IFC Azərbaycanla bağlı prioritetlərini açıqlayıb

IFC Azərbaycanla bağlı prioritetlərini açıqlayıb

 

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla bağlı gələcək fəaliyyətində iki əsas layihəni prioritet hesab edir.

Bunu "Report”a eksklüziv açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

"Beynəlxalq Maliyyə Korporasiyası olaraq bizim əsas fokuslandığımız məsələ "Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsinin və "Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsinin icrasıdır”, - deyə A.Əzimova əlavə edib.

IFC rəsmisi həmçinin Azərbaycanın kommersiya banklarındakı paylarının artırılması məsələsinə də toxunub: "Azərbaycandakı banklarda payımızın artırılması ilə bağlı müraciətlər yoxdur. Bu səbəbdən də hələlik müzakirə aparmırıq”.

Qeyd edək ki, "Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsi üzrə saziş bu ilin mayın 8-də imzalanıb. Azərbaycan tərəfdən bu sənədə Baş Nazirin müavini Yaqub Eyyubov imza atıb.

"Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi isə 2017-ci ildən icra olunur.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu vaxta qədər korporasiya Azərbaycandakı layihələrə 473 mln ABŞ dolları vəsait ayırıb. Bunun 73 mln dolları digər tərəfdaşlarla birlikdə maliyyə, infrastruktur və emal sektorlarında icra edilən 56 layihəyə, 80 mln dolları ticarətin maliyyələşməsi proqramına, 250 mln dolları isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin maliyyələşməsinə ayrılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}