Mağazalarda meyvə-tərəvəzin qiyməti bahalaşıb - FOTOLAR

 

14-15 iyun tarixlərində Azərbaycanda koronavirus infeksiyasının yayılmasını önləmək üçün sərt karantin rejimi tətbiq ediləcək.

Qeyd etdiyimiz günlərdə ölkədə ərzaq mağazalarının da fəaliyyəti dayandırılacaq. Ona görə də bu gün insanlar mağazalara üz tutub, alış-veriş edib, iki günlük azuqə yığırlar.

Sozcu.info xəbər verir ki, mağazaların meyvə-tərəvəz bölməsində artıq qıtlıq müşahidə edilir. Eyni zamanda qiymətlər də olduqca yüksəkdir. Belə ki, mağazada alma, armudun 1 kiloqramı 3-5 manata, gilas 7-8 manata, qarpızın kiloqramı 1 manat 35 qəpiyə satılır.

Pomidorun kiloqramı 1-2 manata, xiyar 1-1.5 manata satılır.

Satıcılar bildirdilər ki, həftəsonu meyvə-tərəvəzə təlabat artdığı üçün müəyyən qədər qıtlıq yaranır. Onların sözlərinə görə mağazalara meyvə-tərəvəz də ötən il olduğu kimi çox gəlmir. Qiymətin baha olması da bununla bağlıdır.

Alıcılar isə təbii olaraq, qiymətlərin baha olmasından şikayətlənirdilər. Qiymətlər baha olduğu üçün çox adam hər meyvədən bir neçə yüz qram alırdı. Bununla belə artıq vitrinlərdə yavaş-yavaş boş yerlər görünməyə başlayıb.




Oxşar Xəbərlər

Xəbər lenti