Qənirə Paşayeva xəstəliyindən DANIŞDI: "HƏR İKİ ƏLİMDƏ..."

Qənirə Paşayeva xəstəliyindən DANIŞDI: "HƏR İKİ ƏLİMDƏ..."

 

"Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə karpal tunel sindromu diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə bilmədim, mesajlarınıza cavab yaza bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram”.

Sozcu.info  xəbər verir ki, bunu deputat Qənirə Paşayeva keçirdiyi əməliyyatla bağlı danışarkən deyib.

O bildirib ki, həkimlər səhhətinin düzələcəyini deyir.

"İnşallah Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər. Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”.

Qeyd edək ki, Qənirə Paşayeva qollarında meydana gələn karpal tunel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub./modernçaz/



Oxşar Xəbərlər

Xəbər lenti