Bu gün, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilir.
Sozcu.info apa-ya istinadən xəbər verir ki, bu gün İranın bütün bölgələrində cümə namazından sonra ABŞ-ın nüvə sazişindən çıxması və öhdəliyi yerinə yetirməməsinə qarşı aksiyalara start verilib.
Aksiyada ABŞ və prezident Trampın əleyhinə şüarlar səsləndirilib.
Sonda 6 maddəlik qətnamə qəbul edilib.
Qətnamədə ABŞ-ın yürütdüyü siyasət kəskin pislənilib, İranın Ali rəhbərinin nüvə sazişi ilə bağlı mövqeyinə dəstək ifadə olunub.
Bildirilib ki, İran xalqı heç vaxt Avropa İttifaqının başçılarına da güvənməyəcək, onları ABŞ-ın müttəfiqi hesab edir.
Qətnamədə ölkə rəhbərliyindən nüvə müzakirələrində həqiqi və davamlı təminat almadan Qərbin istəyi ilə razılaşmamaq tələb olunur.