Trampın müşaviri Rusiya səfiri ilə görüşdü, şərtləri açıqladı:“Moskva bu məsələlərlə bağlı cavab verməlidir”

Trampın müşaviri Rusiya səfiri ilə görüşdü, şərtləri açıqladı:“Moskva bu məsələlərlə bağlı cavab verməlidir”

 

"Rusiya ABŞ-la münasibətlərini düzəltməkdən ötrü seçkiyə müdaxilə, Britaniyada keçmiş casusa sinir qazı hücumu, Ukrayna və Suriyadakı durumla bağlı Vaşinqtonun narahatlıqlarına cavab verməlidir”.

Bunu ABŞ-ın yeni milli təhlükəsizlik müşaviri Con Bolton Rusiyanın səfirinə deyib. Ağ Evin aprelin 19-da yaydığı bəyanata görə, aprelin 9-dan müşavirlik postunda H.R. Makmasteri əvəzləyən Bolton Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovla görüşüb.

"Onlar ilk görüşlərində Birləşmiş Ştatlarla Rusiyanın münasibətlərini götür-qoy ediblər”, – bəyanatda deyilir.

"Səfir Bolton vurğulayıb ki, daha yaxşı münasibətlər həm Birləşmiş Ştatların, həm də Rusiyanın marağındadır, ancaq bundan ötrü sözügedən problemlər həllini tapmalıdır”, – bəyanatda vurğulanıb. (Azadlıq Radiosu)


Oxşar Xəbərlər

Xəbər lenti