Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli verib.
Məlumatda qeyd olunur ki, əyalətin kiçik Llanwrtyd qəsəbəsində Victoria Road yolu üstündəki VİCTORİA WELLS LOG CABİN MOTEL ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır: Təsisata otel və çoxaylı kotteclər daxildir.
Bundan əvvəl turizm kompleksi VİCTORİA WELLS SPA adı ilə fəaliyyət göstərib. 2015-2017-ci illərdə "VİCTORİA WELLS"i keçmiş nazirin oğlunun digər şirkəti - CASPIAN DRAGON CYF idarə edib. Adı "XƏZƏR ƏJDAHASI" anlmına gələn və 2015-ci ilin avqustunda qeydiyyatdan keçmiş şirkətin sənədlərində təsisçinin Azərbaycan vətəndaşı, bankir, 1982-ci il təvəllüdlü Emin Babayev olduğu qeyd edilir.
Emin Babayev poker həvəskarıdır və Londonda kazinolarda poker oyunlarının aktiv iştirakçısıdır. Ən yüksək udduğu məbləğ 2018-ci ildə Londonda keçirilən poker oyununda 37,705 dollar olub.
Babayevlər Azərbaycanda "AB Standard" holdinqinin sahibidirlər. Holdinqə "Bank Standard", "Standard İnsurance", "AB Legal Consulting Group", "Standard Lizinq", "Standard Capital" şirkətləri, "Dərnəgül boru zavodu" və "Lənkəran Mehmanxana" daxildir.