7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
Zaur Məmmədov: "Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir"
"Tiflisdə 20 iyun hadisələrinin baş verməsinin əsl səbəbi, plana əsasən 2020-ci ildə tikilməsi başa çatmalı olan Anakliya limanıdır. Qısacası bildirim ki, son zamanlar İvanişvilin hökumətinin gah nala, gah mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi və gətirdi də". Sozcu.info un məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloq bu qənaətdədir ki, artıq Gürcüstan çox həssas dövrə qədəm qoyub: "Krımla bağlı hədəfi baş tutmayan Vaşinqtonun planına əsasən Anakliyada amerikan hərbi bazası olacaq və o baza Rusiya ilə İranı hədəfə alacaq. Tiflisin planına əsasən isə, iqtisadi port kimi Anakliya Gürcüstana ildə 1 milyard gəlir verəcək. Bəs Rusiya nə edəcək? Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir. Belə çıxır kı, Kreml qarşısında bir yol qalır: Nəyin bahasına olursa-olsun buna izin verməmək. Solovyovun çıxışı da buna işarə edirdi".