Samir Şərifovun nikbinliyinin əsası varmı?

Samir Şərifovun nikbinliyinin əsası varmı?

 


 

Maliyyə naziri iqtisadi reallıqları nəzərə almır

Referndum və seçkilər adi günlərdən fərqli olaraq yüksək çinli məmurların mətbuatla ünsiyyət saxlamasına səbəb olduğu üçün belə tədbirlər medianın rəsmilərdən müəyyən sorğulara cavab almasını saxlayır. Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən Referendum da bəzi yükəsk çinli məmurların media ilə təmas qurmasına səbəb oldu. Bu günlərdə mediaya açıqlama verən qurumlardan biri də maliyyə naziri Samir Şərifov oldu. Maliyyə naziri açıqlamasında çox nikbin bəyanatlar verməkdən çəkinməyib, hətta manat nəinki ədalətli məzənnəsini tapacaq, nazir möhkəmlənəcəyini iddia edib. Doğrudur, Samir Şərifov manatın möhkəmlənməsini bir neçə şərtin həyata keçməsindən asılı olmasını da əvvəlcə qeyd etməyi unutmayıb. Belə ki, maliyyə naziri bildirib ki, idxalın azalmasına, ölkəyə daha çox valyutanın daxil olmasını təmin edən ixracatın artmasına və ən əsası neftlə yanaşı, rəqabət qabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına nail olmağa çağırıb və belə olarsa, manatın möhkəmlənəcəyini bəyan edib. Əlbəttə, Samir Şərifovun dedikləri reallaşrsa, o zaman manatın möhkəmlənməsi mümkün olacaq. Ancaq indiki zamanda və qısa müddətdə buna nail olmaq möcüzə kimi görünə bilər.

Maliyyə naziri möcüzələrə inanırmı?

Samir Şərifov ixtisaca maliyyə naziri olmasa da, onu uğursuz nazir də hesab etmək olmaz. Ancaq ölkə iqtisadiyyatının vəziyyəti yalnız onadn asılı deyil. Ölkə iqtisadiyyatında isə vəziyyət heç ürəkaçan deyil. İxracatın çox böyük hissəsini neft və neft məhsulları təşkil edir. Azərbaycan neftdən asılı ölkədir və indi "qara qızıl”ın kəskin ucuzlaşması mövcud probemləri üzə çıxarıb. Ölkəyə böyük neft pulları daxil olanda rəqabətə davamlı məhsul istehsalı kiməsini düşündürməyib, indi isə həmin pulları iki il dalbadal manatın kursunu sabit saxlamağa və gərəkliliyi şübhə doğuran infrastruktur layihələrə xərcldikdən sonra xarici bazarlarda rəqabətə davamlı ixrac məhsullarının istehsalı gündəmə gətirilir. Qeyd edək ki, bu yaxınlarda politoloq Xəqani Cəfərli bəşəriyytin yeni mərhələyə, iqtisadiyyatda əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçidin başlandığı, bu prossesdə geri qalan ölkələrin xammal bazasına çevriləcəyi ilə bağlı geniş məqalə ilə çıxış edərək və Azərbaycan cəmiyyətini hələ dörd il əvvəl dünya şöhrətli alim Rafiq Əliyevin postneft dövrü ilə bağlı xəbərdarlıqlarına etinasız yanaşdığına görə ittiham etdi. Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla iqtidarın əksər rəsmiləri son zamanlar müsahibələrində iddia edirlər ki, onlar postneft dövrünün 15-20 il sonra başlayacağını guman edirmişlər. Buna görə də postneft dövrünün indi başlamasına hazırlıqsız yaxalanıblar. Halbuki, dünya şöhrətli alim Rafiq Əliyev postneft dövrünün qapımızı döyməsi haqqında 2012-ci ildən həyəcan təbili çalırdı. Ancaq politoloq Xəqani Cəfərlinin "Postneft dövrü dünyanın xəritəsini dəyişəcək” başlıqlı məqaləsində qeyd etdiyi kimi neft bumunundan başı dumanlaşmış cəmiyyət bu həyəcan siqnallarını eşitmədi.

İndi isə Samir Şərifov xarici bazarlarda rəqabətə davamlı ixrac məhsullarının istehsalının zəruriliyindən danışır və manatın kursunun stabillliyinindən bundan asılı olduğunu bildirir. Əlbəttə, maliyyə naziri tam haqlıdır, ancaq o bu çağrışla indi deyil, ən azı on il əvvəl çıxış etməliydi. On il əvvəl Azərbaycan siyasi və iqtisadi cəhətdən hər bir sərmayəçi üçün çox cəlbedici ölkə idi. Ölkənin özü isə neft bumu dövrünü yaşayırdı və xarici bazarlarda rəqabətə davamlı məhsullar istehsal edə bilərdi. Əgər Samir Şərifov on il əvvəl belə təkliflə çıxış etsəydi və üzvü olduğu hökumətin bu istiqamətdə real addımlar atmasına nail olsaydı vəziyyət indi tamam fərqli ola bilərdi. Bəlkə də bu gün bizim dünya bazarlarına rəqabətə davamlı bir neçə məhsulumuz çıxarmağa nail olmaq olardı. Ancaq indi Samir Şərifovun təklifinə əməl olunsa buna ən azı on il vaxt gedəcək. Deməli, manatın yaxın zamanlarda möhkəmlənməsi yalnız xoş arzu olaraq qalacaq.

Maliyyə naziri kimi Mərkəzi Bankın sədri Elman Rüstəmov da Referendum ərəfəsində nikbin bəyanatlar verib: "Biz 9 ayın nəticələrini gözləyirik. İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq. Bu isə bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlərinin müvəffəqiyyətindən asılıdır. Amma biz nikbinik.” Təcrübəli mütəxəssis olan Elman Rüstəmovun bu nikbinliyini isə bölüşmək mümkün deyil. Daha doğrusu, Samir Şərifovun manatın kursunun sabitliyi üçün irəli sürdüyü şərtlərin mövcud olmaması milli valyutanın məzənnəsinin qorunub saxlanmasının mümkün olmayacağını bildirir. Nikbin olan Elman Rüstəmov isə inflyasiyanın manatın kursundan asılı olduğunu bildirir. Belə görünür ki, ölkənin maliyyə siyasətinə iki əsas cavabdeh şəxs bir-birinin fikirindən xəbərsizdirlər. Əks halda bu cür bir-biri ilə ziddiyət təşkil edən açıqlamalar verlməzdilər. Bu arada isə gələn il dövlət büdcəsinin 18-19 milyard manat təşkil edəcəyi ilə bağlı məlumatlar yayılıb. Samir Şərifovun da üzvü olduğu hökumətin bu qədər pulu haradan tapacağı haqqında fikirləşəndə gözlər önünə Dövlət Neft Fondu gəlir. Ancaq maliyyə naziri gələn il Dövlət Neft Fondundan büdcəyə transferin azalacağını bəyan edib. Hökumətin buna əməl edib-edə bilməyəcəyini isə çox tezliklə görəcəyik.

A.Nəbiyev,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti