5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İranlı ekspertlər Azərbaycanı cırtdan hesab edir? –
Qarabağda yeni müharibə proqnozu
"Tehranın Azərbaycanla Ermənistan arasındakı gərginliyin həllində vasitəçi rolu oynaması vacibdir". Bu, IRNA agentliyinin keçirdiyi veb-seminarda İranda Qafqaz üzrə ekspert sayılan strateji elmlər namizədi Hüseyn Seyfəddininin söylədiyi fikirdir.
Onun sözlərinə görə, İranın Qafqaz bölgəsi ilə bağlı keçmiş strategiyası təsirli olmayıb və İbrahim Rəisi administrasiyası yeni strategiya hazırlamalıdır.
Seyfəddini geniş dairədə olmasa da, ən azı sosial şəbəkədə “Salar Seyfəddini” imzası ilə tanınır. Onu tanıdan digər xüsusiyyət – 2017-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının “xarici işlər naziri” Masis Mailyandan götürlən müsahibənin altında duran imzası.
Yada salım, müsahibə İranın “Şərq” qəzetində dərc edilmişdi.
Hüseyn Seyfəddininin (yaxud Salar Seyfəddininin) Azərbaycanla bağlı mövqeyi aşkardan da aşkardır, amma onun fikirlərinə nəzər yetirmək üçün bircə səbəb var: dövlət qurumu olan İRNA-nın Cənubi Qafqazdakı yeni gerçəklərlə bağlı veb-seminar təşəbbüsü. Bu rəsmi sifarişdirmi?
Başabəla ekspert Seyfəddini İbrahi Rəisi administrasiyasına “ağıl verir” ki:
“İranın həm Ermənistan, həm də Azərbaycan Respublikası ilə yaxşı diplomatik əlaqələri var. Amma qarşılıqlı münasibətlər və diplomatik əlaqələr strateji və xarici siyasətə əsaslanmadığından bu siyasət mövsümi səciyyə daşıyır. Ən böyük problem, Azərbaycan Respublikası ilə yüksək səviyyəli diplomatik əlaqələrə baxmayaraq, kodlaşdırılmış xarici siyasətin yoxluğudur”.
Seyfəddini, öz zənnincə, kodlaşdırılmalı olan xarici siyasətin bir şifrəsini özü çözür. O, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini Azərbaycan Silahlı Qüvvələrinin qapatmasından şikayətlənir, Azərbaycanı Cırtdana bənzədir: “Kiçik bir ölkə (yəni Azərbaycan – Ə.R.) İranın sərmayə qoyduğu nəqliyyat yolunu bağlayır. Yəni Bəndər Abbasdan başlayaraq Fars körfəzi, Oman dənizi və Hind okeanını Qara dənizə bağlayan nəhəng bir layihəni. İranın bu marşrutla Avrasiya layihəsinə (Avrasiya İqtisadi İttifaqı – Ə.R.) daxil olmasından cəmi 1 il keçib və keçən il Azərbaycan və Ermənistanla müqayisədə 3 dəfə çox ticarət dövriyyəsi aparıb. Əlbəttə, bu ticarət marşrutunun bir hissəsi hazırda Azərbaycandan keçir, amma yaxın gələcəkdə bu ticarət yönünün yalnız Ermənistanda cəmləşəcəyi görünür. Bu nəhəng layihə, Ermənistanın cənubu itirilərsə, necə olacaq? Bu marşrut bölgədəki kiçik bir ölkə tərəfindən bağlandıqda, yanaşmanın səhv olduğu aydın olur”.
(İstər-istəməz yada Divə ələkdə su gətirdən Cırtdan düşür).
Seyfəddini gələcəkdə Qarabağda yeni bir münaqişə olacağı proqnozunu verir, Azərbaycan Respublikasının yeni ərazilər qazanmaq niyyətində olduğunu açıqlayır.
Veb-seminarın digər iştirakçısı Qafqaz Araşdırmaları Fondunun direktoru Cəfər Xaşe isə Üçtərəfli Bəyanatla bölgədə yerləşdirilmiş Rusiya sülhməramlılarının susqunluğu və hətta təzyiqi ilə “Laçın dəhlizi orta və ya uzunmüddətli perspektivdə əhəmiyyətsiz bir məsələyə çevrilə biləcəyi”, “hazırda Dağlıq Qarabağdakı ermənilərin yaşayış şəraitinin çətin olması” və “bölgəni tərk edəcəklər”indən narahatlıq ifadə edir.
