KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Araz vadisində möhtəşəm layihə -
Bakı hansı perspektivləri nəzərə alıb?
Arazqırağı bölgədə sənayenin inkişafı Cənubla inteqrasiya imkanları yaradacaq
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində sənaye parkı yaradılır. Prezident İlham Əliyevin fərmanı ilə rayonun Soltanlı kəndində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı formalaşdırılacaq. Fərmanda qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranıb. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcək. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.
İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaq.
Beləliklə, sənəddən aydın olur ki, parkda əsas diqqət tikinti materiallarının istehsalına yönəldiləcək. Bu, hansı mənbələr hesabına reallaşdırılacaq?
İşğaldan azad olunan ərazilərimizdə ümumilikdə 167 faydalı qazıntı ehtiyatı mövcuddur. Bura 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) yataqları aiddir. Faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilib.
Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132.6 ton qızıl, 37.3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898.4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib.
İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və digər yataqlardadır.
Bundan əlavə, Qubadlı rayonunda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı, Zəngilanda qızıl, gümüş, üzlük daşı, əhəng daşı, gil, tikinti daşı, qum-çınqıl, Cəbrayılda mişar daşı, gil, qum, sement, gəc, tikinti daşı, kips, ahhidrid, pemza, vulkan külü, əlvan daşlar (yəşəm, xalsədan), Füzulidə mişar daşı, gil, qum-çınqıl, Kəlbəcərdə qızıl, civə, mişar daşı, gil, perlit, qum-çınqıl, tikinti daşları, üzlük daşları, əlvan daşlar (obsidian, oniks, pefritoid, listvenit), Laçında isə civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad ehtiyatları yerləşir.
Parkın yaradılacağı ərazi kimi Cəbrayıl rayonunun seçilməsi iqtisadi baxımdan əsaslandırılmış addım kimi qiymətləndirilməlidir. Belə ki, Cəbrayıl rayonu nəqliyyat-logistika mərkəzi olmaqla, həm Türkiyə və İran, həm də Qarabağın digər regionlarımızla əlaqə xətlərinin üzərində yerləşir.
Elşad Məmmədov
İqtisadçı-alim Elşad Məmmədovun sözlərinə görə, Cəbrayıl rayonunda sənaye parkının yaradılması, ümumilikdə azad olunmuş ərazilərdə sənaye potensialının dirçəldilməsi perspektivli prosesdir:
“Burada yalnız xüsusi təsisatların, sənaye parkları, məhəllələrinin yaradılması ilə kifayətlənmək olmaz. Şərqi Zəngəzur iqtisadi rayonunun sənaye-iqtisadi potensialının inkişaf etdirilməsi üçün prosesə kompleks yanaşma ortaya qoyulmalıdır. Azərbaycanda sənaye parklarının yaradılmasına on ilə yaxındır başlanıb. İndiyədək yaradılan parklarda fəaliyyət göstərəcək investorlara ən yüksək səviyyədə güzəştlər qanunvericiliklə təsbit olunub. Lakin biz hələlik bu prosesdən gözlədiyimiz nəticələri ala bilmirik: bütün güzəştlərə baxmayaraq, yaradılan parklara xarici investisiyaların cəlbi qaneedici səviyyədə deyil. Buna görə də biz məsələyə ümumilikdə Azərbaycanda investisiya mühitinin tam sağlamlaşdırılması prizmasından baxmalıyıq. Sağlam investisiya mühiti mütləq formalaşdırılmalıdır”.
İqtisadçı-alim bildirir ki, əsas diqqət ölkəyə idxal olunan məhsulların yerli istehsalla əvəzlənməsi məsələsinə yetirilməlidir:
“Yeni yaradılan parkda, eləcə də bütövlükdə ölkədə idxalı əvəz edə biləcək məhsulların istehsalını qurmalıyıq. Vergi, gömrük, investisiya siyasətimiz bu məqsədə uyğunlaşdırılmalıdır. Yəni biz sənayeləşməni sürətləndirmək istəyiriksə, mütləq birinci, investisiya mühitinə, ikincisi isə idxalın əvəzlənməsinə diqqət yetirməliyik. Bu baxımdan, ölkədə yeni bir sənaye parkının yaradılması təqdirəlayiq haldır. Bu parkın məhz işğaldan azad olunmuş ərazidə yaradılması onun uğurlu fəaliyyətinin təmin olunmasını son dərəcə zəruri edir”.
