Gizli otaqdan çıxan dəlillər qorxunc faktları ifşa etdi! - ABŞ, FRANSA, ÇİN, ALMANİYA...

Gizli otaqdan çıxan dəlillər qorxunc faktları ifşa etdi! - ABŞ, FRANSA, ÇİN, ALMANİYA...

 

PKK/YPG-dəki əcnəbi terrorçular

Hurriyyet.org xəbər verir ki, Afrində 9 hərbçinin şəhid olduğu Kəltəpə bölgəsində terrorçuların sığıncaq kimi istifadə elədikləri tuneldə yerləşən xüsusi otaqa ələ keçirilən 2 flaş yaddaş kartı, əksəriyyəti amerikalı olan əcnəbi terrorçuların təşkilata dəstək verdiyini aşkara çıxarıb.

YPG sıralarındakı 422 nəfər əcnəbi terrorçudan 29 nəfərinin öldürülüyü bəlli olub. Terrorçuların adlarının yanında snayper, silah təlimçisi, ABŞ xüsusi təyinatlılarının əməkdaşı olduğu, ağır silah mütəxəssisi kimi ifadələrin yazıldığı aşkara çıxıb.

Gizli otaqdan çıxıb

Martın 1-də Racu inzibati mərkəzindəki Kəltəpədə dumanlı və yağmurlu havadan istifadə edən terrorçular gizləndikləri tunellərdən sızaraq, türk hərbçilərinə hücum etmişdilər. Baş verən atışma zamanı yüz nəfərdən artıq terrorçu zərərsizləşdirilmiş, 9 nəfər türk hərbçisi isə şəhid olmuşdu.

Kəltəpə ərazisində axtarış aparan hərbçilər xain hücumun təşkil edildiyi tunellərdə qondarma "məsul şəxslər” üçün hazırlanmış xüsusi otaqdan götürülmüş 2 flaş yaddaş kartında başda amerikalılar olmaqla, YPG daxilində olan əcnəbi terrorçuların adları və fotoları ilə qarşılaşıblar. Fotoşəkillər terror təşkilatı ilə ABŞ-ın əlaqəsini bir daha təsdiqləmiş oldu.

422 nəfər əcnəbi terrorçu arasında amerikalılarla yanaşı, Fransa, Çin, Yaponiya, Əlcəzair, Kanada, İngiltərə, Almaniya, Hollandiya, Danimarka, Sloveniya, Avstraliya və İspaniya vətəndaşlarının da olduğu bəlli olub.

YPG sıralarında amerikalı snayperlər, silah təlimçiləri, ABŞ ordusunda xidmət eləmiş ağır silah mütəxəssislər və Amerika xüsusi təyinatlıları sıralarında xidmət eləmiş keçmiş hərbçilərin olduğu da bildirilib. Kanadalı Hevi Pilinq adlı qadın terrorçunun adının yanında snayper olduğu yazılıb.

Amerikalı Ceymi Leyn kod adlı terrorçunun silah təlimçisi olduğu bildirilir. Damien Boudsommier isə Fransa və BMT nümayəndəsi kimi Əfqanıstanda xidmət edib.

Terrorçular arasındakı çinli İngiltərə vətəndaşı, Mançester Universitetinin məzunu Huang Lei də diqqəti cəlb edib...

Amerikalı Ceremi Voods ağır silah mütəxəssisidir.

Qadın və kişi əcnəbi terrorçular birlikdə...

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti