10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ölümlə - “Covid-19”-la çarpışanlar
-Fotolar
Amansız xəstəliklə uğurla mübarizə aparıldığı xəstəxanadan
İLK REPORTAJ
Tale mənim yolumu bura – Abşeron Olimpiya Kompleksində yaradılmış Blok tipli “Covid-19” Xəstəxanasına sanki qəsdən salmışdı. Səbəbini bilmədiyim və qətiyyən gözləmədiyim halda bu ağır xəstəliyə tutularaq, doğmaların və dostların məsləhəti ilə (özüm seçim hayında deyildim) məhz bu xəstəxanaya yerləşdirildim. Bu amansız xəstəliklə bağlı qaçılmaz olan çox narahat, ağrılı-sarsıntılı günlər keçirsəm də, məhz bu xəstəxanaya düşdüyümə, məhz burda 15 gün müalicə aldığıma görə qətiyyən və zərrəcə də peşiman deyiəm. Çünki mən burda həkimlərimizin, tibb işçilərimizin əsl fədakarlıqlarının, öz hümanist missiyalarını necə əzmkarlıqla, insana olan böyük məhəbbət və qayğıkeşliklə yerinə yetirildiyinin bir jurnalist kimi bilavasitə “içəridən” şahidi oldum, gördüm, duydum...
Xəstələrin hər biri istər-istəməz öz canları hayında olsalar da, burda müalicə aldıqlarına görə çox ümidli və nikbin görünürdülər. O qədər də asan sezilməyən bu inamı və nikbinliyi isə aşılayan hər bi xəstənin və elə mənim də hər gün daha çox inandığım bir həkim cəngavərliyi idi – xəstəxananın çox gənc (37-38 yaşı ancaq olar!) Baş həkimi-koordinatoru, öz hümanist sənətini çox sevərək, işini çox gözəl bilən, xalqına hər gün təmənnasız xidmət edərək, bütün gücü, istedadı ilə xəstələri tam həyata qaytarmağa çalışan Oruc Şəfiyev və onun peşəkar, qayğıkeş həkim-tibb kollektividir.
Səhər-səhər Baş həkimin öz komandası ilə birgə hər bir xəstənin yanına ölüm üstünə şığıyan bir loğman kimi gəlib, öz dəqiq ölçülüb-biçilmiş həkim göstərişlərini verməsi nəinki burda müalicə alan hər bir qoca-cavan xəstəyə, hətta tibbi personala belə böyük ruh, inam verir. Həm də Baş həkimin gündə yalnız bir dəfə yox, adəti üzrə günortadan sonra, hətta axşamdan xeyli keçmiş xəstələrə baş çəkməsi, lazım gəldikdə yeni, daha effektli təyinatlar verməsi, bununla da yüksək müsbət nəticələrə nail olması burda heç kəsin nəzər-diqqətindən yayınmır. Qonşu palatalarda müalicə olunan xəstələr bugünlərdə belə bir epizodun da şahidi olmuşdular. Xəstəxanaya axşama yaxın daxil olmuş ağır bir xəstənin halı tamam ümidsizləşmişdi. Gecə saat 1-ə qalmasına baxmayaraq, qəfil xəstə üstünə gələn baş həkim Oruc Şəfiyevin təcili, ekspromt olaraq verdiyi təyinatlar nəticəsində artıq 40 dəqiqə sonra xəstənin vəziyyəti normallaşmış və o, bir qədər keçmiş heç nə olmayıbmış kimi şirin yuxuya dalmışdı. Baş həkim isə öz mənəvi-insani borcunu vicdanla, ləyaqətlə yerinə yetirmiş, bundan daxili rahatlıq tapan, lakin heç kəsdən təşəkkür ummayan bir loğman kimi yalnız bundan sonra evinə tələsirdi – səhər tezdən yenidən xəstələrin yanında, onların xidmətində olmaq üçün!..
...Əslində, belə hadisələr tez-tez yox, nadir hallarda baş verir. Çünki heç vaxt növbədə olan həkim-tibb personalı baş həkimi narahat edib, gecələr xəstə üstünə çağırmırlar. Sadəcə, Oruc həkim təbiətən çox narahat və məsuliyyətli olduğundan gecənin istənilən vaxtı xəstəxanaya zəng edib, vəziyyətlə maraqlanır, yalnız ekstren hallarda, özünün təcili müdaxiləsinə ehtiyac duyduqda xəstə yanına tələsir. Axı, yüzlərlə adamın sabahkı taleyi gənc həkimə etibar edilib. Və bu məsuliyyəti, şərəfli etimadı hər an hiss edib, onu doğrultmamaq mümkün deyil. Digər tərəfdən, baş həkim ətrafında toplanmış həkim-tibb personalı bütün müalicə prosesində öz gənc, istedadlı rəhbərinin təcrübəsini, bilik və bacarığını, işə can yandırmasını, xəstələrə olan səmimi, qayğıkeş münasibətini yüksək dəyərləndirərək, bura müalicəyə gələnlərə eyni cür diqqətli, həssas olmağı vacib sayırlar. Qəbul şöbəsinin həkimi Sevda xanım Məmmədovadan başlayaraq, şöbə müdiri Fəridə xanım Həsənova, növbələr üzrə müalicə həkimləri Afaq Mirzəyeva, Ülkər Həsənova, Elnurə Piriyeva, Elza Məhərrəmova təcrübəli, fədakar həkimlər kimi çalışmaqla neçə-neçə əlacsız xəstəyə şəfa vermiş, ən kritik hallarda onları ölümün cəngindən xilas edə bilmişlər. Onların yalnız tibbi analizlər yox, həm də şəxsi təcrübələri əsasında xəstələrə tətbiq etdikləri uğurlu təyinatlar bütünlükdə bu müalicə ocağnın uğurlarının təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu işdə təcrübəli tibb bacıları Cəmalə Eyvazova, Cəmilə Nəcəfova, İlahə, İlhamə, Humay, Samirə və digərləri daim həkimlərin sağ əli kimi əzmkarlıqla, qayğıkeşliklə, yorulmaq bilmədən çalışırlar. Müxtəlif sistemlərin, iynələrin vaxtlı-vaxtında vurulmasını, həblərin qrafik üzrə qəbulu və s. onların daimi diqqəti və nəzarəti altında aparılır.
...Bir-neçə gün əvvəl gözüm qarşısında baş verən bir təhlükənin tibb bacısı tərəfindən necə fədakarlıqla, cəldliklə aradan qaldırılması da diqqətimdən yayınmayıb. Gündüz dəhlizdən palataya qayıtmaq istəyən yaşlı bir kişi az qala halını, müvazinətini itirib, yıxılacaqdı. Bunu hiss edən tibb bacısı dərhal özünü kişiyə yetirərək, onun gövdəli, ağır bir adam olmasına baxmayaraq, çiynini ona dayaq verərək, qoluna girmiş, yıxılıb xəsarət almasının qarşıını almış, xadimələrdən biri isə tez xəstə arabacığını onlara çatdıraraq, kişinin sağ-salamat palataya, öz yerinə çatdırılmasına nail olmuşdular. Həkim və digər tibb bacıları isə əlüstü xəstənin başına yığışaraq, ona lazımi tibbi yardım göstərmişdilər. Yəni ki, bu xəstəxanadakı tibb personalı öz gündəlik fəaliyyətləri, qayğıkeşlikləri ilə sadəcə tibb bacıları deyil, hər an xəstənin yanında olan, onların halına qəlbən yanan ana-bacılardır. Xəstələrin təmiz şəraitdə müalicə almaları, başqa yerlərdən fərqli olaraq, onların “Təbib” tərəfindən həqiqətən gündəlik keyfiyyətli, isti yeməklə vaxtlı-vaxtında təmin olunmaları üçün çalışan, hər kəsin harayına çatan xadimələr Əfsanə Əliyeva, həyat yoldaşı birinci Qarabağ müharibəsi qazisi olan, dörd övlad, 10-a yaxın nəvənin nənəsi Nuriyyə Eyvazova, Aynurə Haşımova, Asudə İsrafilova və digərləri daim xəstələrin xidmətindədirlər.
“İndi yəqin ki, qəbristanlıqda “yatardım”, əgər bura ikicə gün tez çatdırılmasaydım”. – Bunu İmişlidən olan gözəl bi ziyalı, bu il 70 illik yubileyi olacaq Misir müəllim Əmirov çox səmimiyyətlə, buranın bütün tibb işçilərinə dərin minnətdarlıq və hörmətlə etiraf edir. Əsl vətənpərvər, çox gözəl yaddaşa, ensiklopedik biliyə malik olan Misir müəllim vaxtilə keçmiş Azərbaycan Politexnik İnstitutunda avtomobil nəqliyyatı üzrə ali təhsil alaraq, bir müddət həmin sahədə uğurla çalışsa da, respublikanın ictimai-siyasi həyatında daha fəal və səmərəli iştirak etmək məqsədilə sonradan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirərək, İmişlidə partiya-təsərrüfat işlərində, hüquq-mühafizə orqanlarında uğurla çalışmış, hər zaman ədalətliliyi, obyektivliyi ilə sadə zəhmətkeş adamların yanında olması, mümkün maneələrə baxmayaraq, hər zaman, hər yerdə onların hüquqlarını cəsarətlə, heç kəsdən çəkinmədən müdafiə etməsi ona həqiqətən İmişli və ətraf rayonlarda böyük hörmət və nüfuz qazandırmışdır. Mənimlə qonşu palatada yataraq, müalicə olunan Misir müəllimin öz palata yoldaşı ilə olub-keçənlər, Qarabağımızla bağlı maraqlı tarixi məlumatlar və s. ictimai-siyasi hadisələr haqqında söhbətlərini mən də istər-istəməz divarın yuxarı hissəsi açıq olan tərəfdən aydın eşidirdim. Bir gün isə o, axşam çağı həyəcanla və az qala sərt hökmlə qohumlarından kiməsə bərk-bərk tapşırırdrı ki, arvadı (yaşlı bir qohumunu) rayonda saxlayıb, öldürməyin, səhər tezdən bura, Abşeron “Covid-19” xəstəxanasına çatdırın. Bax, əgər məni ikicə gün əvvəl bura gətirməsəydiniz, indi çoxdan “3-7”-mi də vermişdiniz. Arvadı səhər tezdən gətirin bura, hökmən!..
