Tarixi irsə və mədəniyyətə Heydər Əliyev sədaqəti


Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə 15 iyun 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmadan, ölkəni vətəndaş müharibəsindən xilas etdiyi kimi xalqın tarixi irsinə və mədəniyyətinə sahib çıxdı. Ermənistanın işğalçılıq siyasəti, dağılmış iqtisadiyyatın doğurduğu ağır sosial-iqtisadi böhranın aradan qaldırılması üçün gərgin fəaliyyət göstərən ümummilli lider Heydər Əliyev ən çətin günlərdə belə tarixi irsə və mədəniyyətə sahib çıxmağı unutmadı. Bunun ən bariz nümunəsi 21 sentyabr 1993-cü il tarixdə Elmlər Akademiyasında ziyalılarla görüşü və orada səsləndirdiyi fikirlərdir. “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.” 
Ulu öndər deyirdi ki, “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir”. Bununla xalqımızın mənəvi irsinə və tarixi şəxsiyyətlərinə sahib çıxmaqla, onu dünyaya tanıtmalı olduğunu da göstərmişdir. 
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının 1 avqust 1994-cü ildə keçirilən iclasında ümummilli lider Heydər Əliyev Füzulininazərbaycanlı olduğunu qeyd edərək, onun yaradıcılığının isə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsi olduğunu bildirmişdir. 
Ulu öndər haqlı olaraq hesab edirdi ki, XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Türkiyə Böyük Millət Məclisində 9 fevral 1994-cü ildə çıxış edərkən səsləndirdiyi bu fikirləri belə tamamlamışdı: Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.
Tarixi irsə və mədəniyyətə sahib çıxmağı cəmiyyətin qarşısında bir vəzifə kimi qoyan ulu öndər tarixi irs və böyük mədəniyyət nümunələri yaradanların da qiymətləndirməsinin nümunələrini yaratmışdır.

Böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin 18 sentyabr 1994-cü ildəki təntənəli açılış zamanı çıxışında ümummili lider belə demişdir: “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.” Böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin 17 dekabr 1994-cü ildəki açılışı zamanı çıxışında isə bildirmişdir ki, Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir.Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda, xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır.”
Səttar Bəhlulzadənin yaradıcılığının tarixi köklərinin olduğunu qeyd edərək, qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərləri xalqımızın mədəni-mənəvi irsi adlandırmışdır.

Ümummilli liderin Azərbaycan dövlətinə rəhbrlik etdiyi 1993-2003-cu illərdə böyük mədəniyyət və ədəbiyyat nümunələri yaratmış tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, adlarının əbədiləşdirməsi və yaratdıqları mədəni irsin təbliği daima dövlətin siyasətinin əsasını təşkil etmişdir. Bu isə Azərbaycanın müasir mədəniyyətinin inkişafına yeni impuls vermişdir.
Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}