“ Böyük Qayıdışın” İlk addımları

 Azərbaycan xalqı Böyük Zəfərin əldə edilməsindən sonra , Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə öz tarixi günlərini yaşayır və mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərdən gələn quruculuq xəbərləri ölkə ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılınır. Ölkə Prezidentinin Azərbaycanın Müstəqilliyi Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndinə növbəti səfəri “Ağıllı kənd”layihəsinin açılışı ilə bağlı idi və bu hadisə Böyük Qayıdış prosesinin ilk addımları kimi qiymətləndirilir.
Bu hadisənin məhz Azərbaycanın Müstəqilliyi Günü ərəfəsində baş verməsi də təsadüfi deyil. Prezident İlham Əliyev yenə də öz tarixi çıxışında dövlət müstəqilliyini və onun əldə edilməsini yüksək qiymətləndirərək, bu hadisəni xalqımızın xoşbəxtliyi üçün əsas amil hesab edir.
Azərbaycan 104 il əvvəl öz müstəqilliyinə qovuşdu.Azərbaycan Xalq Cumhuriyyətinin qurucularınının əziz xatirəsini biz daim hörmətlə anırıq, çünki bu dövrdə çox önəmli addımlar atılmışdır. Cəmi 23 ay yaşayan bir dövlətin müxtəlif səbəblərdən müstəqilliyini qoruya bilməməsi, Azərbaycan xalqını da azadlıqdan məhrum etməklə bərabər bir çox faciələri də özü ilə bərabər gətirdi. Hələ dövlət müstəqilliyimiz elan olunduqdan bir gün sonra İrəvan şəhəri Ermənistana verildi. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə Qərbi Zəngəzur Azərbaycandan ayrıldı.
Müstəqilliyimizin bərpasından sonra da 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü başladı və dünya tarixinin ən böyük cinayətlərindən olan Xocalı soyqırımı törədildi. Kəlbəcərin, Laçının işğalı Ermənistanla Qarabağ arasında bağlantı yaratdı. Şuşanın işğalı xalq üçün başqa bir sarsıdıcı mərhələ idi. Azərbaycan bu illərdə sözdə müstəqil olsa da, faktiki olaraq müstəqil siyasət apara bilmirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən böyük siyasətə qayıdışından sonra müstəqilliyin nə olduğunu anladıq.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi, Prezident İlham Əliyevin başçılığı ilə gücünə güc qatır. Müstəqilliyimiz Heydər Əliyevin qətiyyətlə vurğuladığı kimi, daimi, əbədi və dönməzdir! Bu siyasətin nəticəsidir ki, II Qarabağ müharibəsində qələbə qazandıq, düşməni diz çökdürdük.
Azərbaycan bu gün siyasi cəhətdən tam müstəqildir.Azərbaycanın xarici siyasətinin əsas prinsipini qonşu,həmçinin dünya dövlətləri ilə dostluq, tərəfdaşlıq əlaqələri qurmaq təşkil edir. Azərbaycan özünə hörmət edən dövlət kimi, özünə qarşı da bu hörməti tələb və əldə edir.
Ölkə Prezidenti, Cənab İlham Əliyevin çıxışında qeyd olunan əsas amil Azərbaycanın siyasi müstəqilliyi ilə bərabər,həm də iqtisadi müstəqilliyidir. Azərbaycan sözün əsl mənasında, müstəqil olmasaydı erməni işğalına son qoya bilməzdik. Heç bir xarici amil ölkə rəhbərinin iradəsindən,xalqımızın birliyindən, milli qürurumuzdan, ləyaqətimizdən güclü deyil. Biz buna şahid olduq.
Nəticə Ağalı kəndi və bundan sonra icra ediləcək möhtəşəm layihələr, Azərbaycanın daxili axarına sürətlə inteqrasiya edən Qarabağdır. Azad Qarabağ! Azərbaycanın daxili potensialı uzun illər regionun inkişafında əsas rol oynadığı kimi Qarabağı da dirçəldəcək.
44 günlük Vətən müharibəsi xalqın gücü, mənəvi kefiyyətlərini, dövlətin hərbi siyasət prinsiplərini bütün dünyaya göstərdi. Biz mülki əhaliyə qarşı vuruşmadıq, etnik təmizləmə aparmadıq, şəhər və kəndləri dağıtmadıq.Haqqımız olan tarixi torpaqlarımızı azad etdik, hüquqlarımızı bərpa etdik. Münaqişə həll olunub. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur. Ona görə də beynəlxalq qurumların leksikonunda da bu söz yoxdur və son Brüssel görüşü bunu göstərdi.
Postmünaqişə dövründə Azərbaycan diplomatiyasının da qarşısında yeni üfüqlər açılır. İllərlə problemin həllinə nail ola bilməyən Minsk qrupu öz fəaliyyətini başa vurub və gündəliyi biz diktə edirik. Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən edildikdən sonra , bu Azərbaycana qarşı revanşist qüvvələr tərəfindən irəli sürülən ərazi iddialarına son qoyacaq. Bu baxımdan mayın 24-də Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.
44 günlük Vətən Müharibəsinin nəticəsi hesabına yaxın zamanlarda Azərbaycanın qarşı tərəflə sülh müqaviləsi bağlaması gözlənilir. Bu hər iki tərəfin qarşılıqlı ərazi bütövlüyünü tanıması deməkdir. O cümlədən, Zəngəzur dəhlizinin açılması regionun inkişafına təkan verəcək. Budur müdrik siyasətin nəticəsi. Azərbaycan tərəfi heç bir qeyri-real tələb irəli sürmür. Ölkə prezidenti tərəfindən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur.
Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Bu gün Zəngilanda yeni həyat qurulur. Qarabağ torpağına yeni nəfəs gəlir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. İşğal dövrü təbiətimizə də cox böyük ziyan vurmuşdur. Ermənilər Bəsitçay qoruğunu məhv ediblər,Oxçuçayı zəhərləyiblər,Vejnəlidəki qızıl yataqlarımızı heç bir ekoloji normaya əməl etmədən vəhşicəsinə istismar ediblər.Biz təbiəti də dirçəldəcəyik. Zəngilanın , digər rayonlarımızın füsunkar təbiətinə gözəllik qatılacaq. Zəngilan parklar şəhərinə çevriləcək.
Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur.Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər---“ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, r şey burada var. Tezliklə azərbaycanlı əhali də azad olunmuş doğma torpaqlara qayıdacaq. 30 il həsrətini çəkdikləri yurd-yuvalarında rahat, müzəffər xalq kimi əbədi yaşayacaqlar.
Ölkə Prezidenti, Cənab İlham Əliyev bu amal uğrunda yorulmadan çalışır. Çünki o həm də hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Yerli sakinlərlə səmimi görüşlərində biz bu fikri bir daha əyani formada görürük.Cənab İlham Əliyev bildirir ki, qayıdış könüllülük prinsipinə əsaslanır. Ancaq atılan addımlar, MDB ölkələri içərisində ilk olaraq Azərbaycanın Qarabağ bölgəsində icra olunan smart layihələr bu qayıdışın gələcəkdə kütləvi olmağını, şəhərlərin,kəndlərin öz aborigen əhalisinə qovuşmasını şərtləndirir.
Bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi əldə edilən uğurlara sevinir və ölkə Prezidentinə yorulmaz fəaliyyətinə görə dərin minnətdarlıq hissi duyur! Suraxanı rayonu,Hövsan qəsəbəsi 196 N orta məktəbin
Direktor əvəzi Aidə Cəfərova

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}