Çin virusa görə 11 milyon əhalisi olan şəhəri karantinə aldı - Video

Çin virusa görə 11 milyon əhalisi olan şəhəri karantinə aldı - Video

 

Çin bir müddət əvvəl koronavirusun episentri sayılan Uhanda pandemiya üzərində qələbə qazanıldığını elan etmişdi.

 

Elə bütün ölkədə də bu ovqat var. Son günlər Çində virusa yoluxanların sayı bir rəqəmlə ifadə olunur. Axırıncı sutkada cəmi 2 nəfərdə infeksiya aşkar edildiyi bildirilir. Hərçənd, gerçək mənzərə bir az başqadır.

Çin virusa görə 11 milyon əhalisi olan Harbini karantinə alıb. Sosial şəbəkələrdə yayılan videolarda şəhərdə ciddi tədbirlər görüldüyü gözə çarpır. Bütün insanlar evə qapadılır.

Qərb mətbuatında mütəmadi Çinin koronavirusla bağlı gerçək mənzərəni gizlətməsi iddia olunur. "Daily Mail” yazmışdı ki, Asiya dövləti 200 mindən çox cəsəd torbası sifariş edib. Bundan başqa, hər gün 500 evə virusdan həyatını itirən yaxının külünün göndərildiyi bildirilirdi. Halbuki rəsmi rəqəmlərdə indiyə qədər cəmi 4633 nəfərin həyatını itirdiyi yazılır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 3,5 milyon virus daşıyıcısı var. Bunlardan 245 min nəfərin öldüyü qeyd olunub. Təşkilat Çində 82 min 877 nəfərin virusa yoluxduğunu bildirir.

 

 

Corona virüs vaka sayılarıyla ilgili Dünya'ya çelişkili açıklamalar yapan Çin, 11 milyon nüfuslu Harbin kentini karantinaya aldı!!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}