PA-dan ciddi tapşırıq: İcra başçıları ciddi təftiş olunacaq

Hesablama Palatasının Bakının Səbail rayonu ilə yanaşı, Sumqayıt,  Mingəçevir, Xaçmaz və digər rayonlarda büdcə vəsaitlərinin talan edilməsiylə bağlı açıqladığı hesabat diqqəti yerli icra qurumlarının üzərinə yönəldib.

Xatırldaq ki, həmin hesabatlarda rayon icra başçılarının büdcədən ayrılan vəsaitləri  təyinatı üzrə xərcləmədikləri, tenderlərlə qiymətləri dəfələrlə şişirtmələri, eyni  zamanda, qanunvericiliyə zidd olaraq pul vəsaitlərinin nəğd şəkildə ödəmələri və sair hallar qabardılıb və müvafiq tədbiurlər görülməsi üçün aidiyyatı qurumlara göndərilib.

Palata bu barədə nə tabe olduğu Milli Məclisə, nə də prokurorluq orqanlarına toplanmış materiaları göndərib, qanunla tədbir görülməsini tələb edib. Bu isə Vüqar Gülməmmədovun sədri olduğu Hesablama Palatasının məqsədini şübhə altına salır. 

Yəni necə olur ki, korrupsiya aşkarlanır, ancaq müvafiq tədbiq görülməsi üçün toplanan materiallar və yoxlama aktları yenidən İcra Hakimiyyətinə göndərilir?

 Axı, bu qanunsuzluğu edən onu aradan qaldırmaq üçün hansı addımı ata bilər?

Ümumiyyətlə, bu günədək Hesablama Palatasının yoxlamalarına görə hansı icra başçıları və ya iri çəkili məmur cəzalandırılıb?

Bu və ya digər məlumatlarla bağlı Mia.az-a açıqlama verən və adının məxfi saxlanılmasını xahiş edən Palata əməkdaşlarından biri deyib ki, palatanın bu günədək ən yaxı sayılan tədbiri təyinatından yayındırılan vəsaitlərin bir hissəsinin yenidən büdcəyə qaytarılmasından ibarət  olub:

"Ancaq ümumilikdə götürəndə ortadan yoxa çıxan çox böyük vəsaitlərin "havalandığı” da göz qabağındadır.  

Məsələn, ötən il Palata rabitə sektorunda yoxlama aparıb. Təxminən 20-50 milyon manat büdcəyə geri qaytarılmallı vəsait aşkarlansa da, o pullar geri ödənilmədi. Düzdür, bildyim qədəri ilə yeyinti aşkarlanan təşkillatların bəzilərinin hesabına sanksiya qoyularaq, həmin pulların bir qisminin tutulmasına cəhd edildi. Ancaq sonrasından xəbərsizəm”.

Məlumatlı şəxs deyir ki, artıq elə vəziyyət yaranıb ki, bundan sonra proses daha belə getməyəcək:

"Çünki ölkkədə yaranman iqtisadi durum büdcə vəsaitlərinə qənaət etməklə yanaşı, korrupsionerlərin büdcəyə yönələn "əli”ni kəsməyi tələb edir. Ona görə də Maliyyə Nazirliyi başda olmaqla, Hesablama Palatasına qədər hamısına bu istiqamətdə ciddi tapşırıqlar verilib. Siz yanvarın 20-də Şəhidlər Xiyabanında jurnalistlərə açıqlama verən Vüqar Gülməmmədovun "kimsə bizə təsir edə bilməz” xəbərdarlığını yəqin oxudunuz. O, bununla icra başçıları, nazirlər və komitə sədrlərinə daha əvvəlki kimi olmayacağı mesajını verdi. Yəni palata sədri daha kəskin tədbirlərə işarə verməklə, qarşıda yeni cəza mexanizmlərinin işə salınacağını diqqətə çatdırdı. Düşünürəm ki, bu, belə də olacaq”.

Məlimatlı şəxs deyir ki, rayon icra başçıları büdcədən ayrılan vəsaitlərin böyük hissəsnin mənimsəməklə işlərini bitmiş saymayıblar:

"İcra başçıları rəhbərlik etdikləri rayonu ata təsərrüfatı hesab edərək, istədikləri kimi davranıblar. Onlar büdcədən ayrılan və dotasiya şəkilində verilən pulları sənəd üzərində iş görüblərmiş kimi rəmiləşdiriək, mənimsəyiblər.

Bununla kifayətlənməyən başçılar rayonun gəlirlərini də təyinatından yayındırıblar. Onlar yaxınlarının adına yaratdıqları və qısa müddət sonra isə bağladıqları MMC-lər vasitəsiylə guya rayonda təmir-tikinti, abadlıq işləri gördürməklə, pulları siliblər. Nəticədə elə rayon var ki,  həmin rayona il ərzində 2-3 milyon pul ayrılsa da,gəlirinə baxmayaraq, bəzi həllinin gözləyən problemlərin heç biri həll edilməyib. Əksinə, rayonda problemlər daha da dərinləşib.

Məsələn, bu günlərdə etiraz olan Siyəzənin son illər əlavə olaraq 4 (dörd) milyon dotasiya ayrılıb. Hələ buraya Prezidentin ehtiyyat Fondundan ayrılan vəsaitləri də əlavə etsək, o zaman bu vəsaitin bir neçə dəfə artıq olduğunu görmək olar.  Ancaq bu rayonun İcra Hakimiyyəti müvafqi saxta sənədlər təqdim etməklə büdcədən əlavə dostasiya alıb, onların bir qismini təyinatından yayındırıb.

Və yaxud  nazir Ziya Məmmədovun doğma rayonu olan Ucarda da  oxşar proses gedib. Ancaq bu rayonun icra başçısı hesabatında rayona guya 15.612.752 min manat pul xərcləyib. Yəni aradakı fərq 11 milyonu aşır və icra başçısı həmin vəsaiti dostasiya şəkilində müxtəlif yollarla büdcədən almağı bacarır.

Digər etiraz aksiyası keçirilən rayona – Ağcabədiyə diqqət edək. Bu rayonda gəlir 8 milyon 375 min olsa da, icra başçısı  rayona 24 milyon 835 min, 832 manat guya vəsait xərclənməsi haqda sənəd tərtib etdirib. Arada qalan təxminən 16 milyonu isə büdcədən dotasiya şəkilində alıblar.

Bu 3 rayon üzrə açıqladığım rəqəmlərdir. Bu məbləğlərə Prezidentin ehtiyyat fondundan ayrılan vəsaitləri də əlavə etsək, o zaman Azərbaycanın 68 şəhər və rayon icra hakimlərinin nə qədər böyük talançılıqla məğul olduğunun ən sadə oxucu da aydın şəkildə dərk edə bilər”.

Məlumatlı şəxs deyir ki, hazırkı böhranlı vəziyyət hakim dairələrin "qulağı”nı açıb. İndi onlar icra başçılarının korrupsiya yolu ilə milyonçu olmalarının, Bakıda, əyalətlərdə, hətta Avropa ölkələrində hansı vəsaitlə villalar almalarını və böyük biznesləri hansı vəsaitlərlə qurmalarını araşdırmaq qərarına gəliblər:

"Bu məqsdlə dövriyyəyə ilkin olaraq Hesablama Palatası buraxılıb. Qarşıda isə icra başçılarını Maliyyə Nazirliyi ilə prokrorluğun sınağı gözləyir”. 



Oxşar Xəbərlər

Xəbər lenti