Əhaliyə ŞAD xəbər — Pulsuz oldu!

Əhaliyə ŞAD xəbər

 

Bakı bulvarında daha uzaq məsafəni seyr etmək üçün 4 yeni müşahidə qurğusu quraşdırılıb. Qurğular yeni açılan "Dəniz Mall" Ticarət Mərkəzinin ərazisində yerləşdirilib.Sozcu.info 
 
xəbər verir ki, müşahidə binoklları təqribən iki ay pulsuz işləyəcək:


"Dünya praktikasına baxsaq, görərik ki, bu qurğulardan istifadə bütün ölkələrdə pulludur. Ancaq ticarət mərkəzinin yeni açıldığını nəzərə alaraq biz onları bir müddət pulsuz etmişik. Hazırda binokllardan istifadə qiyməti müzakirə olunur. Dəqiq qiymət bu yaxınlarda müəyyənləşəcək".


Xatırladaq ki, "Dəniz Mall" iyunun birindən fəaliyyətə başlayıb. Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən "Mall" Azərbaycanda ən böyük ticarət mərkəzidir. Sahəsi 120 min kvadratmetr olan obyektdə əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. Özündə bir çox dünya brendlərini birləşdirən "Mall" 5 mərtəbədən ibarətdir



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}