8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
British Airways aviaşirkətinə məxsus hava gəmisi Bakıda məcburi eniş edib.
Sozcu.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.
Göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu "Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.
Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb.Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.
Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.