Nazirlikdən açıqlama : “Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir”

 

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb.

"Aqrolizinq”də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib. Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

O, bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: "Aqrolizinq ASC” 2019-ci ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.



Oxşar Xəbərlər

Xəbər lenti