Baş nazir prezidentin qərarını tənqid etdi
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Prezident sübut edir ki, Qarabağın dağı da, aranı da Azərbaycandır!”
Baş verən hadisələrə yaxından nəzər yetirəndə görürük ki, 2019-cu ilin oktyabr ayının 3-də dövlət başçısının Rusiyanın Valday şəhərində dilə gətirdiyi və qətiyyətimizin rəmzi olan “Qarabağ Azərbaycandır!” ifadəsi əslində çox düzgün hesablanmış bir strategiyanın beynəlxalq sferada ilk ayaq səsləri imiş. Özü də diqqət etsək görərik ki, bu ifadə nə dağlıq, nə aran Qarabağ sözlərini özündə ehtiva etmir. Çünki Qarabağın dağı ilə, aranı ilə bizimdir, bizim idi, bizim də olacaqdır.
Gəlin ondan başlayaq ki, Vətən Müharibəsi ərəfəsində və sonrasında bəzi əhəmiyyətsiz lakin ürək bulandıran ifadələrə qulaq verəndə eşidirik deyirlər ki, biz cəmi 7 ətraf rayonu azad etmişik. Birincisi nəyin ətrafı? Əgər söhbət keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən gedirsə, az-çox tarix və siyasət bilgisi olan hər kəs bilir ki, artıq Azərbaycan Respublikasının belə bir siyasi, iqtisadi, heç coğrafi də rayonu, ərazi vahidi yoxdur. Lakin təxəyyül məhsulu kimi hesab etsək ki, belə bir vəziyyət var. Axı onda da biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Şuşa şəhərini və ətraf kəndlərini, Xocalı rayonunun kəndlərinin bəzilərini, Suqovuşan qəsəbəsini, Talış kəndini, Hadrut qəsəbəsinin 100 %-ni, Xocavənd rayonun isə 50 %-ni hərbi və siyasi yollarla işğaldan azad etmişik və bu, bizim tarixi qələbəmizdir. Bu məqamlara Prezident Qarabağın dağlıq hissəsinə səfəri zamanı bir daha toxundu və mən deyərdim ki, məsələ ilə bağlı yenə rəsmi və qəti mövqe bildirdi.
Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması, bu mərasimdə ölkə başçısının şəxsən iştirak etməsi Qarabağın yenidən qurulmasına və bərpasına verdiyi əhəmiyyətdən xəbər verir. Bu yol öz başlanğıcını “Zəfər” yolundan götürür. Dörd zollaqlı, uzunluğu 13 km olacaq bu yolun üzərində bir neçə yerdə körpülər salınacaq, bu yol Hadrut və ətraf ərazilərin inkişafına xidmət edəcəkdir. Hadrutda olarkən dövlət başçısı daha bir vacib yolun təməlinin qoyulmasında da iştirak etmişdir. Dörd zolaqlı, uzunluğu 43 km olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əhəmiyyəti ondan ibarətdir ki, bu yol son nəticədə Horadiz-Zəngilan, daha sonra isə Zəngəzura gedən yola bağlanacaqdır. Yaxın və orta perspektivdə regionun inkişafına meqa təsir göstərəcəkdir. Nəzərə alsaq ki, yaxın gələcəkdə Füzuli hava limanı, Bərdə-Ağdam dəmiryol xətti və Horadiz-Şuşa avtomobil yolu hazır olacaq və istifadəyə veriləcək, onda deyə bilərik ki, yaranmış yeni siyasi reallıqlar bütün Qarabağ regionu, xüsusən də onun dağlıq bölgələri üçün iqtisadi sıçrayışa səbəb olacaqdır.
Müasir müstəqillik tariximizdə heç vaxt Xocavənd rayonunda, xüsusən də Hadrutda Azərbaycanın dövlət bayrağı rəsmi olaraq qaldırılmamışdır. Cənab Prezidentin dövlət bayrağımızı qaldırması qədim Azərbaycan yaşayış məskəni olan Hadrutun bizim torpaqlarımız olmasını yenidən və bir daha təsdiq etmiş oldu. Qarabağın dağlıq hissəsinə səfəri zamanı Hadrut qəsəbəsinin azad olunmasının hərbi-texniki dərs vəsaiti kimi öyrəniləcəyi xüsusi vurğulanmışdır. Belə ki, Cəbrayıl azad olunduqdan sonra Ermənistan ordusu təbii olaraq ordumuzun Füzuli istiqamətinə hərəkət edəcəyini gözləyirdi. Lakin Füzuli şəhəri Hadrutdan daha sonra azad olunub. Bunun özü belə qüdrətli Azərbaycan ordusunun zabit heyətinin peşakarlığından xəbər verir.
Hadrutun azad olunması Qarabağın dağlıq hissəsinin azad olunmasının açarı idi. Bu eyni zamanda da düşməndə ciddi ruh düşkünlüyü yaratdı. Onlar bütün silah-sursatını qoyub qaçmağa başladılar. Ermənilər Hadrutun azad olunması ilə bu gün də barışmaq istəmirlər. İlk dövrlərdə hətta şaiyələr belə yayırdılar ki, Hadrut güya ki, azad olunmayıb. Bir dəfə cənab Prezident öz çıxışında demişdir ki, erməni liderlər yalançılıq üzrə rekord həddə çatmışlar. Doğrudan da müharibə ərəfəsində onlar öz xalqını aldadırdılar. Təsadüfü deyil ki, müharibə və post-müharibə dövründə Azərbaycan Respublikasının Prezidenti hətta Ermənistanda belə ən etibarlı informasiya mənbəyi hesab olunur. Qürurverici amildir.
