25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində, yaşayış evlərinin arasında fəaliyyət göstərən və havaya hər gün təhlükəli tullantılar buraxan kustar metaləritmə sexinin Milli Məclisin üzvü Aqil Abbasa, yaxud övladlarından birinə məxsus olduğu barədə xəbər almışıq.
Bu xəbər həmin sexin fəaliyyəti barədə virtualaz.org-un reportyor qrupunun reportajından sonra yerli sakinlər tərəfindən redaksiyamıza çatdırılıb. Məsələ ilə bağlı Aqil Abbasın özünə zəng vurduq və bu iddiaya münasibətini soruşduq.
"Həzrət Abbasa and olsun mənim, ailə üzvlərimin, övladlarımın hansısa obyekti, hətta köşkü belə yoxdur”-Aqil Abbas sualı dinləyib belə dedi.
Deputat əlavə etdi ki, hansısa yaxını, qohumu onun adından istifadə edə bilməz: "Basıb onların gözün çıxararam, mən heç bir yaxınıma, qohumuma adımdan istifadə etməsinə icazə vermirəm. Sosial şəbəkədə haqqımda mənfi fikirlər bildirirlər. Mənim yalnız bir qələmim var, onu mənə bəxş edən Allaha şükürlər olsun”.