Dəmir yolunun “dəmir sirri”

Dəmir yolunun “dəmir sirri”

 


Azərbaycanda devalivasiya, iqtisadi, maliyyə böhranı və sosial problemlər durmadan artmaqda davam edir. Min dəfələrlə təəssüflər olsun ki, bunun gerçək səbəbləri nə ölkə mətbuatı, nə də müxalif partiyalar və QHT sektoru tərəfindən açıqlanmır. Ölkənin talan siyasətinin davamlı şəkildə necə aparıldığını biz əldə etdiyimiz bilgilər sayəsində açmağı qərara almışıq.

Bu yaxınlarda apardığımız müşahidələr əsasında qeyd edə bilərik ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində hər ay əldə olunan gəlirlərin sayəsində bu qurumda çalışan işçilərə azından 3 min dollar maaş vermək olar. Ancaq, bu idarədə çalışan işçilərin bəzən aylarla maaşları süni şəkildə gecikdirilir. Hər bir ölkənin daxili və xarici əlaqələrinin inteqrasiyasında mühüm yer tutan dəmir yolu və rabitə sektoru inkişaf və ya tənəzzülə baxmadan daim qazanc əldə edən sektor sayılır. Azərbaycanda isə bu iki sektor ölkənin əsas talan mərkəzinə çevrilib. Rabitə və Texnologiyalar Nazirliyinin yüksək səviyyəli keçmiş rəhbərlərinin bu gün "MTN işi” ilə bağlı keçirilən ədalətli məhkəməsində ölkəni sarsıdan şok faktların üzə çıxması bütün həqiqətlərə bir işıq salır. Əslində ölkənin digər qurumları da bu talan siyasətinin bir parçasıdırlar. Bunun örnəyini isə biz göstəririk. Gerisi hüququ-mühafizə orqanlarının vəzifəsinə aiddir.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Cavid Qurbanov keçəndən sonra, onun müavini və statusunu Vüsal Aslanov əldə etdi. Beləliklə də talançılığın yeni mərhələsi başladı. İndi dəmir yolunda xariclə əlaqədar yükdaşımalarda hər tonun təqribi qiyməti 20 dollar həcmindədir. Cavid Qurbanov və onun müavini Vüsal Aslanovun maxinasiyalar nəticəsində büdcəyə əldə olunan gəlirin 20 manat hesabında ödəyirlər. Halbuki, 20 dollar bazar qiyməti ilə34manat deməkdir. Beləliklə məlum olur ki, yükdaşımalar sayəsində hər tona görə Cavid Qurbanov 14 manat qazanc əldə edir.
"Azərbaycan Dövlət Dəmir Yolları” QSC-dən əldə etdiyimiz məlumata görə, rəsmi statistika əsasında bu idarə ildə təxminən 17-18  milyon ton yük daşıyır. Beləliklə aydın olur ki, Cavid Qurbanovun təkcə yükdaşımalardan illik qazancı  milyonlarla  manatdır. Maxinasiyaları gerçəkləşdirmək üçün, Cavid Qurbanov başqa bir metoda da əl atıb. İddia olunur ki, bu öz oğlu Şəmşir Şəmşirlinin sahibi olduğu "Karvan” şirkəti ilə bağlı olan metoddur. Belə ki, Dövlət Dəmir Yolları QSC yükdaşımalarla bağlı "Karvan” şirkəti ilə müqavilə imzalayıb. Əldə olunan dollarlar "Karvan” şirkətinin balansına köçülürülür. Şirkət də bunun qarşılığında "Azərbaycan Dəmir Yolları”  QSC-nin balansına manatla ödəmələr əməliyyatını aparır.
Dövlətin iqtisadi və maliyyə baxımından dərin böhran yaşadığı bir dönəmdə ölkənin iriçəkili məmurları özlərinin talançılıq siyasətini bax beləcə davam etdirirlər.
Ölkə Konstitutsiyasına ümumxalq yolu ilə keçirilən referendumdan sonra, Azərbaycanda kadr islahatlarının aparılması gündəmdə olan başlıca vəzifələrdən biri sayılır. Cavid Qurbanov bir zamanlar ölkə prezidenti olmuş Ayaz Mütəllibov və Əbülfəz Elçibəydən yararlanaraq vəzifə pillələrində necə yüksəlmişdisə, 1996-cı ildə dərin dövlət siyasətinin bütün incəliklərini bilən ölkə prezidenti Heydər Əliyev belə kadrlarla işləməyin uyğun olmadığını nəzərə alaraq, onu tutduğu vəzifədən qovmuşdu. Bu gün 25 sentyabr 2016-cı referendum yolu ilə keçirilən Konstitutsiyaya dəyişikliklərdən sonra vitse-prezident yerinə iddialı olduğunu dəfələrlə yaxın çevrəsində nümayiş etdirməkdən belə çəkinməyib.

Dəmir yolunun “dəmir sirri”

 

Analitiklərin fikrincə, əgər prezident İlham Əliyev ölkədə kadr islahalatlarını aparacaqsa, bu dəfə yaşı 75-82 olan qocaları "fəxri təqaüd”ə göndərməklə onlardan bir qədər cavan olan kadrların mövqeləri hakimiyyətin yüksək eşalonunda  gücləndiriləcək. Dəmir Yolları İdarəsində alın təri ilə gecə-gündüz çalışan sıravi işçilərə aylıq maaşlarını süründürə-süründürə ödəyən bir qurumun başçısı Cavid Qurbanovun "dəmir sirri”nin gizlinlərinə əsasən qeyd etmək olar ki, o özünü daha yüksək vəzifələrdə görmək iddiasını heç  zaman gizlətməmişdir. Əgər hakimiyyətin orta dərəcəli bir sahəsinə başçılıq edən birinin işində və fəaliyyətində bu qədər problemlər varsa, deməli düşünməyinə dəyər. Yəni, bu qədər bataqlığın içində olan birisinin baş nazir və ya vitse-prezident kürsüsünə nə qədər aidiyyatı olduğuna aydınlıq gətirilməlidir.

P.S. Yazı ilə bağlı KİV haqqında qanuna görə, qarşı tərəfin fikrini qəzetimizdə dərc etməyə hazırıq.

Sərxan    



Oxşar Xəbərlər

Xəbər lenti