Azərbaycanın xarici siyasətinin yeni prioritetləri – regional lider kimi kimi qlobal proseslərə artan təsir imkanları

Azərbaycanın sosial-iqtisadi inkişafı ilə onun beynəlxalq nüfuzunun, diplomatik uğurlarının artması daim paralel şəkildə irəliləyir. Ölkəmizin xarici siyasətindən bəhs edərkən İkinci Qarabağ savaşından əvvəlki və sonrakı dövr olmaqla iki başlıca mərhələni qeyd etmək lazımdır. Qarabağ zəfərindən əvvəlki dövrü də iki hissəyə ayırmaq olar. 1991-1993-cü illərin iqtidarının xarici siyasəti Azərbaycanın onsuz da çətin durumunu daha da ağırlaşdıran böyük səhvlər, uğursuzluqlarla yadda qalıb. 1993-cü ildən sonra Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın xarici siyasəti isə ilk növbədə, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti, suveren dövlət olaraq özünü təsdiqləməsinə, tanıtmasına yönəlmişdi. Bu dövrdə Azərbaycan bir çox mühüm beynəlxalq sazişlərə qoşulmuş, ayrı-ayrı dövlətlərlə, beynəlxalq təşkilatlarla əlaqələrin təməlini qoymuşdur.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan xarici siyasəti Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməllər üzərində uğurla irəliləmiş, ölkəmizin dünyadakı siyasi nüfuzu artmışdır. 44 günlük müharibəyəqədərki xarici siyasətin qarşısında dayanan əsas vəzifə isə şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünün bərpası, bu məqsədlə Ermənistanın işğal siyasətinin ifşası, beynəlxalq təşkilatlar və xarici parlamentlər səviyyəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyən qətnamələrin, sənədlərin qəbulu, rəsmi İrəvanla münaqişənin həlli danışıqlarının aparılması olmuşdur.
2020-ci ilin Vətən savaşında Azərbaycanın zəfəri iləQarabağ münaqişəsinə son qoyuldu, bölgəmizdə yeni siyasi reallıqlar yarandı. Qarabağı azad etmək vəzifəsinin həllini tapması ilə Azərbaycan xarici siyasətində yeni prioritetlərin önə çıxmasına şərait yarandı. Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü, haqq-ədaləti bərpa etməsi, 44 günlük müharibədəki möhtəşəm zəfəri ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz, hörmət və rəğbət qazandırmışdır. Münaqişənin həllinin regionda yaratdığı yeni iqtisadi imkanlar Avropa və Asiyadakı bir çox dövlətlərin maraqlarına da uyğundur.Beləliklə, Azərbaycanın illərlə qazandığı və İkinci Qarabağ savaşındakı zəfərlə daha da möhkəmləndirdiyi beynəlxalq siyasi nüfuzu daha geniş, inamlı xarici siyasət aparmağa, regionumuzdakı proseslərə daha çox təsir etməyə və müxtəlif aktual problemlər ətrafında qlobal həmrəyliyə, tərəfdaşlığa daha çox töhfə verməyə imkan yaradır.
Hazırda postmüharibə və postmünaqişə dövrünün reallıqlarını demək olar ki, bütün dünya qəbul etmişdir. İndiregionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Ermənistanla sərhədlərin qarşılıqlı razılaşdırılması və sülh müqaviləsinin imzalanması gündəmdədir. 
Bundan əlavə, artıq Azərbaycan qlobal miqyasda daha inamlı xarici siyasət yürüdür, fəal təşəbbüslər irəli sürür və beynəlxalq ictimaiyyətin böyük dəstəyini qazanır. Bu çərçivədə ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığını xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışında da söylədiyi kimi, bu il xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb.

İlk növbədə, ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu sədrliyini qeyd etmək lazımdırMəlumdur ki, təşkilat üzvlərinin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi2023-cü ilə qədər bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb və ölkəmizə, xüsusən də Prezident İlham Əliyevin liderliyinə beynəlxalq miqyasda böyük inam var. Azərbaycanın sədrliyi dövründə təşkilat üzvləri COVİD-19 pandemiyası ilə fəal mübarizəyə səfərbər olunub, qurum daxilində həmrəylik, əməkdaşlıq güclənib. 
Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına da böyük töhfə verir. Dövlət başçımızın da qeyd etdiyi kimi,Azərbaycanın təşəbbüsü ilə bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Eyni zamanda, təşkilata üzv dövlətlərin gənclərini bir araya gətirmək məqsədilə gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Əminliklə demək olar ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı ciddi inkişaf yolu keçmiş, qurumun nüfuzu daha da artmışdır.
Azərbaycanın digər bir nüfuzlu qurum olan İslam Əməkdaşlıq Təşkilatı ilə də fəal əməkdaşlığı mövcuddur. Bu yaxınlarda qurumun yeni Baş katibi ölkəmizə səfəri çərçivəsində azad edilmiş torpaqlarda – Füzulidə və Şuşada olmuş, Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vandalizmin əyani şahidi olmuşdur. Azərbaycanın təşəbbüsü i İƏT-inölkəmizdə bir çox tədbirləri baş tutmuşdurİƏT münaqişə dövründə Azərbaycanın haqq səsini dəstəkləyən bir çox qətnamələr qəbul etmişdir. Beynəlxalq əlaqələrini genişləndirən, Qarabağda böyük quruculuq işləri həyata keçirən Azərbaycan üçün İƏT-lə əməkdaşlıq bu gün də aktual olaraq qalır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir.Təkcə bu il Azərbaycan və Türkiyə prezidentləri arasında üç görüş olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər edib, iyun ayında isə Prezident İlham Əliyevin Özbəkistana və Türkmənistana səfərləri baş tutub, mühüm görüşlər keçirilib. Bu ilin avqust ayında isə Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu, sadəcə olaraq, görünən məsələlərdir və təmasların nə qədər fəal inkişaf etdiyini göstərir: “Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır”.
Azərbaycan Avropa İttifaqı ilə də əməkdaşlığını genişləndirir. Yuxarıda adıçəkilən təşkilatlardan fərqli olaraq, ölkəmiz Aİ-nin üzvü deyil, lakin təşkilatın rəhbər şəxslərinin də etiraf etdiyi kimi, Azərbaycanda qurumun regiondakı ən önəmli tərəfdaşıdır. Məlumdur kitərəflər arasında yeni saziş hazırlanır və yaxın gələcəkdə bütün məsələlərin razaılaşdırılaraq sazişinimzalanacağı istisna deyil. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına böyük dəstək verən Avropa İttifaqın regionla və Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması çox mühüm sənəd olmaqla, xüsusən hazırkı qlobal enerji böhranı dövründə ölkəmizlə əməkdaşlığın Aİ regionu üçün demək olar ki, həyati əhəmiyyət daşıdığını təsdiqləyir.
Paralel olaraq Azərbaycan qonşu dövlətlərlə ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığı genişləndirir, həmçinin, ABŞ, Çin kimi dünyanın aparıcı dövlətləri də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə artan maraq göstərirlər.
Göründüyü kimi, Azərbaycan tarixinin ən böyük qələbəsi olan Qarabağ zəfərindən sonra daha inamlı yüksəliş dövrünə qədəm qoyub. Həm Azərbaycanın hərbi-siyasi uğurlarının, həm də müəyyən mənada əlverişli beynəlxalq şəraitin yaratdığı yeni imkanlar zəminində ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqelərinin daha da güclənəcəyi, qüdrətinin artacağı şübhəsizdir.

Hülya Məmmədli 

Politoloq



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}