ŞUŞA BƏYANNAMƏSİ REGİONUN TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATIDIR!

Dünyamızın qarışıq dövründə, özəlliklə də 44 günlük müharibədəki qələbəmiz və bu qələbədə Türkiyənin rolu, dünya ölkələrinin münaqişəyə münasibəti və sonrakı proseslər Şuşa Bəyannaməsinin həqiqətən bir qurtuluş bəyannaməsi olduğunu göstərdi. Məhz bu baxımdanBəyannamənin imzalanmasının 15 iyun Milli Qurtuluş gününə salınması da rəmzi məna daşıyır və XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” tarixi ifadəsinin bir daha öz təsdiqini tapdığını sübut edir.
Bəyannamənin Vətən müharibəsindəki qələbəmizdən sonra məhz Şuşada imzalanması həm məğlub qonşularımıza, həm də onların havadarlarına bir məsaj idi. Türkiyəni 1915-ci il hadisələrinə görə daim qərb ölkələrinin tənqid hədəfinə çevirən, uydurma “genosid” kəliməsini öz siyasi məqsədləri üçün alətə çevirən ermənilərin türklərə qarşı törətdikləri soyqırımın üstü çoxdan açılmışdır. Lakin qərb gözünü və qulağını erməni yalanları ilə tıxadığından həqiqəti görmək və eşitmək istəmirdi. XX əsrin sonlarından vəziyyət dəyişməyə başladı. İnformasiya müharibəsindəki qələbəmizi Qarabağ savaşındakı qələbəmiz tamamladı...
Müstəqilliyin ilk günlərindən başlayaraq Türkiyə ilə müxtəlif sahələrdəki qarşılıqlı, səmərəli əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edirdi. 15 iyun 2021-ci il Şuşa Bəyannaməsinin imzalanması bütün bu əlaqələrin zirvə nöqtəsi oldu. 
Artıq aradan keçən bu bir il Şuşa Bəyannaməsinin çoxşaxəli müttəfiqliyin örnəyi kimi dəyərinin daha da artdığını göstərdi. Bu Bəyannamə tək iki qardaş ölkə üçün deyil, ümumilikdə bütün region üçün böyük önəm daşıyır. Bircə qalır bu önəmi qarşı tərəfin dərk etməsi. Təbii ki, əgər erməni xalqı rahat yaşamaq, dünyaya inteqrasiya etmək, sözün əsl mənasında müstəqil olmaq istəyirsə, bu Bəyannaməni alqışlamalıdır. 
Osmanlı İmperiyası çox geniş ərazilərə sahib olmasına baxmayaraq heç zaman dini, irqi ayrıseçkiliyə yol verməmişdir. Osmanlı dönəmində ermənilər “milləti sadiqa” adı ilə ən üstün vəzifələrdə yer almışdırlar. Bu da onlarındaha böyük iddialarla çıxış etmələrinə gətirib çıxartmışdır.Bunun da arxasında, Qarabağda olduğu kimi, düşmən qüvvələr dayanırdı. Nəticə isə göz önündədir. O vaxt da, XX əsrin sonu - XXI əsrin əvvəllərində də əziyyəti xalq çəkir. O xalq ki, əgər istəsə, silkələnərək boynunda oturan daşnakları bir anda yerə yıxa bilər. Türkiyə bu gün də “yurdda sülh – cahanda sülh!” deyən Mustafa Kamal Atatürkün yolunu davam etdirərək olduğu hər yerə sülh,barış gətirir. 
Beləliklə, Şuşa Bəyannaməsi sülh deməkdir, əmin-amanlıq deməkdir! Şuşa Bəyannaməsi regiona investisiyaların qoyulması, dağıdılmış şəhər və kəndlərimizin bərpası, yeni yolların çəkilməsi, bölgə əhalisinin rifahının artması, təhlükəsizliyinin təmin olunmasıdeməkdir! Şuşa Bəyannaməsi Türk Dünyasını birləşdirən, iqtisadi əlaqələrin inkişafını sürətləndirəZəngəzur dəhlizideməkdir! Və, nəhayət, Şuşa Bəyannaməsi xoşbəxt və firavan həyatın özü deməkdir

Güllü Yoloğlu

Tarix elmləri doktoru, AMEA-nınArxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, türkoloq



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}