7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Türkiyə Rusiyadan ikinci dəfə "S-400” zenit-raket kompleksi almağı planlaşdırır.
"Ahaber” yazır ki, iki ölkə arasında imzalanan müqaviləyə əsasən, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.
Məlumata görə, bundan sonra Türkiyə ilə Rusiya arasında yenidən müzakirələr başlayacaq. Tərəflərin "S-400” zenit-raket kompleksinin ikinci partiyasının alqı-satqısı üçün 2021-ci ildə danışıqlar masasına oturacağı gözlənilir.
Qeyd edək ki, Rusiyanın "Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov "S-400”ün ilk partiyasının 2020-ci ilin martında Türkiyəyə təhvil veriləcəyinin bildirib.