11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Ərdoğan hədəf göstərildi: "Təzyiqi artırmalıyıq”
Sozcu.info xəbər verir ki, "Financial Times” qəzetində çıxan bir məqalədə Qərbin Türkiyədə 24 iyun tarixində keçiriləcək seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın zəfərinin qarşısını almaq niyyəti açıq-aşkar əks olunub: "Qərb ölkələri Ərdoğanın üzərindəki təzyiqi daha çox əvvəldən artırmağa başlamalı idi”. Məqalədə Ərdoğanın seçkilərdə qələbə qazanmasının Türkiyə üçün vəziyyətin daha da ağırlaşacağı demək olduğu iddia edilib.
Türkiyə-Rusiya münasibətləri
Amerika və Avropanın narahatlığına rəğmən, Ərdoğan ilə Putin arasında səmimiyyət olduğuna diqqət çəkən məqalədə deyilir: "Türkiyə NATO üzvü və kağız üzərində Avropa İttifaqına namizəd ölkə olsa da, Ərdoğanın idarəsi altında Qərb ilə olan bağlarını qoparıb Rusiya prezidenti Vladimir Putinə doğru meyillənib”.