Azərbaycan ordusu “yerində saymır”, “zəfər sərxoşluğu yaşamır”, qələbənin “isti qollarında uyumur”. Azərbaycan ordusu ən ağır, ən çətin şərtlərdə xidmətinə şərəflə davam edir. Ali Baş Komandanın və xalqın bir nəfər belə fərarisi olmayan öz ordusu ilə qürur duymağa haqqı var. İndi ordumuz daha da inkişaf edir və müasir silahlarla öz arsenalını zənginləşdirir. Geniş tərkibli döyüş və anti-terror əməliyyatları keçirir. Müharibə bitib və bir daha bunu arzulamaq, revanş hissi ilə yaşamaq belə erməni xalqı və cəmiyyəti üçün faciə olardı. Lakin bizim dəmir yumruğumuz həmişə yerində, xalqımız isə öz rəhbərinin ətrafında olmalıdır. Vaxtaşırı olaraq ordumuz və xüsusi xidmət orqanlarımız tərəfindən anti-terror əməliyyatlarının həyata keçirilməsi təbiidir və olmalıdır. Bu, cəmiyyətdə qətiyyən narahatçılıq hissi yaratmamalıdır. Əksinə, bayrağımız hər qarış torpağımızda dalğalanana qədər biz mübarizəmizi davam etdirməliyik.
Qarabağın dağlıq hissəsinə səfər əslində iki cəmiyyət, yəni erməni və Azərbaycan cəmiyyətləri arasında fərqi də açıq şəkildə gözlər önünə sərmiş oldu. İşğaldan azad olunan Hadrutda, Şuşada bir bina belə tərəfimizdən dağıdılmamışdır. Bir kilsə belə təhqir olunmamışdır. Halbuki ermənilər özləri xristian udin mədəniyyət nümunəsi olan kilsələri dağıdıb, yazıları təhrif edib, divarlarının üstünə nalayiq yazılar yazmışlar. Bu səfər zamanı ölkə Prezidenti cənab İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva özləri şəxsən və bir-bir erməni barbarlıq nümunələrini dünya ictimaiyyətinə çatdırırdılar. Əsas məqsəd Azərbaycanı yersiz ittiham edənlərə sübut etməkdir ki, görsünlər necə bir cəmiyyəti, necə bir barbar insan qrupunu müdafiə edərək dövlətimizi haqsız ittiham edirlər. İşğaldan azad olunan ərazilərdə 67 məscid olub. İndi onlardan yalnız ikisi qalır. Onları da müxtəlif qeyri-etik məqsədlər üçün istifadə ediblər. Heyvan saxlanılan məscidlərin əvəzinə biz paytaxt Bakıda erməni kilsəsini qoruyuruq, mühafizə edirik. Biz bundan sonra Qarabağda olan xristian məbədlərini, Qarabağda yaşayan ermənilərin dillərini və mədəniyyətlərini də qoruyacağıq. Çünki biz başqa xalqlara, dinlərə və mədəniyyətlərə qarşı dözümlü və sayqılıyıq. Bu əsas fikir Xocavəndə və Şuşaya səfər zamanı bir daha öz əksini ən yüksək səviyyədə tapmışdır.
Azərbaycan Respublikasının dövlət başçısının gecəni Qarabağın dağlıq hissəsində keçirməsi cəsarətli addımdır. İlham Əliyev tarixin ən güclü və xarizmatik liderlərindəndir. Ancaq o, cəsarət edib belə bir qeyri-müəyyənliklərin olduğu zamanda gecəni Şuşada keçirə bilərdi. Buna onun həm cəsarəti, həm də liderlik keyfiyyətləri imkan verir. Biz cənab Prezidentin şəxsi və liderlik keyfiyyətləri nəticəsində bütün zirvələri fəth etmişik. Elə bir zirvə yoxdur xalqımız öz rəhbəri ilə onu fəth etməsin. Şuşanın başı hər zaman dumanlı olsa da onun artıq günəş kimi doğan bir lideri vardır. Prezident sübut edir ki, Qarabağın dağı da, aranı da Azərbaycandır! Buna heç kimin zərrə qədər şübhəsi də olmasın.
Hadruta, ətraf kəndlərinə və yenidən Şuşa şəhərinə təkrarən səfər edən dövlət başçısı iki əsas tezisi ortaya qoymuş oldu. Birincisi, o bölgələrin dağıntısı I Qarabağ müharibəsi dövründə deyil, daha sonra işğal zamanında baş vermişdir. İkincisi isə bu torpaqlar əgər onların öz torpaqları olsaydı, onlar bu torpaqları belə talan etməzdilər. Doğrudan da axı Qarabağın dağlıq hissəsi Birinci Qarabağ müharibəsində demək olar ki, dağıdılmamışdı. Onu ermənilər talayıblar, dağıdıb satıblar. Yol çəkməyiblər, təmir etməyiblər, yeni tikililər tikməyiblər. Məqsəd ancaq talamaq olub, dağıtmaq və satmaq olub. Bu da cənab Prezidentin ikinci tezisini də haqlı çıxarır. Öz torpaqları, öz vətənləri olsa belə olardımı? Belə edərdilərmi? İnsan öz evinə qarşı bu qədər düşmən kimi davranarmı? Əlbəttə ki, yox!
Biz qayıtmışıq! Bizi bir daha heç bir qüvvə Qarabağdan qopara bilməz!
Ənvər Haqvediyev,
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi
Oxşar Xəbərlər
Azərbaycan Prezidenti
“NOYABRIN ONUNDA ARAİK BAKIYA APARILACAQDI...”
İlham Əliyev:
Prezident Qarabağdakı ermənilərdən danışdı
Xəbər lenti
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”