Bu deyilmi xəstənin həkimlərə, şəxsi həyatlarını hər an risq qarşısında qoyaraq, gecə-gündüz insanların sağlamlığı keşiyində fədakarcasına dayanan səhiyyə işçilərinə olan inam və etimad?..
Təsadüfi deyil ki, xəstələrin tezliklə sağalıb, həyata qayıtmaları üçün “Təbib”in burda yaratdığı unikal şərait, kollektivin uğurlu fəaliyyəti hətta paytaxtın digər səhiyyə ocaqlarında çalışan həkimlərini də burda işləməyə sövq edir. Onlardan biri də bugünlərdə iş yeini bura – “ön cəbhəyə” dəyişmiş gənc həkim Gülnar Nəcəfovadır. Artıq o da özü üçün yeni olan kollektivə qaynayıb-qarışmaqdadır.
Düzdür, demək olmaz ki, bu xəstəxanada hər şey idealdır, xoşagəlməz ölüm halı olmur. Təəssüf ki, kollektivin bütün səylərinə baxmayaraq, bəzən belə hallar qaçılmaz olur. Və bu, əsasən, xəstənin bu müalicə ocağna son dərəcə ağırlaşmış, kritik vəziyyətdə çatdırılması nəticəsində olur. Hətta bir-iki ay əvvəl tibb bacılarından birinin atasını burda ölümdən xilas etmək mümkün olmamışdı. Tibb bacısı özü də etiraf edir ki, qohum-qardaş nədənsə kişinin ev şəraitində müalicəsinə üstünlük vermiş, onu xəstəxanaya son anlarda çatdırmışdılar. Və təəssüf ki, kişi qızının gözləri qaşısında canını tapşırmışdı. Tibb bacısı bu cür səhlənkarlıqda heç kəsi yox, özününküləri qınayır. Maraqlıdır ki, belə bir ağır itkiyə baxmayaraq, həmin tibb bacısı yenə iş başındadır, atasının xilasında geciksə də, başqalarının başına belə bir bədbəxtçiliyin gəlməməsi üçün inadla, səylə çalışır.
Bəli, çox yaxşı ki, respublikamızda, Abşeron rayonunda əhalinin sağlamlığı keşiyində ayıq-sayıq dayanan belə bir müalicə ocağı - Modul tipli xəstəxana və onun öz humanist, peşəkar sənətini şərəflə yerinə yetirən fədakar bir kollektivi var. Və təsadüfən iş elə gətirdi ki, mən də bu xəstəxananın ağır pasientlərindən biri oldum və həkimlərin, tibb personalının ümumi, gərgin səyləri, düzgün, effektli müalicəsi sayəsində sağalaraq (ambulator müalicəsi davam edəcək), evə yazıldım. Ailəmin, doğmalarımın-dostlarımın yanına sağ-salamat qayıtmağım üçün əllərindən gələni əsirgəməyən bu gözəl kollektivə öz dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm! Var olun, dünyanın ən humanist peşə sahibi olan qayğıkeş insanlar!
Və, təbii ki, təşəkkürlərim, ən xoş arzularım bu gün də insanların sağlamlığının bərpası naminə uğurla fəaliyyət göstərməkdə davam edən xəstəxananın baş həkimi, gözəl, qayğıkeş insan, 2-ci Qarabağ müharibəsi qazisi Oruc Şəfiyevə və onun yaxın dostu, müalicəm üçün mənə məhz onun rəhbərlik etdiyi müalicə mərkəzini məsləhət görmüş istedadlı həmkarım Zaur Əhmədə ünvanlanıb! Xoş məramlarınız, əməllərinizlə hər zaman var olun, dostlar!
***
Epiloq əvəzi: İş təsadüfən elə gətirdi ki, mən xəstəxanadan evə buraxılan gün Kürdəxanıdan müalicəyə gətirilmiş 71 yaşlı Tahirə nənə Bədəlova da sağalaraq, doğma kəndinə yola salınırdı. Onu sevinclə qarşılamağa gələn oğul-uşaq nənənin tibb personalı tərəfindən necə mehribanlıqla, qayğıkeşliklə, əzizlənərək yola salındığının, ona möhkəm can sağlığı, həmişə gümrah olmağı, bir daha xəstələnməməyi arzuladıqlarının şahidi oldular.
Bəli, burda bütün xəstələr bu cür qayğı ilə əhatə olunub, sağaldılaraq, doğmalarının-əzizlərinin yanına bax, beləcə sevinclə yola salınırlar.
Rəhman ORXAN,
Əməkdar jurnalist
Oxşar Xəbərlər
Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirir
Nazirlikdən təcili yardımın çağırışa gec gəlməsi ilə bağlı AÇIQLAMA
Həbsdəki icra başçılarının koronavirus müəmması -
Balakəndə yaşayış yerini tərk edən COVİD-
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…