Qafqaz Araşdırmaları Fondunun direktoru Cəfər Xaşe hesab edir ki, son 8 ildə İranın Qafqazda xarici siyasəti tarazsız və buna görə də az təsirli olub. Hüseyn Seyfəddini kimi, o da İrandakı yeni hökumətin bu təcrübədən dərs almalı və bu bölgədə balanslaşdırılmış siyasət aparmalı olduğunu deyir:
“Təəssüf ki, İranın xarici siyasəti bir tərəfə daha çox ağırlıq verib, amma nəticə qazanılmayıb. Odur ki, yeni hökumət bu təcrübədən dərs almalıdır: İran bütün yumurtalarını bir səbətə yığmamalıdır. Ən əsası, İran rəsmi və ya qeyri-rəsmi olaraq bu ölkələr üçün “qırmızı xətlər”ini təyin etməli və bu “qırmızı xətlər”i müdafiə etməkdə ciddi olmalıdır. Yeni hökumətdə qonşular prioritetdir və bu yanaşma belə olmalıdır: hansısa tərəf İranın maraqlarına və təhlükəsizliyinə zidd hərəkət edərsə, lazımi tədbir görülməlidir”.
Uzun-uzadı sitat gətirməyə nöqtə qoyub bəzi mətləbləri xatırlatmağı vacib bilirəm.
Birincisi,
istənilən KİV-in, o cümlədən IRNA kimi dövlət informasiya agentliyinin ekspert seçimi təbii hüququdur. Amma Azərbyacan atalar sözündə nə deyilir? “Çörəyi ver çörəkçiyə, birini də üstəliik”. Yəni işi işibilənə tapşır.
Bu mənada, mənim nəzərimdə, nə Hüseyn Seyfəddini, nə də Cəfər Xaşe mütəxəssis sayılacaq şəxslərdir. Çünki mütəxəssis, ilk növbədə, tərəfsiz baxış sahibi olmalıdır. Mövcud halda isə seçim uğursuzdur. Bəlkə də məqsədlidir – bu şübhə də var.
İkincisi,
İran mediası Cənubi Qafqaz mövzusunda xeyli naşıdır, bunu qonşu ölkə mediasının çoxdankı izləyicisi kimi deyirəm. Onlarda istifadə olunan qaynaqları və informasiyanı çeşidləmə, tutuşdurma fərasəti görməmişəm. Üstəlik, müxtəlif məlumat və açıqlamların qavranılmasında, reallıqların və perspektivlərin dərkində zəiflik göz deşir.
Üçüncüsü,
demirəm ki, hansısa iranlı ölkəsinin milli maraqlarından çıxış etməsin. Amma bu maraqlar digər qonşu ölkənin maraqlarının görməməzliyə vurulması və ya tapdanmasına çağırışla ifadə edilməməlidir. Təhdid – ümumiyyətlə yolverilməzdir! Həm də əgər İslam Respublikasının yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian “qonşu ölkələrlə yaxşı münasibətlər prioritetim olacaq” deyirsə, iranlı qafqazşünaslar – tərəfsiz və əqli-məntiqi olaraq - İbrahim Rəisi administrasiyasına tövsiyələrində buna əks addımları təbliğ etməməlidir.
Dördüncüsü,
ekspert qismində çıxış edənlərə xatırlatmalar: İran Azərbaycan ərazisinin bütövlüyünü hər zaman dəstəkləyib və Qafqazda müstəqiılliyini birtərəfli qaydada elan etmiş heç bir separatçı bölgəni tanımayıb. Nə bir vaxtlar “Dağlıq Qarabağ Respublikası”nı, nə də Gürcüstan qopan Abxaziya və Cənubi Osetiyanı. Rusiya ilə strateji əlaqələrinə baxmayaraq, Krımın ilhaqı belə Tehranda qəbul edilməyib.
Beşincisi,
rəsmi Tehran 44 günlük müharibədə qələbə münasibəti ilə Azərbaycanı təbrik edib və rəsmi Bakının təklif etdiyi “3+3” regional əməkdaşlıq formulunu dəstəkləyib. İran şirkətlərinin işğaldan azad edilən Qarabağın bərpasında iştirakına da razılıq verilib. İki ölkə Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsində əməkdaşlıq edir, bundan əlavə, Təbriz-Culfa və Ərdəbil-Parsabad-Muğan dəmir yollarının “Zəngəzur dəhlizi” adlandırılan nəqliyyat marşrutlarına birləşmə təklifi səsləndirilib.
Ermənistan ərazisindən keçən Gorus-Qafan beynəlxalq tranzit yoluna gəlincə, iranlı qafqazşünaslar bu yolun bir hissəsinin məhz Qarabağın işğalı dövründə qanunsuz olaraq Azərbaycan ərazisindən çəkildyini bilməli idilər, yaxud indi bilməlidirlər. Yolun bağlanması isə Azərbaycan hərbçisinə hücumdan sonra baş verib.
Altıncısı,
özünü qafqazşünas kimi tanıdan “ekspertlər” Ermənistanı Avropa İttifaqı və Avrasiyaya əsas (yaxud yeganə etibarlı) coğrafi çıxış nöqtəsi hesab etməkdə yanılırlar. Ən azı ona görə ki Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən hissəsi də qonşu ölkəyə bu imkanı yaradır və daha etibarlıdır.
Avropa İttifaqının təşəbbüsü ilə Gürcüstana və Ermənistana ayrılan 2,3 və 2,6 milyard dollarlıq vəsaitlə Fars körfəzindən (İran, Ermənistan və Gürcüstan ərazisindən keçməklə) dübbədüz Şərqi Avropaya uzanacaq Şimal-Cənub Nəqliyyat Dəhlizinin ikinci xətti hələlik yalnız niyyətdir, gerçəyə çevrilməyib.
Sentyabrın 7-də Tiflisdə səfərdə olan Baş nazir Nikol Paşinyan da bu layihəni nəzərdə tutaraq Ermənistan-Gürcüstan-Rusiya-İran-Bolqarısytan-Yunanıstan ittifaqının vacibliyinə vurğu edib. Amma İrəvanın özündə belə bu layihənin gerçəkləşməsinə şübhə ilə yanaşılır.
“Ermənistan Şimal-Cənub yolunu tikmək iqtidarında deyil. Avropa İttifaqından əhəmiyyətli maliyyənin olmasına baxmayaraq, Şimal-Cənub Nəqliyyat Dəhlizinin Ermənistan hissəsinin gələcəyi hələ də qeyri-müəyyəndir”.
İranlı qafqazşünaslara bu sətirlərin qeyd olunduğu “Armenian News”ın təhlili ilə tanış olmağı tövsiyə edirəm. “Ermənistan yolun çəkilişinə ayrılan bir neçə kreditə görə artıq faiz ödəyir, amma proqramın gələcəyi hələlik bəlli deyil. Aİ, razılaşma çərçivəsində, Ermənistana Şimal-Cənub Dəhlizinin Sisyan-Aqarak hissəsinin inşası da daxil olmaqla, 6 istiqamətdə 2,6 milyard avro məbləğində maliyyə yardımının veriləcəyini açıqlayıb.
Təəssüf ki, bu günə qədər Şimal-Cənub dəhlizinə bənzər bir yolun tikintisi məsələsi Gürcüstan və İranla razılaşdırılmayıb. Ermənistan iqtisadiyyatını inkişaf etdirmək və bölgədəki rolunu artırmaq üçün Şimal-Cənub proqramını başa çatdırmaq lazımdır. Ermənistanın artan milli borcunu nəzərə alsaq, çətin ki, bu layihə onun öz vəsaiti ilə tamamlansın.
Nəticə olaraq, Aİ-nin 600 milyon avro məbləğində köməyi maliyyələşdirmə problemini qismən həll edə bilər, lakin erməni tərəfinin bu cür genişmiqyaslı tikinti layihələrini həyata keçirmək qabiliyyəti olduqca şübhəlidir. Ermənistanda belə böyük layihələr inşa edən heç bir tikinti şirkəti yoxdur. Buna görə də yenidən xarici təşkilatlar cəlb olunmalı olacaq. Çox güman ki, bunlar Avropa şirkətləri olacaq. Ermənistan hökuməti, öz növbəsində, bütün işləri vaxtında yerinə yetirmək üçün kifayət qədər bacarıq və təcrübəyə malik deyil”.
Yeddincisi,
daha vacib məsələ - hazırda Yaxın Şərqin əsas qaynar nöqtələrində rəqabət böyük öçüdə məhz tranzit xətlərinə nəzarət uğrunda gedir. ABŞ, Avropa İtitfaqı, Rusiya və Çin – hər biri bu bölgüdə səhmlərini artırmağa, daha üstün mövqe tutmağ açlışır. Azərbaycan bütün tərəflərlə qarşılıqlı faydaya əsaslanan layihələrdə iştiraka hazırdır. Hətta Ermənistanla da. Amma bundan əvvəl İrəvanda erməni səlahiyyətlilərin anlamalı olduğu həqiqətlər var: Ermənistanın-Azərbaycan sərhədinin demilitasiya və demarkasiya olunmalı, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsi imzalanmalıdır. Bundan sonra addım-addım əməkdaşlıq, o cümlədən beynəlxalq tranzit yollarının birləşdirilməsi baş verə bilər, yəni bütövlükdə Cənubi Qafqazın tərəqqi və rifahı.
İranlı qafqazşünaslar bunu istəmir?
Oxşar Xəbərlər
Rusiyalı politoloq:"Moskva və Tehran münaqişənin həllində səylərini birləşdirməlidir"
İranın yeni XİN rəhbəri ola biləcək şəxs: “Qonşu ölkələrlə...“
Gələcək XİN rəhbərindən tələb: “Səhvinizi düzəldin!“
Ermənistanın, yaxud Azərbaycan? Dağlıq Qarabağ, yoxsa “Artsax”?
Xəbər lenti
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək