7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan yenidən bir araya gələcək.
Sozcu.info xəbər verir ki, nazirlərin görüşü bu ilin sonunadək baş tuta bilər.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu barədə açıqlamasında bildirib.
Qeyd edək ki, 2018-ci ilin dekabrında İtaliyanın sədrliyi ilə ATƏT-in sammiti planlaşdırılır. Mümkündürmü ki, nazirlər sammit çərçivəsində görüşsünlər? Ermənistan XİN-in sözçüsü bu suala cavab verməyə çətinlik çəkib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 26 sentyabrda, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində görüşmüşdülər.
"Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla, gələn ay davam etdirilməsinə razılaşdıq” - deyə, E.Məmmədyarov görüşdən sonra demişdi.