, xeyirxahlığı ilə örnək şəxsiyyətin qərarına, xeyir-duasına sayğı duymaq çoxmu çətindir!? Bu, hər bir mənəviyyatlı qələm adamının vicdan borcudur, vicdan! Ölkə başçısı güvəndiyi peşə sahibləri arasında gözügötürməzlik, paxıllıq, dedi-qodu görüncə, bizlərin haqqında düşüncələri zədələnməzmi? – Etməyin, bə, qardaşlar! Yazmayın, bə, bacılar! Edin – haqq işi, yazın – doğrunu! Olun – ədalətli olun! Bu Haqqa da xoş gedər, Xalqa da! Biz dövlətimizin, şəxsən dövlət başçımızın jurnalistlərə (sosial) qayğısını, ölkəmizin ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi olaraq qəbul edirik. Onun sərəncamları, qəbul etdiyi proqramlar, verdiyi tapşırıqlar əsasında yalnız jurnalistlər deyil, ayrı-ayrı sənət-peşə sahibləri, müharibə veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkün vətəndaşlarımız, sosial müdafiəyə ehtiyacı olan digər ailələr, habelə gənclər, idmançılar... evlə təmin olunur və bu proses paytaxtla yanaşı rayonlarımızda, qəsəbə və kəndlərimizdə, ta Cocuq Mərcanlıyadək… məqsədəuyğun şəkildə davam etməkdədir. "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbulunu, 29 binalıq Yasamal Yaşayış Kompleksinin, Dövlət Sosial Müdafiə Fondunun "Məzun evi”nin tikintisini qeyd etmək yetərlidir ki, toxunulan mövzuya ən yüksək səviyyədə nə qədər genişürəkliliklə yanaşıldığı bütün parlıqlığı ilə görünsün. …Yazını yaxşı ovqatda bitirəlim. Belə bir yazıda, bir neçə ərdəmli qələm dostumuzun adını çəkmək istərdim. Onlar mənzil almadı (yaxud müraciəti geri çevrildi və ya heç müraciət etməyəni də oldu...), ancaq "asıb-kəsmədilər”, əksinə, sosial şəbəkələrdə səmimi şəkildə təbrik yağdırdılar, təqdirlərini bölüşdülər, Prezidentə təşəkkür yazıb, həmkarlarına görə sevinc hissini paylaşdılar: Azər Həsrət, Səbuhi Mübarizoğlu, İlqar İlkin, Xəyal Rza, Faiq Balabəyli, Elman Cəfərli, Araz Aslanlı, Elnur Eltürk, Cavid Zeynallı, Əfsanə Ələsgərli, Anar Turanı… belə gördüm… Var olsunlar! P.S. Görün, Jalə xanım MÜTƏLLİMOVA (dünən) "feysbuk”da nə yazıb: - İki gündür bir aylıq narahatlığın sevincini yaşayıram. Telefon zəngləri, mesajlar, təbriklər və sair. FB təbriklərinin bir xeylisinə baxa bilmədim. İndi oturub bir-bir baxıram. Yazanlar arasında "çoxmərtəbəli” söyənlər, haqlı və ya haqsız narazılara baxıram. Hamısını anlayışla qarşılayıram. Söyən nəyəsə hirslidir, haqqı olduğunu düşünən bir cür, haqq eləyib parametrlər problemi ilə üz-üzə qalanlar başqa cür narahatdır. Deyim ki, mənzilini alanlar arasında, otaq sayı, mərtəbə, kvadratura mübahisəsi edənlər də var. Yəni situyasiya tək bir tərəfdə narahatlıq doğurmayıb. Yazığı gəlir adamın bu prosesi başlayıb sona çatdıran və hələ də söyülən adamlara. -Əziz söyənlər, vallah mən söyüşə layiq …deyiləm, amma söyməyə adamınız yoxsa, məni söyün, sevə-sevə qəbulumdur. Düşünürəm, söyməyə adamı olmamaq da bir bədbəxtlikdir. Mən sizi bu məsələdə xilas eləməyə hazıram, əgər bu sizi sakitləşdirirsə... -Əziz narazı layiq olanlar, inşallah gələn evdən ya da başqa bir yolla mənzil probleminizin çözülməsini cani-könüldən diləyirəm... -Əziz digər insanlar sakitləşin, sadəcə zamanınızı gözəlyin. Mən düz 24 il gözlədim. Çox zor oldu amma söymədən, aşağılamadan, sözünü sakitcə deməyə çalışaraq gözlədim. Səbr eləyin, mütləq gününüzün gəldiyini birinci özünüz biləcəksiniz. Allah hər kəsdən razı olsun!