20 İL ƏRZİNDƏ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİ NECƏ DƏYİŞƏCƏK? – Məşhur Karnegi Mərkəzinin təhlili

20 İL ƏRZİNDƏ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİ NECƏ DƏYİŞƏCƏK? – Məşhur Karnegi Mərkəzinin təhlili

 

"Soyuq müharibənin yekunlarına dair qənaətbəxş tənzimləyici mexanizmin olmaması Rusiya-Amerika qarşıdurmasının əsas səbəbidir. SSRİ adı altında soyuq müharibəni uduzan Rusiya ABŞ-ın kiçik tərəfdaşı qismində Amerika sisteminə inteqrasiya etməkdən imtina edib, üstəlik, zamanla böyük güc statusunu bərpa etməyə cəhd göstərib. Amerika isə soyuq müharibədə qələbə qazandıqdan və böyük beynəlxalq güc kimi Rusiyanı faktiki olaraq hesabdan sildikdən sonra Moskvanın təklif etdiyi paritet şərtlər daxilində Rusiya ilə tərəfdaşlığın yolverilməz olduğunu hesab edib. Əsas səbəb budur. Subyektiv səhvlər və nöqsanlar hər iki tərəfdə olub, ancaq onlar elə də böyük əhəmiyyət daşımır”, – Karnegi Moskva Mərkəzinin direktoru Dmitri Trenin yazır.

Tərəflərin mövqeyi və fəaliyyət şəkli

"Əslində Rusiya maraqlarını müstəqil şəkildə müəyyənləşdirmək, təbliğ etmək və müdafiə etmək hüququnu müdafiə edir. Amerika isə soyuq müharibədən sonra müəyyənləşən nizamı müdafiə edir. Rusiyanın atdığı addımlar, xüsusən Ukrayna və Suriyadakı fəaliyyəti Amerika nizamını məhv etməsə də, onu sarsıdır və qiymətdən salır”, – məqalədə daha sonra vurğulanır.

Ekspert qeyd edir ki, Rusiya Amerika hegemonluğunu qəbul edə bilmir: "Çünki bu, tabeçiliyi etiraf etməyə bərabər olacaq, bunu isə rusların görən gözü yoxdur. Amerika nə Rusiya ilə razılığa gələ bilir, nə də onun fəaliyyətinə etinasız yanaşa bilir. Çünki hər iki halda ABŞ onun hegemonluğunun əsasını təşkil edən qlobal liderlikdən imtina etmiş olur”.

<iframe width="586" height="147" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_2" name="aswift_2" style="border-width: 0px; border-style: initial; margin: 0px; outline: 0px; padding: 0px; vertical-align: baseline; max-width: 100%; left: 0px; position: absolute; top: 0px; width: 586px; height: 147px;"></iframe>

"İndiki Rusiya-Amerika qarşıdurmasının forması hibrid müharibədir. Bu ifadə jurnalistlərin gündəlik işlətdiyi sözdən götürülsə də, SSRİ və ABŞ arasında mövcud olan bir öncəki qarşıdurma ilə əlaqəni, eyni zamanda fərqləri vurğulayır. Soyuq müharibədə əsas məsələ hərbi komponent idi, lakin nüvə silahının yaradılması qaynar müharibələrin bədəlini ağırlaşdırdı, ona görə onları silah yarışı və siyasi-ideoloji qarşıdurma əvəzlədi. Rusiya ilə ABŞ arasındakı müasir hibrid müharibənin əsas xüsusiyyəti ənənəvi sferalarla yanaşı vahid qlobal məkanın ən müxtəlif seqmentlərini – informasiya, iqtisadiyyat, maliyyə, texnologiya sahələrini əhatə edən çoxtərəfli qarşıdurmadır”, – Trenin yazır.

Qarşıdurma perspektivləri

"Rusiya-Amerika münasibətlərində bugünkü vəziyyət ağır olsa da, ümumilikdə stabildir. Münasibətlər gələcəkdə pisləşə bilər. Məsələn, 2020-ci il ABŞ-da seçki kampaniyası şəraitində. Lakin qarşıdurmanın fatal inkişafı yalnız faciəvi təsadüf nəticəsində mümkündür. Yaxın 5-7 ildə Rusiya-Amerika münasibətlərinin yaxşılaşacağı gözlənilmir”, – məqalə müəllifi qeyd edir.

"Əgər qeyd edilən hər iki amil müvafiq olaraq ABŞ və Rusiyada birinci plana çıxsa, onda uzaq gələcəkdə – 2030-2040-cı illərdə iki ölkəyə kəskin qarşıdurma vəziyyətindən çıxmağa imkan verən şərait yarana bilər. Bununla belə, tərəfdaşlıq mümkün deyil. Rusiya-Amerika münasibətləri əsasən rəqabət səviyyəsində qalacaq, bu da böyük dövlətlər üçün normal haldır. İdeal halda onlar bir-biri ilə praqmatik əməkdaşlıq edə bilən, müxtəlif kalibrli rəqib ola bilərlər”, – ekspert vurğulayır.

(Tərcümə: xarici pressa)



Oxşar Xəbərlər

Xəbər lenti