Azərbaycanda böyük bahalaşmaya niyə start verildi? –Qubad İbadoğlundan açıqlamalar

Azərbaycanda böyük bahalaşmaya niyə start verildi? –Qubad İbadoğlundan açıqlamalar

 

"Dünyada "Black Friday” qiymət endirimlərinin davam etdiyi günlərdə Azərbaycanda elektrik enerjisi, təbii qazın tariflərinin qaldırılması nə qədər təzadlı görsənsə də, Azərbaycanda böyük bahalaşmaya start verilib".

Sozcu.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Tarif Şurasının qiymət siyasəti, həm iqtisadi və həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir:

"Tarif Şurasının yanaşması differensial deyil, ikili tarif yanaşmasıdır. Diferensiallıq çox sayda müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə və gündüz, iqisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökümət (hazırda havann işıqlnması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir. 

Diğər tərəfdən isə Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burda təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətini ağırlaşmasının qarşısını almaqdır. 

Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta, məcburi köçkünlər üşün adambşına norma yay aylarında 100 kilovatt, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovatt müəyyən edilib.

Məcburi köçkünlər üçün uzun illərdir ki, tətbiq olunan normanı əsas götürərək Tarif Şurası elektrik enerjisinin tarif fərqləndirilməsi zamanı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi".

Ekspertin sözlərinə görə,  Azərbaycanda orta statistik ailənin 4,5 nəfər olduğunu nəzərə alanda, aylq norma belə differensialladırılmalı idi: 

"1 nəfərlik ailə üçün 250 kilovatt, 2 nəfərlik ailə üçün 300 kilovatt, 3 nəfərlik ailə üçün 450 kilovatt, 4 nəfərlik ailə üçün 600 kilovatt, nəhayət 5 və ondan çox üzvləri olan ailə üçün 750 kilovat.

Müqayisə üçün qeyd edim ki, Qirğızıstanda üzvlərinin sayndan asılı olmayaraq 1 ailə üçün minimal tarif ayda 700 kilovattdır,

Türkmənistanda hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilovatt elektrik enerjisi pulsuz verilir.

Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir".

Ekspert bildirib ki,Tarif Şurasının son qərarı aşağıdakı fəsadlara səbəb olacaq:

"1) Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslinə ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq.

2) Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə boclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasına konfliktlər yaradacaq.

3) Əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qab yuyan, paltar yuyan və qurudan və s. ) və elektron (televezor, radio, kompyuter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək.

4) İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılqlı təsirlərdən və xərclərin artmasında qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerji və qaz sərfiyyatı yüksək olan çörək bişirmə, qənnadı, emal, polad əritmə mü və digər əssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdırcaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutumuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq.

5) Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq".

Q. İbadoğlu sonda qeyd edib ki, elektrik enerjisinin qiymətinin bahalaşdırılması Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri hesab oluna bilər:

"Çünki, bu məqsədlə imzalanan anlaşma memorandumunda müvafiq qrurumlar qarşısına enerji bölməsində islahatarın aparılması tələbi qoyulub. Azərbaycan hökümətinə isə islahat deyəndə yalnız qiymət artımını başa düşür".



Oxşar Xəbərlər

Xəbər lenti