ÜÇ AĞANIN BİR NÖKƏRİ VƏ YA HƏLƏ DƏ MÖVQEYİNİ MÜƏYYƏNLƏŞDİRƏ BİLMƏYƏN ERMƏNİSTAN

Hadisələrin müsbət məcraya doğru istiqamətləndiyi bir vaxtda qələbəmizi, hətta bəzi erməni jurnalistlərin heyranlıq ifadə etdikləri bölgədə aparılan bərpa-quruculuq işlərini, Azərbaycandakı daxili sabitliyi və dünya miqyasında artan nüfuzunu həzm edə bilməyən qüvvələr yenidən revanşist şüarlara söykənərək problemin həllini iki il əvvələ qaytarmaq istəkləri və bu yöndə də məlum 13 sentyabr hadisələri də daxil olmaqla atdıqları hər bir addım Ermənistanı, erməni xalqını daha böyük uçuruma sürükləyir. Bunun arxasında yalnız erməni revanşistlərin, Ermənistan rəhbərliyinin durduğunu düşünmək sadəlövhlük olardı. Son vaxtlar bəzi qonşularımızın Azərbaycana qarşı müxtəlif təhrikedici çıxışları görünür Ermənistanı ürəkləndirib. Havadarlarının bəzilərinin başının öz yaratdıqları bataqlıqda boğulmağa qarışdığından, dünyanın əsas marağının Rusiya-Ukrayna müharibəsinə yönəldiyindən bütün dövrlərin “bədbəxt və məzlum” erməniləri özlərini diqqətdən kənar, atılmış, unudulmuş hiss etdirdilər. Bu da növbəti təxribat...Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarAzərbaycanın humanistliyini, ilanın başının yaxşı əzilmədiyini, düşmənin revanşist siyasətindən əl çəkmədiyini göstərdi.
Nəticədə ulu ozan Qorqud Atanın “qarı düşmən dost olmaz!” xəbərdarlığının nə qədər doğru olduğuna bir daha əmin olduq. Bu artıq o deməkdir ki, bundan sonra qarşı tərəfə heç vaxt inanmayacaq, güvənməyəcək, daim “çomağımızı əlimizdən yerə qoymayacağıq” (“İtlə dostluq elə, amma çomağını əlindən yerə qoyma” (atalar sözü)). Bu həm də o deməkdir ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanmasında marağı olmayan bəzi qüvvələr erməniləri və Ermənistanı gərginlik mənbəyi kimi istifadə edirlər. Bu, bütün dövrlərdə, ermənilərin yaşadıqları bütün ərazilərdə belə olub və, görünür, olacaq da. Bundan əziyyət çəkən qonşu dövlət və xalqlar olsa da, əsas əziyyəti elə erməni xalqının özü çəkir. Bu, eyni zamanda, həm də o deməkdir ki, ermənilərin “başbilənləri” yalnız öz mənafelərini güdür, xalqı düşünmürlər. Belə olduğu halda həmin xalqın ağlını işlədə bilən hissəsi onların arxasınca getməməlidir. Əgər gedirsə, deməli bu hissə yox dərəcəsindədir.
Dünya ictimaiyyətinin bu məsələlərə münasibəti birmənalı deyil. Olacağına ümid də etmirik və bu durum bizi daim ayıq olmağa məcbur edir. Çünki geostrateji mövqeyi həddən artıq əlverişli olan, zəngin yeraltı və yerüstü sərvətlərilə “iştah artıran” Azərbaycana göz dikənlər həmişə olmuşdur və olacaq. Böyük ölkələr hər zaman məqsədlərinə çatmaq üçün zəif, satqınlığa meyilli azsaylı xalqlardan yararlanmağa çalışıblar. Bu rol ermənilərə daha uyğun olduğundan tarix səhnəsindəki bu cür hadisələrdə onların adları çox çəkilir.
Azərbaycan özü daim beynəlxalq hüquq və normalarına sadiqlik nümayiş etdirməklə yanaşı, beynəlxalq ictimaiyyəti də sülhə və tərəqqiyə dəvət edir. Bu da onu göstərir ki, dünya artıq terror və münaqişələrə yol açan, millətçilik toxumu səpən Ermənistan arasında seçim etməlidir.
Ermənistan nəinki mina xəritələrini Azərbaycana təhvil vermir, eyni zamanda yeni sahələrin minalanmasına cəhd göstərir. Bu da bir daha Ermənistanın revanşist qüvvələrinin sülh müqaviləsini imzalama istəyindən çox-çox uzaq olduqlarının bariz nümunəsidir. Bununla onlar münaqişəni dərinləşdirir və bölgədə sülhün təmin olunması yönündə aparılan işlərə böyük zərbə vurur. Bu da o deməkdir ki, regionda sülhün, barışın olmasını istəyən həmsərhəd ölkələr də aqressoru dayandırmalıdırlar. Yəni bölgədə sülh üçün Azərbaycan tək mübarizə aparmamalıdır. Bu mənada türk dövlətləri hər zaman olduğu kimi yanımızdadırlar. Bunu 15-16 sentyabr tarixində Özbəkistanın Səmərkənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samiti də göstərdi.

Güllü Yoloğlu,

tarix elmləri doktoru



Oxşar Xəbərlər

Xəbər lenti