Dünən “COVID” pasportu olmayan 26 nəfər şənliyə buraxılmayıb

Dekabrın 8-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, monitorinq 119 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 26 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Oxşar Xəbərlər

Xəbər lenti