Ciddi siyasi dəstək. Qardaş ölkənin mövqeyi



Keçən əsrin sonlarında ikinci dəfə müstəqilliyinə qovuşan ölkəmiz dünya dövlətləri ilə yeni əlaqələr yaratmaq,tarixən mövcud olan səmimi dostluq münasibətlərini genişləndirmək, ölkənin bütün sahələrində davamlı inkişafa nail olmaq üçün strateji məqsədlərə xidmət edən xarici siyasət həyata keçirmişdir. Müstəqilliyinin bərpasının ilk illərində iqtisadi cəhətdən geridə qalan Ermənistan tərəfindən əraziləri işğal edilən,milyondan artıq vətəndaşı qaçqın,məcburi köçkün vəziyyətinə düşən Azərbaycan üçün dövlətlərlə diplomatik əlaqələr qurmaq,beynəlxalq aləmdə təmsil olunmaq sözün əsl mənasında çətin idi. Bütün bu çətinliklərə baxmayaraq, ölkəmizlə dostluq, tərəfdaşlıq münasibətləri qurmaq istəyən, elə ilk vaxtlardan dövlətimizin   müstəqilliyini tanıyan ölkələrin də sayı az deyildi.

Belə ki, Türkiyə qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında müstəqillyimizin bərpasının ilk illərindən hərtərəfli əlaqələrin inkişafına böyük yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır.Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistanla ölkəmiz arasındakı əməkdaşlıq qarşılıqlı hörmət və ehtirama, qardaşlığa, həmrəyliyə söykənir.Bu isə özünü həm Kəşmir, həm də Qarabağ probleminə münasibətdə daim hiss etdirirb. Pakistanın Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri zamanı verilən bəyanatlar, səslənən açıqlamalar bir daha göstərdi ki, iki dövlət arasında əməkdaşlıq dərin tarixi köklərə malik olmaqla yanaşı, həm də böyük perspektiv vəd edir. Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələrin qurulması sonrakı mərhələlərdə iki ölkə arasında əməkdaşlığın inkişafına şərait yaratmışdır.

1991ci ildə Pakistan Azərbaycanın müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulmuş, qısa zaman kəsiyində Bakıda Pakistanın, İslamabadda isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Bundan sonra hər iki ölkə qarşılıqlı faydalı əlaqələrin inkişafına ciddi səy göstərmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana rəsmi səfəri münasibətlərin inkişafına xüsusi təkan vermiş və səfər çərçivəsində 9 sənəd imzalanmışdır. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Tehranda keçirilən VIII Zirvə görüşündə Pakistanın Baş naziri Nəvaz Şəriflə, 2000-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçirilən Sammitində və 2002-ci ildə Təşkilatın İstanbulda baş tutan Sammitində Pakistan Prezidenti Pərviz Müşərrəflə görüşü iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm rol oynamışdır.

Ölkəmizin başçısı cənab İlham əliyev Bakıda baş tutan görüş zamanı Pakistanın Qara­bağ məsələsində daim ölkəmizə ciddi siyasi-diplomatik dəstək verdiyini, bu dəstəyin 44 günlük Vətən müharibəsin­də də özünü hiss etdirdiyinə toxunub: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”. Türkiyə ilə yanaşı, Pakistanın da ölkəmizin maraqlarını qətiyyətlə müda­fiə etməsi, bu kontekstdə dünya birli­yinə açıq mesajlar ünvanlaması                              Ermə­nistanın havadarları üçün də çəkindirici amil oldu. Erməni faşizminin himayə­darları bu mesajlar sayəsində anladılar ki, Azərbaycan tək deyil və onun mü­dafiəsinə hazır olan güclü dövlətlər var. Hətta Pakistanın baş naziri öz çıxışında ölkəmizə gəldikləri zaman hər yerdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə və Pakistan dövlətlərinin bayraqlarını gördükdə çox məmnun və qürurlu olduğunu vurğuladı.       

Azərbaycan Ümummilli lider Heydər Əliyevin hakimiyyəti zamanında da Kəşmir məsələsində Pakistan dövlə­ti ilə həmrəylik sərgiləyib, onun haqq işini dəstəkləyib. Ulu Öndər 11 aprel 1996-cı il tarixində Pakistan Televiziyasına müsahibəsində Azərbaycanın Kəşmir problemi ilə bağlı mövqeyini ifa­də etmiş, açıq şəkildə Pakistan dövlə­tinə dəstək nümayiş etdirmiş, Kəşmirdə insan hüquqları­nın pozulmasını qətiyyətlə pisləyərək, buna öz etirazımızı bildirmişdir. Prezident İlham Əliyevin 15 iyun 2023-cü il tarixində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə səs­ləndirdiyi fikirlər göstərdi ki, ölkəmiz bundan sonra da Kəşmir məsələsində qardaş Pakistan dövlətinə və xalqına dəstək ver­məkdə davam edəcək.

Məlahət Əliyeva

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti