Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Prezidentin
14 fevral Qarabağ səfərində iki mühüm mesaj - üç rəy
İlham Əliyevin zəfər qazanılmış torpaqlardan səsləndirdiyi fikirlər geniş müzakirə olunmaqdadır
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin zəfər qazanılmış torpaqlardan səsləndirdiyi fikirlər, bölgənin inkişafı ilə bağlı atılan addımlar və görüləcək işlərlə bağlı böyük layihələrin anonsu geniş müzakirə olunmaqdadır.
Maraqlı detallardan biri budur ki, ölkəsinə, siyasi opponentlərinə və maraqlı dövlətlərə mesaj vermək lazım olanda, Prezident məkan olaraq, azad olunmuş torpaqları seçir, bu dəfə də elə oldu. Prezidentin Qarabağa növbəti səfərində diqqət çəkən çox məqamlar oldu. Ancaq ölkə başçısının Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimindən sonra Türk dünyasına yeni bir çıxış qapısından danışması, bu meqalayihədən bəhrələnmək istəyənlərə mesajlarını verməsi mühüm məsələ idi. Prezidentdən sitat: “Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolunun azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır”.
Prezident İlham Əliyev qeyd edib ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və
müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu var və burada iştirak edən bütün ölkələr faydalanacaqlar. “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”,
dövlət başçısı əlavə edib.
Ölkə Prezidenti 44 günlük savaşın nəticəsində sarsıdıcı zərbələr alan, ancaq yenidən baş qaldırmaq istəyənlərə növbəti xəbərdarlığını da məhz döyüş meydanından edib, eynilə Şuşa səfəri zamanı olduğu kimi. Dövlətimizin başçısı bununla da qarşı tərəfi ötən dərsləri unutmamağa çağırıb. Sitat:
“Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.
Qarabağ bölgəsini Milli Məclisdə təmsil edənlərdən biri, deputat Ceyhun Məmmədov Prezidentin Qarabağa 14 fevral səfərindən, səsləndirdiyi bəyanatlardan, verilən mesajlardan danışarkən bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgəyə səfəri bir çox cəhətlərdən xüsusi əhəmiyyət daşıyır:
“Artıq neçənci dəfədir Prezident özü bölgəyə səfər edərək həyata keçirilən layihələrlə yerində tanış olur, onların icrasına birbaşa nəzarət edir. Bu Prezidentin bu məsələni daima diqqətdə saxladığının, məsələyə çox həssas yanaşdığının göstəricisidir. Prezident bölgənin gələcəyi və inkişafı ilə bağlı bir sıra mühüm mesajlar verdi. Birinci, dövlət başçısı mesaj verdi ki, Azərbaycan tez bir zamanda Qarabağı dirçəldəcək, buranı dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Artıq bir sıra mühüm layihələrin icrasına başlanılıb və bu layihələr uğurla icra olunur. Bölgənin çox güclü elektrik enerjisi, su ehtiyatları, heyvandarlıq, kənd təsərüfatı və turizm potensialı var.
Ceyhun Məmmədov
Azərbaycan burada ağıllı şəhər və kənd layihələrinin həyata keçirilməsini planlaşdırır. Azərbaycan bu imkanlardan geniş istifadə edəcək və nümunəvi ağıllı şəhər və kənd layihələri həyata keçirəcək. Burada ən müasir texnologiyalardan istifadə ediləcək. Artıq baş planlar da hazırdır. Müxtəlif dövlətlərlə danışıqlar aparılır. Bu, Azərbaycanın növbəti böyük uğurudur. Su elektrik stansiyasının qısa vaxtda inşası, çinarların əkilməsi, balıqların suya buraxılması bu fikiri bir daha təsdiq edir. Biz yaxın vaxtlarda digər mühüm layihələrə başlanıldığının da şahidi olacağıq”.
