Liviya danışıqları uğursuz olduqdan sonra nə baş verəcək? –Ərdoğan Tripoli hökumətini müdafiə edəcəyinə söz verdi

Liviya danışıqları uğursuz olduqdan sonra nə baş verəcək?

 


7 saat davam edən dolayı danışıqlardan sonra Liviyanın rəqib fraksiyalarının rəhbərləri atəşkəs sazişinə dair razılığa gəlmədən Moskvanı tərk edib. Liviya Milli Ordunun (LMO) komandanı Xəlifə Həftər şərtlərinin təmin edilmədiyi iddiası ilə sövdələşməni imzalamaqdan imtina etdikdə, Rusiya və Türkiyə rəsmilərinin səyləri boşa çıxıb.

Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq səviyyədə tanınan Liviya Birlik Hölumətinin (LBH) müdafiəsini davam etdirəcəyini söyləyib. Türkiyə parlamentində danışan Ərdoğan Həftərin atəşkəs razılaşmasından "qaçdığını” və LMO qüvvələrinin Tripoliyə 10 aylıq hücumu davam edərsə, Türkiyənin şərqi Liviya komandirinə "dərs vermək”dən çəkinməyəcəyini deyib.

Ərdoğan bildirib: "Çevrilişçi Həftər əvvəlcə "bəli” dedi, sonra Moskvadan qaçdı. Biz vəzifəmizi yerinə yetirmişik, qalanı cənab Putin və komandasının işidir”.

Barışıq danışıqlarının növbəti raundu Berlin konfransında keçirilməlidir. Moskva danışıqları nəticəsiz başa çatsa da, bəzi təhlilçilər qeyd edib ki, atəşkəs rejimini bərqərar etmək və Liviya müxalifətini danışıqlara cəlb etmək Ərdoğan və rusiyalı vəzifədaşı Vladimir Putin üçün diplomatik qələbədir.

"Suriyadakı Astana prosesi kimi, bu danışıqlar da Rusiya ilə Türkiyənin Qərbin üstünlük təşkil etdiyi klassik diplomatiyaya paralel, rəqib bir diplomatiya yürütdüyünü göstərir”. Bunu Paris Universitetinin professoru Jana Jabbur deyib. O, Həftərin Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin davamlı dəstəyinə güvəndiyini, hücumdan daha çox qazandığı üçün danışıqlardan geri çəkildiyini söyləyib. "Bu, LMO qüvvələrinə uzunmüddətli üstünlük verəcək”.

Jabbur deyib ki, Rusiya və Türkiyə Liviyada uzunmüddətli müharibədə istəkli deyil.

2019-cu ilin aprel ayından bəri baş nazir Fəyyaz Sərracın rəhbərlik etdiyi Tripoli hökuməti İtaliya, ABŞ və Türkiyənin dəstəyi ilə LMO qüvvələri ilə mübarizə aparır. Həftərin hücumu BƏƏ-nin hava dəstəyi və Rusiya özəl şirkəti olan "Vaqner Qrupu” hesabına güclənib. Yanvar ayının ilk həftəsində LMO qüvvələri strateji liman şəhəri olan Sirti ələ keçiriblər.

Buna cavab olaraq, Türkiyə rəsmiləri Sərracın qüvvələrinə strateji və maddi dəstəyi artırıb, xüsusən də noyabr ayında Ankara və Tripoli arasında əməkdaşlığın artırılması, eyni zamanda, iki dövlət arasında yeni dəniz sərhədlərini müəyyənləşdirilməsi sazişləri imzalanıb.

İstanbul Aydın Universitetinin Afrika Araşdırmaları Mərkəzinin rəhbəri Sedat Aybarın fikrincə, Ankaranın dəstəyi LBH-nin müdafiəsinin güclənməsinə kömək edib və Liviyadakı güc balansını dəyişdirib. Onun sözlərinə görə, Putinlə koordinasiya edərək Ərdoğan Türkiyənin Liviyadakı mövqeyini daha da gücləndirməyə, Həftərin koalisiya qüvvələrini də əhatə edən davamlı sülh sazişi üzərində çalışacaq”.

O əlavə edib: "Hərbi cəhətdən Türkiyə qanuni hökumətin tələbləri ilə lazımi tədbirlərdən çəkinməyəcək”.

"Rusiya-Türkiyə dəstəyi ilə sülh danışıqları hazırlıq olmadığı üçün sona çatıb”. Bunu Klingendael İnstitutunun elmi işçisi Calel Harçaui bildirib. Onun sözlərinə görə, müzakirələrdə hərbi mövqelər və ya yeni təmas xətləri təyin olunmaması LBH qüvvələrinin hücum öncəsi xətlərə geri dönmək və Həftərin son mənfəətini qorumaq istədiyindən yarımçıq qalıb.

Harçaui əlavə edib: "Bu iki ifrat istək gerçək deyil, çünki bütün qüvvələri cəbhə xəttində saxlasanız, atəşkəs baş tutmayacaq”.

Ekspertin fikrincə, Rusiyanın Həftərə təzyiqi Berlin Konfransında və konsensusa çatmaqda əhəmiyyətli olacaq. Hərbi dəstəkdən əlavə, Həftər qüvvələrinin valyutası – Liviya dinarları Rusiyada çap edilib, yəni generalın "iqtisadi ömrü” Moskvadan asılıdır. 2016-cı ilin may ayından bəri Həftərə təxminən 12 milyard dinar göndərilib və bu, Moskvadaya hadisələrin inkişafını təsirini göstərir.

Harçaui deyib: "Bu, Avropa liderlərinin Liviyadakı vasitələrindən tamamilə fərqli alətdir. Almaniya, Fransa və ABŞ da daxil olmaqla, Qərb hökumətləri arasındakı ixtilaflar Liviya münaqişəsi ilə bağlı ikitərəfli qərarları dəfələrlə, o cümlədən ötən ilin noyabr ayında baş tutmalı olan Berlin konfransı təklifini təxirə salıb. Bu ayın əvvəlində parlamentin təsdiqindən sonra türk qoşunlarının yerləşdirilməsi ilə bağlı qərar isə davamlı sülhə yetişmək səylərinə yeni aktuallıq gətirib”.

Ekspert əlavə edib: "Son vaxtlara qədər Avropa liderləri Liviyada "sürünüblər” və birdən-birə Türkiyə ortaya çıxıb. Noyabrın 27-də iki sazişin imzalanması zamanı onlar planetin yalnız qərblilərin hesabına fırlanmadığını öyrəniblər”.

Dieqo Kapulo

"Əl-Monitor”

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti