Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ermənistanda sərhədyanı bölgədə yaşayan sakindən Azərbaycan ərazisində qoyub getdiyi avtomobilə görə əmlak vergisi tələb olunur.
Epress.am saytı xəbər verir ki, Ermənistanın Çəmbərək şəhərinin sakini Samvel Arakelyana yerli icma administrasiyasından məktub gəlib.
Həmin məktubda vəziyyətin daha da çətinləşməməsi üçün onun qəti tədbirlər görməsi və "QAZ-69” markalı avtomobilinə görə 160 dollar məbləğində əmlak vergisi ödəməsi tələb olunub.
Məsələ ondadır ki, həmin avtomobili Arakelyan 26 il əvvəl Azərbaycanda qoyub gedib.
"Atamın Arsvaşendə (tarixi və indiki adı Başkənd; Gədəbəy rayonu ərazisində yerləşir) nasaz "Villis”i var idi. İndi ona görə əmlak vergisi ödəməyimi istəyirlər”, - deyə Arakelyan sayta bildirib.
Onun sözlərinə görə, Çəmbərək icma administrasiyası əllərində olan sənədlərə əsasən, borcun yığıldığını bildirir: "Deyirlər, gərək ödəyəsən ki, problemin həll olunsun”.
Arakelyan məktubdakı tələbi yerinə yetirmək fikrində deyil. Belə ki, bu tələbin absurd olduğunu düşünür: "Qoy mənim "Villisim”i qaytarsınlar, onda mən on qat pulunu ödəyərəm”.