Sosial şəbəkələrdə Zelenskiyə “bəy tərifi” - bəs həqiqət nədir?

 

Ukraynanın yeni prezidenti Vladimir Zelenski vəzifələrinin icrasına başlayar-başlamaz Azərbaycanda bir sıra şəxslər sosial şəbəkələrdə onun haqqında "bəy tərifi”nə başlayıblar. Bildirirlər ki, Zelenski hakimiyyəti demokratik olacaq və bu, Ukrayna-Azərbaycan münasibətlərinə də təsir göstərəcək. Onu da xatırladaq ki, vaxtilə Viktor Yuşçenko, Petro Poroşenko haqqında da eyni fikirlər bildirilirdi. Lakin zaman göstərdi ki, bu şəxslərin idarəçilikləri heç də Ukraynaya gözlənilən uğuru gətirmədi. Həmçinin bu ölkənin Azərbaycanla da əlaqələrində ciddi dəyişiklik olmadı.

Dünya təcrübəsində adətən prezidentlərin ilk 100 günü qiymətləndirilir. Bu 100 gün ərzində onun verdiyi qərarlar, imzaladığı fərmanlar və gördüyü digər bu kimi işlər təhlil edilərək, president haqqında şərh verilir, fikir formalaşır. Azərbaycanda isə bəzi şəxslər tələsiblər, onu artıq "ideal prezident” kimi təqdim edirlər. Maraqlıdır, insanlar nəyə əsaslanırlar və nə dərəcədə haqlıdırlar?

Картинки по запросу politoloq Mübariz Əhmədoğlu

"Yeni Müsavat”a durumu şərh edən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Zelenski haqqında pessimist danışmaq fikrində deyil, ancaq proseslərin optimist formada gedəcəyini də düşünmür: "Ukraynanın özündə də səslənən optimist fikirləri bölüşmürəm. 

Xüsusilə onun Azərbaycanla əlaqələrdə, bizim üçün yaxşı prezident olacağı ilə bağlı düşüncələrim pessimizmdən də artıqdır. 

Söhbət ondan gedir ki, Ukraynada erməni diasporu hədsiz çox güclüdür. Bu erməni diasporu Ukraynanın dövlət həyatının bütün sahələrinə sirayət edib. Yanukoviçin dövründə Ukrayna ATƏT-ə sədrlik etdi. Həmin zaman Yanukoviçin özü üçün də Ukrayna ərazisində baş verən hadisələr problemlər yaratdı. Adını çəkdiyimiz prezident həmin zaman Azərbaycanla iri layihələr ortaya qoymuşdu. Ancaq konkret olaraq məsələ Dağlıq Qarabağ münaqişəsinə gələndə, əvvəlki sədrlərdən fərqli bir mövqe ortaya qoyulmadı. Ukrayna bundan imtina etdi, bacarmadı. Baxmayaraq ki, onlar buna vəd vermişdilər. Bizə elə gəlir ki, ermənilər təkcə ABŞ-da, Fransada güclüdür. Xeyr, əslində bu, belə deyil. "Ukrayna Erməniləri İttifaqı”nın sədri Vilen Şatvoryandır. Hesab edin ki, onun rəhbərlik etdiyi təşkilat, hədsiz dərəcədə şəbəkələşib. Bu təşkilatın ABŞ konqresində, BMT-də, ATƏT-də müşahidə statusu var. Ukrayna hökumətinin Vilen Şatvoryana olan münasibəti o qədər inamlıdır ki, 2 il öncə Vatikana göndərdilər. Məqsəd də bu idi ki, Vatikan qolodomoru genosid kimi tanısın. Yəni Ukrayna hökumətinin oradakı ermənilərə belə böyük dayağı var. İndi guya Ukraynada nazirlərin çıxarılacağını, daxili işlər naziri Avakovun vəzifəsindən azad ediləcəyini deyirlər. Əslində isə hesab edirəm ki, vəziyyət fərqlidir. Avakov erməniliyin elə də böyük təmsilçisi deyil. Erməniliyin orada təmsilçisi Vilen Şatvoryandır. Nə qədər ki, Vilen Şatvoryan və onun ittifaqı var, Ukraynanın bizim regionla bağlı məsələlərdə dəyişik addım atması, ölkəmizə dəstək verib, Ermənistanı rədd edəcəyi mümkün deyil. Mənim üçün bu, mümkünsüz görünür”.

M. Əhmədoğlu bildirib ki, Zelenski ilə bağlı fikir bildirmək üçün əslində 100 gün gözləməyə də gərək yoxdur: "Artıq indiki proseslərdən bəzi məqamlar bəllidir. Görünür ki, Zelenskiyə qarşı Ukraynanın daxilində də ciddi müqavimət var. Əslində Ukraynada müəyyən oliqarxlar Zelenskini məhz Poroşenkodan intiqam almaq üçün hakimiyyətə gətirdilər. Yəni söhbət Zelenskinin prezident olmağından deyil, Poroşenkonu devirməkdən gedirdi. Orada da həmin oliqarxların, məsələn, Kolomoyskinin gözü Zelenskinin üzərində dayandı, seçilən də o oldu. İndi də, Kolomoyskinin davranışlarından başa düşülür ki, o, Zelenskinin atdığı addımları dəstəkləməyəcək. Yaxın 100 günə gəlincə isə hər halda bu günlərdə orada Rada seçkiləri keçiriləcək. Həmin seçkilərdə 2-3 oliqarx var ki, çalışacaqlar Radanı ələ alsınlar. Ukraynanın həm daxili sosial-iqtisadi problemləri, həm iri miqyaslı xarici borcları arxa plana keçəcək. O cümlədən də Dombas məsələsi də unudulacaq. Dombas məsələsində beynəlxalq ictimaiyyət Zelenskini tələsdirəcək ki, hansısa addımı atsın. İndidən demək olar ki, həm ölkənin daxilində, həm də xaricində Zelenskinin ideal prezident olacağına şərait yaradan heç bir faktor yoxdur”.\\Yeni Müsavat



Oxşar Xəbərlər

Xəbər lenti