Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Bildiyimiz kimi, Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-nə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidilər.Sozcu.info xəbər verir ki, dövlət qeydiyyatından keçən 59 siyası partiyadan 19-u ötən il üçün maliyyə hesabatını bu günə (25 aprel) kimi təqdim etməyib.Maliyyə hesabatı açıqlanmayan 19 siyasi partiyanın adlarını təqdim edirik:1. Milli Demokratik İdrak Partiyası2. Vahid Azərbaycan Milli Birlik Partiyası3. Müstəqil Azərbaycan Partiyası4. Azərbaycan Kommunist Partiyası5. Azərbaycan Milli Dövlətçilik Partiyası6. Azərbaycan Vətənpərvərlər Partiyası7. Azərbaycan Liberal Partiyası8. Azərbaycan Vahid Kommunist Partiyası9. Sosial Ədalət Partiyası10. Milli Konqres Partiyası11. Azərbaycan Respublikaçılar Partiyası12. “Azərbaycan Mübarizləri” Partiyası13. Azərbaycan Azad Respublikaçılar Partiyası14. Azadlıq Partiyası15. Azərbaycan Tərəqqi Partiyası16. Azərbaycan Milli Demokrat Partiyası17. Aydınlar Partiyası18. Haqq Ədalət Partiyası19. Azərbaycan Yüksəliş PartiyasıMəlumat üçün bildirək ki, maliyyə hesabatı təqdim edən 40 partiyadan 22-nin heç bir maliyyə göstəricisi olmayıb. Onlar MSK-ya boş hesabat təqdim ediblər.Maliyyə göstəricisi olan 18 siyasi partiyadan 10-u Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.18 siyasi partiya arasında yalnız 6-nın - Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası və Respublika Alternativ (REAL) Partiyasının üzvlük haqqı topladığı bildirilir.Onu da bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.Xatırladaq ki, bu günə kimi Azərbaycanda ümumilikdə 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:– Azərbaycan Demokratik Sahibkarlar Partiyası– Milli Qurtuluş Partiyası– Azərbaycan Xalq Demokratik Partiyası– Azərbaycan Milli Hərəkat Partiyası– Azərbaycan Kəndli Partiyası– Azərbaycan Yurddaş PartiyasıBunlardan başqa bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.A. Cəfərov