Deputat Prezidentin Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etməsini təsadüfi saymır, hesab edir ki, bu, revanş niyyətində olanlara ünvanlanan mesajlardır:
“Ermənilər son baş verənlərdən ciddi nəticə çıxarmalıdırlar. Əgər onlar ”dəmir yumruğ"u unudub yenidən baş qaldırsalar, bunun bədəli çox ağır olacaq. Onlar bu barədə düşünməsələr, növbəti dəfə daha böyük itkilərlə üzləşəcəklər. Nə qədər gec deyil, ermənilər ağıllarını başlarına yığmalıdırlar". C.Məmmədov bildirdi ki, Prezident səfər zamanı Naxçıvanın blokadadan çıxarılması, Naxçıvana yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı məsələlərə də geniş toxundu, bu da mühüm əhəmiyyətə malik məqamdır: “Burada qlobal siyasi və iqtisadi layihələrdən söhbət gedir. Bu layihələr Azərbaycan iqtisadiyyatına və bölgənin inkişafına çox ciddi töhfələr verəcək. Həmçinin Azərbaycan bununla həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərini təmin edəcək.. Burada ən önəmli məsələlərdən biri də Azərbaycanı Türkiyə ilə yeni bir dəmir yolu xəttinin birləşdirməsidir. Azərbaycan həmçinin Orta Asiya respublikaları ilə Türkiyə arasında da körpü rolunu oynayacaq. Bu layihə həmçinin azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınmasına ciddi töhfə verəcək. Bu layihələrin həyata keçirilməsində Türkiyə və Rusiyanın da ciddi maraqları var”.
Fazil Mustafa
Deputat Fazil Mustafa bildirdi ki, dövlət başçısının ölkəsinə, siyasi opponentlərinə və maraqlı dövlətlərə Qarabağdan mesaj vermək taktikası olduqca doğru seçilib:
“Ölkə Prezidenti bu səfərləri ilə həm Qarabağa sahiblik hüququmuzu möhkəmləndirir, həm də bütün qərarların Qarabağ üzərindən gerçəkləşdiriləcəyinin anonsunu verir. Çünki real məkandan belə fikirlərin səsləndirilməsi ermənilər üçün də işin nə dərəcədə ciddi olduğunu anlatmaq baxımından faydalıdır. Erməni xəstə təxəyyülü tarixdən oxuduğu mifoloji mətnlərdən ayrılaraq, real dünyanın mətnlərinə yönəlməlidir. Əks halda, yenidən irreal proqramlar və hədəflər arxasınca sürünmək bu xalqı onsuz da qondarma dövlət olan Ermənistan məkanından da məhrum edə bilər. Əslində cəmiyyət olaraq biz də bu addımların alt qatını doldurmalıyıq. Daha böyük fədakarlıqla Qarabağ məsələsində öz töhfəmizi verməyə başlamalıyıq”. F.Mustafanın sözlərinə görə, Prezident anlatmağa çalışır ki, biz yalnız Qarabağı xilas etməmişik, həm də Naxçıvanın gələcək təhlükəsizliyini təminat altına almışıq: “Bizdə də yanlış tarix və mifoloji mətnlərə özünü inandıranlar öz xəyallarından real həyata qayıdıb görülən işin möhtəşəmliyini anlamalıdırlar. Burada böyük bir Türk inteqrasiyasından söhbət gedir. Bununla belə, Qarabağın gələcəyi, orada görüləcək işlər, məskunlaşmanın formaları və sair məsələlər cəmiyyətin alt qatlarında ciddi müzakirə olunmalıdır. İqtidarın bəlkə də ləngidiyi addımlardan biri məhz bu sferadadır. Çünki cəmiyyətin konsensusu bölgənin yenidən qurulmasında, qalxınmasında olduqca əhəmiyyətli amildir. Məsələn, mənə Qarakilsənin - ermənilər onu ”Sisiyan" adlandırır - Şıxlar kəndindən 150 ailə Qarabağın ayrıca bir kəndində kompakt yaşamaq üçün müraciət etdiklərini bildiriblər. Bu tendensiyanı inkişaf etdirməliyik. Orada erməni zülmünü yaşamış insanları ağırlıqlı olaraq yerləşdirməliyik ki, bu vəhşi xalqa qarşı lazım gələndə daha sərt dirəniş göstərə bilsinlər". Deputat qeyd etdi ki, bizi qarşıda Prezidentin də söylədiyi kimi, erməni faşizmi ilə mübarizə gözləyir: “Bu mübarizəni yalnız silahlı qüvvələrimizlə aparmaq yetərli olmayacaq. Bütün cəmiyyətimiz bu mübarizədə öz hədəfləri barədə aydın təsəvvürə malik olmalıdır”.
Elçin Mirzəbəyli
“Azərbaycan Prezidenti tərəfindən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, ölkəmizlə yanaşı daxil olduğumuz region və subregion, eləcə də Türk Dünyası və Avrasiya üçün tarixi hadisədir və sözügedən nəqliyyat infrastrukturu geostrateji əhəmiyyət daşıyacaq”. Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi ekspert qeyd etdi ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsi İran və Ermənistanla sərhəddə yerləşdiyi üçün önəmli coğrafi mövqeyə malikdir:
“Ağbənddən indiki Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan isə İqdıra qədər olan məsafə kifayət qədər qısa və əlverişlidir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Ermənistan ərazisindən Naxçıvana keçən dəmir yolu xətti vasitəsilə Azərbaycan və Türkiyə həm də nəqliyyat infrastrukturunun diversifikasiyasına nail olurlar ki, bu da həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından böyük önəm daşıyır. Məlum olduğu kimi, hazırda ölkəmizin qardaş Türkiyə ilə dəmir yolu əlaqəsi Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Gürcüstan üzərindəndir. Ermənistan və Naxçıvan üzərindən keçən dəmir yolu Türkiyənin Şərqi Anadolu bölgəsinə çıxışını təşkil edəcək. Bakı-Tiflis-Qars dəmir yolu xətti də məlum olduğu kimi, eyni bölgəyə çıxır. Buradan hər iki dəmir yolu xətti ilə qısa bir məsafə qət etməklə Türkiyənin Qara dəniz bölgəsinə və təbii ki, Qara dəniz limanlarına çıxış əldə edə bilirik ki, bu da Azərbaycan üçün alternativ imkanlar yaradır. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsi vasitəsilə biz Poti və Batumi limanlarına, oradan da Qara dənizə çıxış əldə edə bilirik. Amma Türkiyə limanları vasitəsilə Qara dənizə çıxış əldə etməyimiz, ən azı bu istiqamətdə alternativlərimizin olması baxımından strateji əhəmiyyətə malikdir və həm də iqtisadi baxımdan səmərəlidir. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Amma alternativlərimizin olmaması səbəbindən yaxın tarixdə rəsmi Tiflisinin bir sıra manipulyativ davranışlarının şahidi olmuşuq ki, bu da əlavə maliyyə və vaxt itkilərinin olmasına zəmin yaradıb”.
E.Mirzəbəyli qeyd etdi ki, əgər Ermənistan məğlubiyyətdən nəticə çıxarıb yaxın qonşuluq prinsiplərindən çıxış edərsə, o zaman bu ölkənin üzərindən və daha qısa, əlverişli məsafə qət etməklə Türkiyəyə neft və qaz kəmərlərinin çəkilməsi də mümkündür:
“Bu isə öz növbəsində enerji dəhlizlərimizin diversifikasiyası, alternativlərimizin yaranması deməkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Füzuli rayonunda da beynəlxalq hava limanının inşası ilə bağlı işlər gedir. Yeni dəmir yol xəttinin inşası isə İranla həmsərhəd olan bu ərazimizi bölgənin mühüm logistik mərkəzinə çevirə bilər. Bu isə öz növbəsində beynəlxalq statusu olan regional iqtisadi zonaların yaranması deməkdir. Bütün bunlar isə ölkəmizin geostrateji əhəmiyyətinin artması, mövqelərinin möhkəmlənməsi deməkdir. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən infrastruktur layihələri vasitəsilə ölkəmizin on illər, bəlkə də yüz illər boyu bölgədə üstün mövqeyini, təhlükəsizliyini təmin edəcək, Azərbaycanı Avrasiyanın açar ölkəsinə çevirəcək strateji bir planın əsasını qoyur”.
Azərbaycan Prezidenti Qarabağa səfərləri zamanı təkcə düşmənə xəbərdarlıqlar etmir, eyni zamanda sükanı arxasında əyləşdiyi avtomobillə irəlilədikcə, erməni vandalizminin qurbanı olmuş yaşayış məntəqələrimizdən bəhs edərək, onları əyani şəkildə göstərərək, bütün dünya ictimaiyyətini məlumatlandırır, erməni faşizminin gerçək simasını nümayiş etdirir. Bunun özü də qazanılmış qələbəmizin qorunub-saxlanılması, əbədiləşdirilməsi baxımından çox önəmli amildir. Bundan əlavə, dövlət başçısının iri layihələrin təməlini qoyması Azərbaycan dövlətinin çox da uzaq olmayan gələcəkdə Qarabağı cənnətə döndərəcəyinə əminlik yaradır. Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşməsi, eyni zamanda Mehri dəhlizi vasitəsilə “Bir millət, iki dövlət” arasında körpünün atılması bölgənin daha sürətlə inkişafında müstəsna rol oynayacaq.
Oxşar Xəbərlər
ABŞ səfiri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı barədə
Dövlət başçısı: “Bakı
Ali Baş Komandan xalqımıza Zəfər sevincini yaşatdı
Oliqarx məmurların “qara günü” başladı
Xəbər lenti
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
Bazar günü 28 dərəcə isti olacaq
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
3 BÜRCLƏ bağlı ŞOK XƏBƏRDARLIQ –
Onlarla münasibət qurmayın!
21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ
Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı