Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə yeni hədəfi

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkəmizin qarşısında yeni imkanlar açacaq. Çünki cənab Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Bu o deməkdir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərininmaraq və mənafeləri üst-üstə düşür. Bu məqam iki ölkənin regional və qlobal məsələlərdə eyni mövqedən çıxış etməsinə imkan yaradır. Digər tərəfdən iki ölkə arasında strateji münasibətlər risk və təhdidlərə qarşı birgə çıxış etmək imkanı verir. 
Fransa BMT Təhlükəsizlik Şurasında qaldırdığı Laçın-Xankəndi yolundakı vəziyyət ilə bağlı Qətnamə qəbul etdirmək cəhdinin qarşısını alan dörd ölkədən birinin Birləşmiş Ərəb Əmirlikləri olması iki ölkənin münasibətlərinin strateji əhəmiyyətə malik olması haqqında cənab Prezident İlham Əliyevin fikrinin əyani təsdiqidir.

Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı cənab Prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişaf göstəriciləri haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, Azərbaycanın enerji təhlükəsizliyini bir neçə il əvvəl təmin etdiyini bildirib. Son illər enerji təhlükəsizliyinin hərbi təhlükəsizlik qədər əhəmiyyət daşımağa başladığı üçün dövlət başçısının bu məsələyə vurğu salması təsadüfi deyil. Üstəlik Azərbaycan elə bir iqtisadi inkişaf mərhələsinə çatıb ki, nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

Bütün dünyada bərpa olunan enerji yenidən önəm kəsb etməyə başlayır və Azərbaycanın bu mövzuya diqqəti qanunauyğundur. Ölkəmizin bu sahədə nəhəng potensialı olduğunu qeyd edən cənab Prezident İlham Əliyev bu imkanlar sayəsində ixracatın şaxələndiriləcəyini bildirib. Bu imkanlar sırasında Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi istehsalının mövcud olmasıdır.

Bu imkanları gerçəkləşdirmək üçün Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. Cənab Prezident İlham Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıblar. Bu Sazişin Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalandığını qeyd edən dövlət başçısı bu layihə çərçivəsində Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməsinin nəzərdə tutulduğunu da qeyd edib.

Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacağını qeyd edən dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin dövlət şirkəti “Masdar” və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladığını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu layihənin samüddətli olduğunu, ortamüddətli layihələr nəticəsində isə 10 qiqavata qədər artırılacağını vurğulayan cənab Prezident İlham Əliyev “Masdar” ilə əməkdaşlığın Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəyinə inamını ifadə edib.
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur QİƏD  üzrənümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti