8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vahid Əhmədov Şahin Mustafayevin hansı işindən razı qalıb?
Milli Məclisin istiqlalçı deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "Əgər məndən ağıllı kadr olsa, məmnuniyyətlə postu təhvil verməyə hazıram” açıqlamasını sərt tənqid edib. Əlbəttə, söz və fikir azadlığının Konstitusiya ilə təmin olunduğu bir ölkədə hər bir şəxsin məmurları ədalətli tənqid etmək haqqı var. Bir zamanlar baş nazirin müavini işləmiş, indi isə deputat toxunulmazlığına malik Vahid Əhmədova görə belə açıqlama ilə Hacıbala Abutalıbov özünü çox ağıllı hesab edir. Ancaq deputatın özünün bir müsahibədə ziddiyətli fikirlər səsləndirməsi olmasaydı, o zaman Vahid Əhmədovun Hacıbala Abutalıbov haqqında dediklərini qəbul etmək olardı. Başlayaq ondan ki, deputat müsahibəsində bildirir ki, "Mən və həmkarlarım dəfələrlə Milli Məclisdə demişik ki, ölkədə postneft dövrünə hazırlaşmaq lazımdır. Yəni sabah neftin qiyməti, hasilatı aşağı düşəndə dövlətin büdcəsi, əhalimiz ciddi çətinliklərlə üz-üzə gəlməsin. Çox təəssüf ki, biz çətinliklərlə üz-üzə gəldik, neftin qiyməti bir il ərzində 4 dəfə aşağı düşdü. Bu, gözlənilən deyildi”. Maraqlıdır ki, deputat bir yandan postneft dövrünü proqnazlaşdırdığını deyir, digər tərəfdən də bildirir ki, qiymətlərin belə kəskin düşəcəyi gözlənilən deyildi. Burada onun hansı fikirinin doğru olduğunu müəyyən etmək qeyri-mümkündür. Əgər, bir adam postneft dövrünü proqnozlaşdıra bilibsə, deməli qiymətlərin düşəcəyini də bilib. Yox əgər neftin qiymətinin ucuzlaşacağını təsəvvür etməyibsə, onda hansı postneft dövrünü proqnozlaşdırıb? Baş nazirin sabiq müavini, indi də hökumətdə yer almağa çox böyük iddiası olduğu açıq hiss olunan Vahid Əhmədov ziddiyətli fikirlərini davam etdirərək deyir ki, "Cənab prezidentin dediyi kimi, bu, (neftin ucuzlaşması) sırf siyasi məsələdir, nə qədər davam edəcək, heç kəs bilmir”. Almaniyanın Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülümüş Vahid Əhmədovdan fərqli olaraq iqtisadçı olmayan, Prezident Adminstarsiyasının şöbə müdiri, tarixçi Əli Əhmədov neftin ucuzlaşmasını üç səbəblə izah etmiş, bunlardan əsası kimi birinci iqtisadi səbəbi qeyd etmişdir. Postneft dövrünü proqnozlaşdırdığını iddia edən bir iqtisadçının neftin qiymətinin ucuzlaşmasını sırf siyasi məsələ kimi qiymətləndirməsi onun iqtisadiyyatdan çox uzaq olduğunu, dünya neft bazarında baş verən dəyişikliklərdən xəbərsiz olduğunu göstərir. Rusiyanın sabiq maliyyə naziri Kudrin Davos İqtisadi Formunda çıxış edərkən bəyan etmişdir ki, prezident Putin neftin ucuzlaşa biləcəyini, yəni postneft dövrünü proqnozlaşdıra bilməyib. Ardınca özünü nəzərdə tutaraq "mən də proqnozlaşdıra bilməmişəm”-deyib. Bununla da uzun illər bir yerdə işlədiyi, dost olduqları söylənən prezident Putini müdafiə edib. Ancaq Vahid Əhmədov postneft dövrünü proqnozlaşdırdığını iddia edir, digər tərəfdən də prezidentin neftin qiymətinin ucuzlaşmasının gözlənilməz olması haqqında fikirini dəstəkləyir. Bilmək olmur ki, adam hansı fikir səsləndirəndə səmimidir. Deputatın tənqid etdiyi Hacıbala Abutalıbovu paytaxtın rəhbəri kimi tənqid etmək üçün əsaslar tapmaq olar, ancaq onu qeyri-səmimi olduğunu iddia etmək olmaz. Hacıbala Abutalıbov səmimi şəkildə fikirləşdiklərini deyir, ancaq Vahid Əhmədov sözünün arxasında sona kimi dayanmır.
Çox istərdik ki, postneft dövrünü proqnozlaşdıran Vahid Əhmədov neftin ucuzlaşmayacağı tərzdə postneft dövrünün başlayacağını necə təsəvvür etdiyini açıqlasın, biz də bilək.
Vahid Əhmədovun ziddiyətli fikirlərindən biri də yaranmış iqtisadi çətinlikləri həll etmək üçün çevik, islahatlara hazır bir hökumətin formalaşdırılması ilə bağlı fikirlərdir. Vahid Əhmədov hesab edir ki, "Bütün dövlətlər islahatları aparmaq üçün ekspert dəvət edəndə daha çox təcrübəli şəxsləri, texnokratları dəvət edirlər”. Çox maraqlıdır ki, Nazirlər Kabinetinin iqtisadi bloku, baş nazir Artur Rasizadənin özü də texnokrat hesab olunduğu bir zamanda Vahid Əhmədov vəziyyətdən çıxış yolunu hökumətə texnokratların cəlb olunmasında görür. İqtisadiyyat Nazirliyinin çox ciddi təkliflər irəli sürdüyünü, 1,5 milyard manatlıq 150 layihə həyata keçirməsinin planlaşdırıldığını və bununla 20 minə yaxın iş yeri açılacağını qeyd edən Vahid Əhmədovun belə görünür ki, bu günə kimi həyata keçirilən layihələrin taleyindən xəbəri yoxdur. Məlumdur ki, 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək İqtisadi İnkişaf Nazirliyi, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək İqtisadiyyat və Sənaye Nazirliyi, 2016-cı ilin yanvarın 15-dən İqtisadiyyat Nazirliyinə məhz Şahin Mustafayev başçılıq edir. Onun nazir olduğu dövr ərzində məhz bir başa tabeliyində olan Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin necə istifadə olunması, yerlərdə güzəştli kreditlərin kimlərə verilməsi və Fondun vəsaitləri hesabına həyata keçirilmiş layihələrlə bağlı ciddi araşdırma aparılsa Şahin Mustafayev nazir olduğu müddətdə böhrandan çıxmağın mümkün olmayacağı hər kəsə aydın olar. Çox maraqlıdr ki, Vahid Əhmədov postneft dövrünü, neftin qiymətinin ucuzlaşacağını və qeyri-neft sektorunun inkişafını təklif etməli olan nazir haqqında bircə dənə də tənqidi fikir səsləndirmir. Halbuki, ilk növbədə məhz Şahin Mustafayevin istefaya göndərilməli olduğu fikrini ölkənin əksər iqtisadçıları bölüşürlər. Vahid Əhmədov isə ölkəni bürüyən iqtisadi böhranın dərinləşərək sosial böhrana keçəcəyi haqqında xəbərdarlıq etmək, bunun qarşısını almaq üçün tədbirlər paketi təqdim etmək əvəzinə iqtisadi siyasətin müəyyən olunmasına heç bir aidiyyatı olmayan Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu tənqid edir. Bu da bizim ümid etdiyimiz deputatın fəaliyyəti.
"Yeni Sözçü" qəzeti