Xarici siyasətin prioriteti

2022-ci il noyabr ayının 11-i bütün türk dünyasının birliyinin,qardaşlığının növbəti dəfə hər kəsə nümayiş etdirildiyi gün oldu. Şərqin mirvarisi adlandırılan Özbəkistanın ən gözəl şəhərlərindən olan Səmərqənd şəhəri dostluğumuzun, müttəfiqliyimizin gücləndirilməsi istiqamətində atılacaq yeni addımlara, imzalanacaq yeni sənədlərə ev sahibliyi edirdi.Bu sayca IX zirvə görüşü olsa da Türk Dövlətləri Təşkilatının (TDT) təşkilat kimi təsisatlanmasından sonra sayca birinci zirvə görüşü idi.Zirvə görüşü təşkilata üzv ölkələrin liderlərinin milli mənsubiyyətcə eyni kökə, ənənəvi münasibətlərə, oxşar mədəni dəyərlərə malik türk xalqlarının və dövlətlərinin daha da yaxınlaşması, təşkilatlanması və birliyinin möhkəmlənməsi baxımından çox böyük tarixi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, TDT-nin 12 noyabr 2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən VIII Zirvə görüşündəçıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın təməlində təbii müttəfiqlərin yerləşdiyini bildirmişdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirildiyi həmin görüşün çox böyük tarixi əhəmiyyəti olduğunu qeyd edən dövlətimizin başçısı Şuranın təşkilata çevrilməsinin gözəl gələcəyi olduğunu demişdi: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq”.

Zirvə görüşü təşkilat üzvləri arasında siyasi harmoniyanın olduğunu bir daha təsdiqləyirdi. Bu siyasi harmoniya isə iqtisadi,mədəni münasibətlərin dərinləşməsinə,yeni çağırışlara, qloballaşan dünyada get-gedə daha güclü platformaya, daha böyük söz sahibinə çevrilən qlobal layihələrin razılaşdırılmasına və onların həyata keçirilməsi istiqamətlərinin müəyyənləşdirilmə-sinə imkan yaradacaq. İlham Əliyev Səmərqənddə bugünümüz üçün aktual olan məsələlərə toxunarkən türk dövlətlərinin həmişə bir olmasını vurğuladı.Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. Dövlət başçımız sammitdə elə mesajlar,fikirlər səsləndirdi ki, bu bir sıra beynəlxalq təşkilatları düşünməyə vadar edəcək.Bu məsələlərdən isə ən çox narahat olan ölkə İran olmalıdır. Çünki axır vaxtlarda ölkəmizə qarşı təxribatçı fikirlər,əməllər törədirlər. İlham Əliyev xüsusilə vurğuladı ki, biz qardaş,dost ölkə olaraq yenidən birləşdik və əlaqərimizə yeni məzmun gətirdik.

Ölkəmizin Mərkəzi Asiya dövlətləri arasında güclü nüfuza sahib olmasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğançıxışında xüsusilə qeyd etmişdir. O,zirvə görüşündə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıran zaman Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi genişmiqyaslı işlərdən söhbət açmış, “Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən qardaşım İlham Əliyevin iki ildə bu sahədə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük” demişdir. Rəcəb Tayyib Ərdoğandəfələrlə həmin ərazilərdə tədbirlərə qatıldığını, həyata keçirilən işləri yerində gördüyünü,bu quruculuq işlərini gördükcə bir türk olaraq iftixar hissi keçirdiyini xüsusilə vurğuladı. Çox qısa müddətdə ölkə başçımızın gördüyü işlərin böyük siyasətçi Cənab Rəcəb Tayyib Ərdoğantərəfindən bu cür qiymətləndirilməsi xalqımız üçün həqiqətən qürur mənbəyidir.

Zirvə görüşü yalnız siyasi,iqtisadi əməkdaşlıqlarla deyil,eyni zamanda təşkilat ölkələri arasında mədəni əlaqələrin də möhkəmlənməsi ilə yadda qaldı. Noyabrın 11-də Səmərqənd şəhərində Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanması gələcəkdə mədəni əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən Prezident İlham Əliyev, digər dövlət və hökumət başçıları Səmərqəndin "Registan" meydanında ağac əkdilər. Səmərqənddə keçirilən ağacəkmə mərasimi ilə eyni vaxtda Azərbaycandan başqa, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Macarıstanda, Özbəkistanda və Türkmənistanda da ağacəkmə aksiyaları təşkil olundu. Xatırladaq ki, bu aksiyaya 2019-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən noyabrın 11-i “Milli Yaşıllaşdırma Günü” elan edilməsindən sonra start verilmişdir. Türk dövlətləri arasında mədəni əlaqələrin formalaşmasında Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətlərini də xüsusi qeyd etmək lazımdır. 

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının Ali Ordeni” və Özbəkistanın Milli medalı təqdim olundu. Məlum olduğu kimi, ötən sammitdə dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsində əldə edilmiş tarixi qələbəyə görə Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdi. Onu da qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ya Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. 

Yekun olaraq bildirək ki, türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini  dəstəkləyəcək, əməkdaşlıq edəcək, imzalanacaq yeni-yeni sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza olacaq.

 Məlahət Əliyeva 

Suraxani rayonu P.İsmayılov adına 278 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti