XALQDAN TALANAN PULLARI XARİCDƏN NECƏ QAYTARMAQ OLAR?

XALQDAN TALANAN PULLARI XARİCDƏN NECƏ QAYTARMAQ OLAR?

 

Namizəd Səfərov: "Bu hakimiyyət mətbuatda adı çəkilən nazirlərin, məmruların əmlaklarının geri qaytarılmasına maraqlı deyil”

"Sadəcə, bunlar belə məlumatların mətbuatda yayılmasından sui-istifadə edib, həmin şəxslərin taladıqlarını soyub, əllərindən geri alacaqlar”

Son vaxtlar mətbuatda yayılan jurnalist araşdırmalarına görə, keçmiş ekologiya və təbbi sərvətlər naziri Hüseynqulu Bağırovun Britaniyada və Çexiyada çoxlu sayda əmlakları, şirkətləri üzə çıxdı. Fövqalədə hallar naziri Kəmaləddin Heydərovun Böyük Böyük Britaniyada böyük varidatı, 12 şirkəti qeydiyyatdan keçirdiyi aydın oldu. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin isə bu ölkədə qurduğu biznesi haqqında məlumatlar mətbuatda yayılıb. Son günlər isə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun Avropada biznesi olduğu haqda faktlar açıqlandı.

Məmurların xaricdəki milyonlarla sərvəti araşdırılıb, mətbutada yayılsa da, bu sərvətlərin hansı yollarla qazanılması araşdırılmır ki, bu da cəmiyyətdə haqlı suallar doğurur.

"Hakimiyyəti təmsil edən bütün şəxslər bu işlə məşğuldurlar”

Картинки по запросу Namizəd Səfərov

Nazirlərin və məmurların mətbuatda açıqlanan sərvətləri ilə bağlı hüquqşünas Namizəd Səfərov "Hürriyyət”ə dedi ki, Azərbaycan hakimiyyəti, bütün məmurlar 25 ildir xalqın hakimiyyətini zəbt edib: "Hətta bəzilər cəmiyyətə açıq şəkildə elan edirlər ki, biz hakimiyyətə gəlmişik və bu hakimiyyəti heç kimə verməyəcəyik. Bunlar seçki keçirmirlər. Milli Məclisi eyni tərkiblə tərtib edirlər və hər biri də Azərbaycanın milli sərvətlərini, büdcəsini, Azərbaycan xalqına çatası vəsaitin mənimsənilməsi, oğurlanması, talanması ilə məşğuldurlar. Bunların hakimiyyətini təmsil edən bütün şəxslər, nazirlər, Prezident Aparatı, Milli Məclisin deputatlarının əksəriyyəti yalnız bu işlə məşğuldurlar. Bəli, tez-tez ayrı-ayrı məmurların, nazirlərin milyardlarla dövlət əmlakını taladıqları, o cümlədən Milli Bankın, Beynəlxalq Bankın və digər bankların sədrlərinin Azərbaycana, büdcəyə məxsus milyonlarla, milyardlarla vəsaitin talaması ilə bağlı yüzlərlə məlumat yayılır, onların hər birinin yaratdıqları biznes fəaliyyəti üzə çıxır. Onların hər biri barəsində mətbuatda, sosial şəbəkələrdə məlumatlar verilir, faktlar göstərilir, amma heç birinə cavab verən yoxdur. Nə onların özləri, nə prokurorluq bu məlumatları təkzib edir, nə də hakimiyyətin başqa strukturları bu məlumatlara reaksiya verir. Heç kim reaksiya vermir”.

"Dövlət bu məlumatları bilə-bilə ötürür”

N.Səfərovun fikrincə, Cinayət Prosesual Məcəlləsində cinayət işi qaldırılmasının, istintaq aparılmasının hallarından biri də ondan ibarətdir ki, mətbuatda vəzifəli şəxslər haqqında olan cinayət, korrupsiya xarakterli məlumatlara mütləq prokurorluqda reaksiya verilməlidir, onlar o şəxsləri çağırıb, dindirməlidirlər, məlumatların mənbəyi, həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmalıdır: "Əgər həmən şəxslərin əməllərində cinayət tərkibli əməllər aşkar olunursa, onların haqqında cinayət işi qaldırılmalıdır. Çünki qanunların əməl olunmasına, istintaqın aparılmasına cavadeh orqan prokorluqdur. Ancaq mətbuatda dərc olunan bu real faktların heç birinə reaksiya vermirlər, göz yumulur. Ona görə ki, özləri də eyni cinayət əməlinin iştirakçılarıdırlar. Adlarını çəkdiyiniz nazirlərdən dünənə kimi işləyənləri var idi. Mətbuatda onlar haqqında yazırdılar ki, milyonlarla vəsait mənimsəyib, cinayət əməli törədiblər, heç kim buna reaksiya vermirdi. Bu gün görürsən ki, onların hər hansı biri hakimiyyətin acığına gəlıb. Ona görə, onların haqqında sosial şəbəkələrə məlumatları qəsdən ötürürlər. Mən inanıram ki, dövlət bilə-bilə bu məlumatları ötürür. Çünki onlardan əldə etdikləri əmlakın, vəsaitin bir hissəsini əllərindən tutub alırlar, özərini də qorxudurlar, onlar da qorxusundan dillənmir. Hakimiyyətdə olanlar bundan istifadə edib soyur, ancaq onların heç birinə qarşı cinayət işi qaldırıb, istintaq aparılmır. Çünki bunlar barəsində cinayət işi qaldırılıb, istintaq aparılsa, deyilən faktlar ortaya çıxacaq ki, bu da hakimiyyəti qane etmir. Ona görə, ən yaxşı hal adicə söz- söhbətlərlə, şaiələrlə o şəxsləri özlərinin bildiyi kimi məsuliyyətə cəlb edib, əllərində olan əmlakı soyub, almaqdır. Yenə də deyirəm, bu hakimiyyətdə olan bütün vəzifəli şəxslər, məmurlar təpədən-dırnağa qədər cinayət faktlarının içində boğulurlar. Onların istintaqanı kim aparacaq? Daxili işlər nazirimi, yoxsa baş prokurormu? Ölkədə özbaşnalıqdır, qanunlar işləmir, investor ayaq altında tapdalanır. Bu günkü hakimiyyətdə olan rejim ki, var, heç bir tədbir görülməyəcək. Çünki bu hakimiyyət özü də bu korrupsiyanın içərisindədir, onun iştiakçısıdır. Bu hakimiyyət heç vaxt mətbuatda adı çəkilən nazirlərin, məmruların əmlaklarının geri qaytarılmasına maraqlı deyil. Sadəcə, bunlar belə məlumatların mətbuatda yayılmasından sui-istifadə edib, həmin şəxslərin taladıqlarını soyub, əllərindən geri alacaqlar. Ona görə, mətuatda adı çəkilən şəxslərin mülklərinin, şirktələrinin araşdırılmasını heç kim bu ölkədə təmin etməyəcək. Buna heç kim, nə xalq, nə müxalifət ümid bağlamasın ki, bu hakimiyyətdə bir nəfər şəxs tapılacaq bu cinayətkarları, korrupsionerləri istintaq edəcək, oğurladıları əmlakın geri qayıtmasnı təmin edəcək. Bunu bu hakimiyyətdən heç kim etməyəcək. Bunu edən prokurorluq, Daxili İşlər Nazirliyi və yaxud Milli Təhlükəsizlik Nazirliyi olmalıdır. Onların heç birinə siyasi göstəriş olmasa, o istintaqları aparıb, oğurlanmış əmlaklar geri qaytarılmayacaq”.

"Heç kim araşdırmır ki, bu pullar hara gedib?”

"Yadınızdadırsa, maliyyə naziri Şərifov dəfələrlə elan etmişdi ki, Beynəlxalq Bankın 10 il fəaliyyəti zamanı ölkədən 12-14 milyard ofşor firmalar köçürülüb. Bu sözü o boyda nazir deyib, amma bunu heç kim təkzib etməyib. Bir nəfər istintaq aparıb, müəyyən edən yoxdur ki, xaricdə hansı ofşor firmalardır ki, ora 12-14 milyard pul keçirilib, bu firmalar kimə məxsusdur? Həmin pulların taleyi necə oldu? Biz bəzən kiçik vəsaitlər barədə söhbətlər aparırq, ancaq maliyyə nazirinin özü açıq şəkildə iki dəfə bəyan edib, Cahangir Hacıyevin adını çəkib ki, 12-14 milyard dollar pullar ofşor firmalara köçürülüb, ancaq heç kim araşdırmır ki, bu pullar hara gedib? O pulların geri qaytarılması məsələsi necə oldu? Niyə görə nazirin dilindən çıxan bu ittihamlar Cahangir Hacıyevə verilmir. Cahangir Hacıyevdən soruşulmur ki, o pullar hanı? Ona görə ki, Cahangir Hacıyev qayıdar, elə bir söz deyər ki, ölkə bir-birinə qarışar”, - deyə hüquqşünas vurğuladı.

"Gün gələcək bütün bunların hamısını xalq araşdıracaq, istintaq qrupları yaradılacaq”

Qubanın icra başçısının xaricdə sərvətinin açıqlanması ilə bağlı N.Səfərov qeyd etdi ki, bütün rayonların icra başçıları yalnız pul yığmaq ilə məşğuldurlar: "Bunu bilmirsiniz? Halbuki, icra başçısının vəzifəsi rayon sakinlərinin, rayonun problemlərini həll etməkdir. İcra başçıları yollar çəkməlidirlər, rayonu idarə etməlidirlər. Amma onlar hamısı dövlət əmlakının mənimsənilməsi, oğurlanması, özləri və yuxarıda oturanlar üçün əmlak toplamaqla məşğuldurlar. Onların hər birinin əməllərinin kiçik bir hissəsini araşdırsan, milyardlarla dövlət əmlakının mənimsənilməsi faktları ortaya çıxacaq. Onlar da o pulları yığırlar, həm yuxarı ötürürlər, həm də özlərinə xarici ölkədə əmlaklar, villalar alırlar və biznes qururlar. İstənilən məmuru bu gün qurdala, bir az qaşı görəcəksən ki, xaricdə öz biznesini qurub. Çünki bunlar bilirlər ki, Azərbaycandakı hakimyyətləri müəvəqqətidir. Sabah onların əmlaklarını yeni gələn hakimiyyət tutub əllərindən ala bilər. Elə bilirlər ki, o əmlakları xaricə keçirməklə, o əmlakların sahibi olacaqlar. Gün gələcək bütün bunların hamısını xalq araşdıracaq, istintaq qrupları yaradılacaq. Ammaq bunların hamısı hakimiyyət dəyişikliyindən sonra baş verəcək. Mən hesab edirəm ki, Azərbaycanın sərvətlərini oğurlayan o şəxslər mütləq müəyyən oluncaq və məsuliyyətə cəlb oluncaq, xalqdan oğurladıqları pullar da geri qaytarılacaq. Lakin bu gün yox, ümidinizi üzün. Heç kim bu gün onların Azərbaycana qaytarılmasını təmin etməyəcək. Çünki maraqlı olan yoxdur. Dövlətin pullarının qayğısına qalan yoxdur. İndi hakimiyyətdə olanların hamısı dövlətin parçalanması və onun əmlakının dağıdılması ilə məşğuldurlar”.



Oxşar Xəbərlər

Xəbər lenti