Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əvvəlki
Sonrakı
Milli Qurtuluşdan tarixi zəfərə
Bu gün, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan İranla sərhəd bölgədə bərpanı sürətləndirir -
sənaye parkının təməli qoyuldu
“Araz Vadisi İqtisadi Zonası” nə vəd edir; millət vəkili: “Bu, yalnız Cəbrayıl rayonunun deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və tranzit imkanlarının genişləndirilməsi məqsədi daşıyır”
Azərbaycan işğaldan azad olunmuş ərazilərində bərpa prosesini daha da sürətləndirməkdədir. Bir tərəfdən Laçın, Kəlbəcər və Şuşa kimi yüksək dağlıq ərazilərdə yerləşən məntəqələrə yol, elektrik enerjisi çəkilişi aparılır, digər tərəfdən isə Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında yaşayış məntəqələrinin bərpasına başlanır. Artıq Zəngilan rayonunda tam yaşıl enerji ilə təmin olunacaq “ağıllı kənd”in tikintisi sürətlə həyata keçirilir, prosesin bir neçə aya yekunlaşması və Ağalı kəndinin sakinlərinin öz yurd-yuvalarına dönməsi təmin ediləcək.
Dünən isə Prezident İlham Əliyev Cəbrayıl rayon mərkəzinin bərpasının təməlini qoyub. Onun imzaladığı sərəncamlarla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının, həmçinin 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb. Xəstəxana üçün Səhiyyə Nazirliyinə, məktəb üçünsə Təhsil Nazirliyinin hərəsinə ilkin olaraq 500 min manat ayrılıb.
Dünən həmçinin yalnız Cəbrayıl və Şərqi Zəngəzur iqtisadi rayonu üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli olacaq bir layihənin təməli qoyulub. Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli atılıb. Prezidentin zonanın yaradılmasına dair fərmanında qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranıb. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcək. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.
İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda - Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaq.
Fərmana əsasən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir. Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra - Agentlik) həyata keçirəcək.
Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycanın 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Fərmanla Nazirlər Kabinetinə Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Prezidentə məlumat vermək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etməli, Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Aidiyyəti dövlət orqanlarına (qurumları) isə Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də Fərmanda nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etmək tapşırılıb. Maliyyə Nazirliyi isə fərmanda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizin sənaye potensialının reallaşdırılması qarşımızda duran vəzifələrdən biri idi:
“Bu ərazilərdə sənaye parkının yaradılması günün vacib məsələlərindəndir. Bu baxımdan, Cəbrayılda sənaye parkının yaradılması yalnız Cəbrayıl rayonunun deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və tranzit imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Azərbaycanın qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yolla birləşmək imkanı qazanacaq. Digər tərəfdən, Xudafərində gömrük keçid məntəqəsi fəaliyyətə başlayacaq. Bu isə həmin ərazilərdə istehsal olunan məhsulların həm də ixrac olunması üçün əlverişli olacaq. Cəbrayılın, həmçinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan digər rayonların sənaye potensialı böyükdür. Bütün bunlar bölgədə yaradılacaq sənaye parkının səmərəli fəaliyyətini, sənayeləşməni təmin etməyə şərait yaradacaq”.
Vüqar Bayramov
Millət vəkili bildirir ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bir neçə istiqamətdə yolların kəsişdiyi ərazidə yerləşdiyinə görə orada istehsal ediləcək məhsulların ixrac imkanları da geniş olacaq:
“Bu, həm də işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin genişmiqyaslı bərpası prosesinin başlanması deməkdir. Hansı ki, həmin bərpa prosesində ”Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında istehsal olunacaq tikinti materiallarından da istifadə olunacaq".
Oxşar Xəbərlər
Dövlət başçısı Şərqi Zəngəzurla bağlı fərman imzaladı
Azərbaycanın bu əraziləri işğaldan azad olundu:
Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər -
İşğaldan azad olunmuş ərazilərdə FHN
Xəbər lenti
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...