Azərbaycanın cəmi 44 günə böyük qələbə qazanaraq öz ərazilərini işğaldan azad etməsindən sonra Ermənistana havadarlıq edən İran məkrli niyyətlərini uzun müddət gizlədə bilmədi. Məlum oldu ki, qələbədən sonra Azərbaycanın bölgədə nüfuzunun sürətlə yüksəlməsi, regionun aparıcı qüvvəsinə çevrilməsi İrəvanla yanaşı, Tehranı da ciddi şəkildə narahat edir. Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik edərək Xankəndinə ölkəmizin razılığı olmadan müxtəlif yüklər daşıyan İran tərəfi rəsmi Bakının etirazlarını nəinki qulaqardına vurur, hətta buna görə ölkəmizi təhdid etməkdən belə çəkinmir.
İranı qıcıqlandıran əsas məsələlərdən biri Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur nəqliyyat dəhlizinin yaradılması prosesidir. Azərbaycan və Türkiyənin bölgə üçün böyük əhəmiyyətə malik dəhlizin yaradılması prosesini addım-addım irəlilətməsi Tehranı açıq oynamağa vadar edir. Demək olar ki, hər gün İran rəsmilərindən kimsə Azərbaycana yönəlik qərəzli, böhtan dolu çıxışlar edir. Bütün bunların fonunda Azərbaycanın diqqəti işğaldan azad olunan ərazilərinin bərpasına cəmləşib. Bu baxımdan, sənaye parkının məhz İranla sərhəddə - həm də Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yaradılması mühüm siyasi əhəmiyyətə malikdir.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Araz Vadisi İqtisadi Zonasının yaradılması ilə bağlı Prezident Fərmanında Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanların yaranması qeydi də təsdiqləyir ki, bu addım Naxçıvandan Xudafərinə qədər bölgəni vahid zonada birləşdirmək məqsədi daşıyır:
“Təbii ki, bu qərar Arazboyu bölgənin iqtisadi inkişafı ilə nəticələnəcək. Burada vacib məqam Zəngəzur dəhlizinin açılmasından sonrakı dövrdə atılacaq addımlardır. Bu dəhliz Çindən Avropaya yükdaşımalarının həyata keçiriləcəyi “Bir kəmər, Bir yol” layihəsində mühüm rol oynayacaq. Bu o deməkdir ki, dəhliz ətrafındakı bölgələrin inkişafına üçün yeni imkanlar var. Füzulidə və Zəngilanda beynəlxalq hava limanlarının açılması da bu imkanları artırır və Azərbaycan perspektiv imkanlara görə indidən həmin bölgədə layihələrə başlayır”.
Müsahibimiz deyir ki, bu addımın siyasi anlamı da var: “Burada siyasi perspektivlər də var. Birincisi, Şərqi Zəngəzurun Arazboyu bölgəsində, yəni İranla sərhəd ərazisində sənayenin inkişaf etdirilməsi cənubdakı soydaşlarımızın da bu bölgədə işləməsi, yaxud ticarət əlaqələri qurmasına şərait yaradacaq ki, bu da inteqrasiya baxımından əhəmiyyətlidir. İkincisi, həmin bölgəyə xarici investisiya cəlb ediləcək və xarici şirkətlərin investisiya qoyduğu bölgənin təhlükəsizliyi bu şirkətlərin təmsil olunduğu ölkələrin də prosesə cəlb edilməsi deməkdir. Bu, İranın son dövrlər artan təhdidlərinə qarşı müdafiə zolağının güclənməsinə imkan verir”.
Oxşar Xəbərlər
Dövlət başçısı Şərqi Zəngəzurla bağlı fərman imzaladı
Azərbaycan İranla sərhəd bölgədə bərpanı sürətləndirir -
Azərbaycan iqtisadiyyatı bundan sonra daha da inkişaf edəcəkdir
"Yeni sazişlər Azərbaycan-
Xəbər lenti
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək